NİCAT HUNALP - BU QAYALAR NEÇƏ - NEÇƏ DİL BİLİR
Poeziya
Bu qayalar neçə - neçə dil bilir
Bu qayalar neçə - neçə dil bilir ,
Ağacların ,çiçəklərin dilini.
Qayalar da bitən mamır ,gül bilir,
Tənhaların və təklərin dilini .
Mən qayıtdım həsrətimə qoşulub ,
Otuz ildə tüm arzular puç olub,
Elə bil ki , təbiət də ac olub,
İndi tapıb bu yerlırin dilini .
Özü bilir bu qayalar , bu dağlar ,
Tanır məni o suyu buz bulaqlar,
Asan yola gəlir əllər- ayaqlar ,
Çətin tapaq ürəklərin dilini.
Mövzuya uyğun linklər:
Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub
AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Nəzrin Əkbərova — Səssiz epidemiya: Tənha insanlar çoxalan dünyada
