Edebiyyat.az » Poeziya » Əli Şirin Şükürlü Ədəbi suprematizm: Mövcudolma(ma)

Əli Şirin Şükürlü Ədəbi suprematizm: Mövcudolma(ma)

Əli Şirin Şükürlü Ədəbi suprematizm: Mövcudolma(ma)
Poeziya
Nicat Heşimzade
Müəllif:
22:27, 01 iyun 2019
1 983
0
İldə bir neçə dəfə yaşadığım şəhərdən kənar məkanlara üz alıram adətən. Və getdiyim o yerlərdə yaşıllıqlar arasında gəzirəm, dənizdə çimirəm, çay kənarında oturub fikrə dalıram – məkan dəyişmələrini seyr edirəm, zaman axarı barədə düşünürəm.



Ədəbi suprematizm:

Mövcudolma(ma)


İldə bir neçə dəfə 

yaşadığım şəhərdən kənar məkanlara 

üz alıram adətən. Və getdiyim o yerlərdə

yaşıllıqlar arasında gəzirəm, dənizdə çimirəm, 

çay kənarında oturub fikrə dalıram – 

məkan dəyişmələrini seyr edirəm, 

zaman axarı barədə düşünürəm. 

Məsələn, inanıram ki,

“axara nəinki iki dəfə, heç bir dəfə də girmək olmaz “...

Bir də və həm də

adamlar maraqlı gəlir mənə fərqli məkanlarda. 


O yerlərdə: 

gəzdiyim yaşıllıqlar arasında, çimdiyim dənizdə, 

oturub fikrə daldığım çay kənarında ...

bir də və həm də müxtəlif adamlarda 

mən də mövcud oluram, şübhəsiz, 

mövcud oluram öz məkan ölçülərimə rəğmən. 


Tərk etdiyim gündən 

“mövcudolmama” başlayır o yerlərdə: 

gəzdiyim yaşıllıqlar arasında, çimdiyim dənizdə, 

oturub fikrə daldığım çay kənarında ...

bir də və həm də müxtəlif adamlarda 

mövcud deyiləm artıq 

o yerləri tərk etdiyim andan. 


Məkan ölçülərimsə həm tərk edir o yerləri, 

həm də o yerlərdədi – bu ölçülərin cızdığı 

bir boşluq qalır axı o məkanlarda məndən sonra.

Müxtəlif həndəsi formalarda  

gəzən adamın boşluğu, üzən adamın boşluğu, 

oturub fikrə dalan adamın boşluğu ... bir də 

və həm də adamlarda itən adamın boşluğu. 

Cübəcür təsvirlərə malik boşluq:

“Hər şey olan heç nə”. 


“Mövcudolmama” - 

bu qədər adi, bu qədər bəsit, bu qədər sadə,  

yəni?!

                                                                                 ... – 25.05.2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)