Edebiyyat.az » Poeziya » Zamiq Zərdabi - Qəzəllər

Zamiq Zərdabi - Qəzəllər

Zamiq Zərdabi - Qəzəllər
Poeziya
Nicat Heşimzade
Müəllif:
01:13, 03 iyul 2019
3 923
0
Ruhunam, tərki-bədən olmağa hazır deyiləm. Sənə bir qəmli dünən olmağa hazır deyiləm. Mən vəfasız deyiləm, sən təki ey nazlı gözəl, Mən mənəm, mən hələ sən olmağa hazır deyiləm


*****
Ruhunam, tərki-bədən olmağa hazır deyiləm.
Sənə bir qəmli dünən olmağa hazır deyiləm.

Mən vəfasız deyiləm, sən təki ey nazlı gözəl,
Mən mənəm, mən hələ sən olmağa hazır deyiləm

Məni sən sürgün edirsən ürəyindən, gözəlim,
Mən axı tərki-vətən olmağa hazır deyiləm.

Düz edirsən, məni ağlat, məni güldürmək əbəs,
Mən özüm də, hələ şən olmağa hazır deyiləm.

Niyyətin etmək isə, Zamiqi divanə, gülüm,
Bil ki, Məcnun ilə tən olmağa, hazır deyiləm.

*****
Dünyaya gələndən elə hey, qəm yaşadım mən,
Hər bir anı dərdim ilə, bahəm yaşadım mən.

Kimsə yaşayır möhnəti bəlkə qısa müddət,
Tökməklə gözüm yaşını hər dəm, yaşadım mən.

Rüsvayi-cahan eylədi qəmlər məni, ey dost,
Bildim ki, gülür halıma aləm, yaşadım mən.

Bəzən də əgər gülmək ilə keçdisə bir gün,
Amma nə yazıq ki, onu da kəm yaşadım mən.

Zərdabi Sənə Həmd-Səna eyləyir hər gün,
Qismət bilib Allah, qəmə həmdəm yaşadım mən.

*****
Tapmiş özünə bir gozü şəhla, yazıq aşiq,
Olmuş qəmi-məhbub ilə rüsva, yazıq aşiq.

Sevda evini qəm daşı, həsrət qumu ilə,
Göz yaşları ilə, edib inşa, yazıq aşiq.

Gəlmişsə də bu əsri-müasirdə həyata,
Məcnun kimi hər dəm yanır, amma yazıq aşiq.

Yar anlamayır ki, bu qəzəldən nəsə bir şey,
Şövq ilə yaza bir neçə misra, yazıq aşiq.

Bu eşqdə də çatmasa məqsudinə, hərgah, 
Görməz ki, daha eşqdə məna, yazıq aşiq.

Bu dəhrdən əl çəkmiş o dildarı, görəndən,
Qurmuş özünə bir yeni dünya, yazıq aşiq.

Qəm çəkməyi öyrəndi ki, dünyaya gələndən,
Qəmsiz yaşaya bilməyir əsla, yazıq aşiq.

Əğyar kefin çəkmədədir sevgili yarla,
Tənha yenə qurmaqdadı xülya, yazıq aşiq.

Zamiq də oxur bülbüli-nalan kimi hər gün,
Dərd ilə edir min cürə ifa, yazıq aşiq.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)