Edebiyyat.az » Poeziya » Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində

Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində

Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində
Poeziya
nemət
Müəllif:
22:04, 25 noyabr 2019
1 619
0
Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində




Masa da masaymış ha


Adam yaşamaq eşqilə  sevincək

Masaya açarlarını qoydu

Mis kasaya çiçəkləri qoydu

Südünü yumurtasını qoydu

Pəncərədən düşən işığı qoydu

Motosikl səsini çəhrə səsini

Çörəyin havanın yumşaqlığını qoydu

Adam masaya

Ağlından keçənləri qoydu

Həyatda nə etmək istəyirdi

Bax onu qoydu

Kimi sevirdi kimi sevmirdi

Adam masaya onları da qoydu

Üç dəfə üçün doqquz edərdi

Adam masaya doqquzu da qoydu

Pəncərədən görünən göyüzü yanında

Uzandı masaya sonsuzu qoydu

Pivə içmək istəyirdi neçə gündü

Masaya pivənin süzülüş səsini qoydu

Yuxusunu qoydu oyaqlığını qoydu

Toxluğunu aclığını qoydu


Masa da masaymış ha

Heç üzülmədi bu qədər yükə

Elə dayandı durdu

Adam da ki atam qoyurdu hey



Cazibəli qərənfil


Bilirsən az az yaşayırsan məndə

Axı səninlə gözəldir hər şey

Bir qurtum rakı içirik, içimizə bir qərənfil düşər kimi

Bir ağac boy atır yanımızda

Mədəmdi ağlımdı bu qədər saxlayır.


Sən qərənfilə mailsən, alıb sənə verirəm

Sən də bir başqasına versən daha gözəl

O başqası da yanındakına verər

Gəzər qərənfil əldən ələ.


Görürsən bir sevdanı çoxaldırıq səninlə
Sənə həttənirəm, sənə isinirəm, bu o deyil
Bax necə bəyazı kəsər kimi yeddi rəng
Bilirik səssizcə.

İçdən təmiz sevdim səni

İçdən təmiz sevdim səni
Baxışlarından doğru sevdim səni
Ağzındakı islaklığın buğundan
Səsinə dönən sözcüklərdən sevdim səni
Məni sevdiyin kimi sevdim səni
Qarın qaranlığından.
Yerləşdir bu sevdanı hər yerinə
Üzündə tərə dönən damcıların
Qaynğına yerləşdir
Heç zaman gizləmədiyin, acı çəkməyənlərin son dayanacağına
Üstünə güllər asdığın körpənə yerləşdir
Və çiyinlərinə daracıq çiyinlərinə
Üşümüş kimisən de sanki azacıq önə çıxan
Tam oraya, ucsuz-bucaqsız bir düzənlikdən
Bir çobanyastığı çəmənliyindən arınmış köksünə yerləşdir
Və əsmərliyinə 
Bir də ki, bir yanığın izinin rənginə
Saçlarının yana yatımına, ortadan ikiyə bölümünə
Alnından başlayan və ayaq biləklərində bitən
Yəni sənin olmayan, səni bir boşluq kimi saran hüznə
Yerləşdir onu bir şəhərin
Parşa-parça ağlında tutduğun
Qar dənələri kimi uçuşan
Və hər gün bir az yavaşıyan səmtlərinə
Yerləşdir bu sevdanı hər yerinə
Qatdım mən daddığım hər şeyi dənizlərə
Bildiyim nə varsa onlar da hey dənizlərdən
Sən də bir dəniz kimi yerləşdir onu istərsən
Sevdanı
Və köpükləndir
Və nəmləndir ki kədəri anlamasın
Amma dur, dənizlər nəmlidir 
Öyrənməz amma öyrədir sevinci
Bizim sevdiyimiz də elədir, yaxşı şeirlər kimi
Bir az da hamı üçündür. Və gəlinciyin ikinci dadına bənzəməli
Özünü birincisindən var edən
Yəni bir sevdanı sevgiyə dönüşdürən
Mən indi bir yad kimi gülümsəyən
Tanımadığın bir yad ölkə kimi
İçində yaşamadığın bir zaman kimi
Tam özü kimi sevincin
Məni gözləyirsən
Və onu gözləyirsən məni gözlərkən.

Gözləri

Sanki heç bir şeyi bildirməz
İçimizdəki səssizliyi
Nə göz, nə söz, nə heç nə
Gözləri gətirin gözləri.
Ayrı deyil, anlaşırıq beləcə
Yarpağın daha bir yarpağa dəydiyi
O qədər yaxın, o qədər üzüyola
Əlləri gətirin əlləri
Deyirəm, axına qarşı üzməkdir günümüzdəki eşq
Birləşib başına buraxaq iki kölgəni



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)