Edebiyyat.az » Poeziya » Gülsadə İbrahimlidən 3 şeir

Gülsadə İbrahimlidən 3 şeir

Gülsadə İbrahimlidən 3 şeir
Poeziya
nemət
Müəllif:
22:24, 31 yanvar 2020
1 657
0
Gülsadə İbrahimlidən 3 şeir







CEHİZ MƏHƏBBƏTİM
 
 
“ Daha heç nə önəm daşımır!!!"-
İnandığın gerçəklərin alnına soyuq su vurmaqdı...
Gecənin bir yarısı kiminsə səslənməyinə,
səksənib yerində donmaqdı,
paklandığın bir günahın boynuna ip keçirib,
ayağının altındakı kətili təpikləməkdi...
gələcəyi olmayacağın birinin keçmişində ölməkdi
bu nida.
Ədalətsizcə çıxarılmış bu qərar
Ammalaşmaqdır...
Əslində bu, sevməkdi,
Taa,ən başından sevməkdi!!!
Əlvida,
dörd divarlıq
üç saatlıq,
iki bədənlik,
bir qadınlıq "Cehiz məhəbbətim!”





İNDİ

 

İndi çox ucuzlaşıb münasibətlər,
çox,
çox, əzizim.
"D" vitamini çatmır sevgilərin,
onurğası əyilib,
düzələsi deyil səhvlərimiz.
Kirayələr öldürülən məsumiyyətlərin günah yuvası.
Natəmizlik içindədir aşiqlərin könül duası.
Bilirsən, qadası,
virtual sevişmələrin real ağrılarının
qəhrəmanıyıq çoxumuz…

 
 
KEFLİVARAM
 
Yaman keflivaram bu gecə,
yoxluğun durub üzümə.
Ayaqda tutmur ayaqlarım.
Əllərim dizlərimdə ölür,
çoxdan kiriyib üsyanlarım.
Bir ömrün gerisində qalan adam,
gecikmisən səadətimə,
olsun,
Yenə də "SƏN"olsun,
gəlişinə şadam.
Ört ardından qapını,
söndür pəncərənin gözlərindəki işığı,
kor baxsın otağım küçəyə .
Gecikən adam,
Həyat axtarma gözlərimdə,
mən anamdan ölü doğulmuşam.
Gəl yanıma,
asta gəl, yuxusun qaçırma divarların,
ruh səndən,
bədən məndən...
Tamamlayaq bu ənənəni!!!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)