Edebiyyat.az » Proza » Nemət Mətin - İşıldaböcək

Nemət Mətin - İşıldaböcək

Nemət Mətin - İşıldaböcək
Proza
nemət
Müəllif:
22:25, 08 mart 2019
2 966
0
Nemət Mətin - İşıldaböcək

                                                        

  


   Adi lampa elektrik enerjisinin 3-4 faizini işığa, qalan hissəsini isə istiliyə çevirir. İşıldaböcək isə 100 faiz olmaqla işıq istehsal edir. Alimlər buna soyuq işıq adı veriblər. Sirrli böcəklərin təqribən 2000 növü var. Erkək cinsləri uça bildikləri halda dişiləri qanadsızdırlar. Erkəklər dişiləri axtarmaq üçün gecələr uçar və işıqlarını bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə edərlər. Ən yaxşı işıq keyfiyyətini inkişaf etmiş dişilər göstərə bilir. İşıldaböcəklar gecələr 3 saat müddətində işıq verə bilərlər. Ümumiyyətlə dişləyərək zəhərlədikləri ilbizləri yedikləri üçün əhəngli torpaqların olduğu nəmli bölgələrdə daha çox görünürlər. Parlamağı təmin edən kimyəvi maddələr sayəsində, onu yeyən canlı qusmaq məcburiyyətində qalar və bir daha başqa  işıldaböcək yeməyə çalışmaz. 


  İşıldaböcək haqqında təsadüfən danışmadım. Ümumiyyətlə təsadüfən heç nə olmur. Hər dəfə yadıma işıq saçan böcək düşəndə halım korlanır. Hər şey əsgərlikdəki bir hadisə üzərinə tamamlanır. Sakit, səssiz yaz günlərin birində işıqldaböcəklər postumuza doluşdular. Qaranlıqda havada başgicələndirici traektoriya üzrə hərəkət edir, ağcaqanad kimi qulağa xoş təsir bağışlamayan səslər çıxarırdılar. Həşəratların adətinə görə işıq saçan bir şey görən kimi ətrafına yığışırlar. Təsadüfən deyil ki, qəzəllərdə, şeirlərdə pərvanə şəmə tərəf gəlir, yanır və kül olur. Eşq simvolu, enerji mənbəyi sayılan işığın dövrəsində işıldaböcəklər daha da aktiv hərəkət edirdilər. Mən də düz kerasin lampasının yanında oturub vərəqdə cızmaqara edirdim. Fikrim, xəyalım tam uzaqlarda, daha dəqiq desəm Bakıda idi. Lap dəqiq desəm sevdiyim qadın üçün darıxırdım. Ətraf aləmi unutmuşdum. Komandir telefonda qurdalanır, iki əsgər səngəri qoruyur, ikisi yatıb və mən yazıram. Darıxdığımdan şeir yazıram. Bu an işıldaböcək üzümə qondu. Hirsimdən və ani əsəbimdən iki barmağımla işıldaböcəyi tutub “cəhənnəmə” atdım. Ləmpənin içində işıldaböcək yığıldı, qurudu. Qəribə qoxu ətrafı bürüdü. Nə etdiyimin fərqində deyildim. Fikrim tam başqa yerdə idi. Böyür başıma yığışan işıldaböcəkləri bir-bir tutub kerasin lampasına atdım. Artıq bu iyrənc oyun işıldaböcəklərin qətliamına çevrildi. 

   Qəribə hisslər keçirirdim. Sanki mən böyük bir ordunun sərkərdəsiyəm və qarşımda düşmən əsgərləri var. Mən də düşmənlərimi bir-bir öldürürəm. O həzzi izah edə bilməyəcəyəm. Sevdiyim qadını belə unudum. Şeir yazmağı saxladım. Bütün varlığımla həzz alırdım. İşıldaböcəklərin bəzisini iki yerə bölüb neçə saniyə sağ qalacağına tamaşa edirdim.  Bəzilərini isə ayaqqabımla əzib ocağa atırdım. Ən əsası, kuliminasiya nöqtəsi isə daha sonra baş verdi. O vaxta kimi işıldaböcək olduqlarını anlamamışdım. Öldürdüyüm həşəratların işıldaböcək olduğunu anlayanda şok yaşadım. İşıqlıqda parıldamayan həşəratlar iri böcəkdən heç nə ilə fərqlənmirdilər. Bunu ona görə demirəm ki, digər həşəratları öldürmək adi gəlirdi, işıldaböcəkləri öldürmək isə mənə toxundu. Xeyr! Sadəcə bayaqdan baxıb heyran olduğum canlıları özümün xəbəri olmadan belə öldürürdüm. Özü də ən ağır ölüm cəzası ilə. YANDIRMAQ.

 Şokdan ayılanda lampaya baxdım. Artıq sönmək üzərə idi. Kerasin bitirdi. Müharibədə xeyli günahsız böcək amansızcasına məhv edilmişdi. Yanmış gerbarilərə baxanda özümə nifrət etdim. Uşaqlıqda qarışqaların yuvasına bir çaydan isti su tökürdümsə də anlamırdım. Axı, indi yeniyetməyəm. Ali təhsil alıb əsgərliyə gəlmişəm. 

  “Günahsız düşmən olmur” deyib bizi aldadan komandirləri xatırladım. Hamısına nifrət etdim. Dünya başdan-başa müharibələrlə, sərhədlərlə doludur. 

 Kaş o işıldaböcəklər elə uzaqda sayrışardılar, uçuşardılar. Yaxına gəldikcə, işığa çıxdıqca adiləşirlər, ümumiləşirlər, bayağılaşırlar. Əlçatan, gözdəyən, diltoxunan olurlar. Uzaqlar həmişə arzudur, xəyaldır, istəkdir...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)