Edebiyyat.az » Proza » Elvin Rizvangil - Suqovuşanın girişi

Elvin Rizvangil - Suqovuşanın girişi

Elvin Rizvangil - Suqovuşanın girişi
Proza
admin
Müəllif:
22:04, 27 oktyabr 2020
1 354
0
Elvin Rizvangil - Suqovuşanın girişi


 

          






 - Aslan, Aslan, cavab ver... Aslan, Aslan, mən Şahinəm, cavab ver, orda nə baş verir? Qırılmısınız?! Biriniz cavab verin, orada nə baş verir? Aslan, Aslan, Aslan...

          Kiçik çavuş özünü ratsiyaya yetişdirib: "Aslan eşidir!" - demişdi ki, səngərə mərmi düşdü. "Posta hücum var. Madagiz istiqamətindən 20-25 nəfərlik dəstə bizim post istiqamətində hücuma keçib!" - bunu deyib ratsiyanı yerə tulladı, ayağa qalxıb düşmənə tərəf bir neçə güllə atdı, yenidən səngərdə yerə çökdü. Ratsiyanı götürüb: 

          - Şahin, Şahin, eşidirsən? Təcili 19-cu posta kömək lazımdır.

          Şahin "aydındır" - deyib əlaqəni kəsdi.

          -  Yoldaş leytinant, sizdə vəziyət necəcədir? 

          - Məni boş ver, uşaqlar hamısı salamatdır. Cəfərov, iki yüz əllilik sink gətir. Məmmədov, keç DŞK-ya, bacardığın qədər sağa-sola yağdır.

          -  Komandir, Ağayev vuruldu.

          -  Ağayev, eşidirsən məni ?

          - Bəli, komandir. 

          -  Harandan yaralanımısan?

          - Çağ çiynimdən, komandir, boş şeydir.

          Səngərə qumbara atdılar. Ağayev özünü qumbaranın üstünə sərdi.

          Leytinant pulemyotun sinkni dəyişib bermanın üstünə çıxdı. 

          - Sizin ananızı si...im - deyə-deyə avtomatik rejimdə 7,62 millimetrlik polad yağışına tutdu. 

          Güllə səslərinin içərisində hərdən komandirin "gəlin-gəlin, sizin ananızı si...im" sözləri eşidilirdi.

          Səngərə ölü bir sükut çökdü. Komandir bermanın üstündən kürəyi üstə yerə sərildi. Düşmən snayperi düz alnının ortasından vurmuşdu. Mən, sağ qalmış üç əsgər və manqa komandirimiz silahlarımızı götürüb açıq döyüşə girmək üçün minalanmış sahəyə çıxdıq. Onların dəstəsindən də  az adam qalmışdı, 20-25 nəfərlik qrupdan cəmi 7-8 nəfər... Manqa komandirinə çatıb: "Nə deyirsən, bəlkə qumbara ataq?" - dedim. Manqa komandiri hər kəsə "döyüşə", qumbara atana  isə düşmən postunu hədəf almağı əmr etdi. Düz 3 qumbaratan zərbəsindən sonra düşmən geri çəkilməyə məcbur oldu. Geri qaçan əsgərləri güllə yağışına tutduq. Cəmi biri səngərlərinə özünü salamat ata bildi. Onu da əsir götürdük. Manqa komandirimiz ratsiyanı götürüb: "Şahin, Şahin, mən Aslanam" -  qışqırmağa başladı. Xəttin o tərəfindən tabor komandirinin xırıltılı səsi eşidildi:

          -        Aslan, eşidirəm.

          -  Yoldaş mayor. Madagiz istiqamətindən postumuza olan düşmən hücumunun qarşısını aldıq. Düşmən itki verərək geri çəkilməyə məcbur oldu. Təxminən, 20-25 nəfərlik düşmən dəstəsindən cəmi bir əsgər qaldı, onu da sağ ələ keçirdik.

          -  Leytnant Vəliyev, əsgərlər Hətəmov Elburus, Ağayev Elşən, Soltanov Səbuhi şəhid oldular. Hüseynov Elçin yaralanıb. Ələ keçirilmiş qənimətlər barədə sonra ətraflı məruzə edərəm. Məruzə etdi: Kiçik çavuş Cəfərov.

          Tabor komandiri boğazını arıtlayıb: 

          - Ehtiyat tağım o posta gəlir və siz qayıdın dala. Postu təhvil verib düşün aşağı. Bugünki şücaətiniz cavabsız qalmayacaq.Vətən sizinlə fəxr edir!

          Qan-tər içində yuxudan ayıldım. Daxili telefon və ratsiyanının səsi otağı bürümüşdü. ""Liman 46" "Liman 56" - ya cavab". Ratsiyanı götürüb "Liman 46" eşidir" - dedim.

          - Hardasan bayaqdan?

          - Çölə çıxmışdım, müəllim, eşitməmişəm.

          - Bu ratsiyanı üstündə götür də!

          - 4-cü mədəndə 3696 , 1239,1138 nömrəli quyular dayanıb.Get onlara bax.

          - Aha, bir dəqiqə, təkrar edin, zəhmət olmasa, yazım.

          - 3696,1239,1138... yazdın?

          -Bəli. Bu saat gedirəm.

          Alət dəstini maşına yükləyib sürücünü oyatdım.

          - Dur, mədənə gedirik.

          Maşına əyləşib "Facebook" hesabıma girdim. Ana səhifəm "Suqovuşan azad olundu"  statusları ilə bəzədilmişdi.

          P.S. Bu hadisə düz 13 il əvvəl baş vermişdi. Bu hadisəni təzə təxris olan vaxtlarımda tez-tez yuxuda görürdüm. Ancaq uzun bir müddət idi ki, nəyinki yuxuda görmürdüm, hətta bu hadisəni unutmuşdum da. Suqovuşana qələbə toxumunu biz səpdik: 8 əsgər, bir kiçik çavuş və leytenant. O hadisədə şəhid olan dostlarımızın qanı ilə suvardıq bu qələbəni, 13 il sonra bar verdi.

 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)