Edebiyyat.az » Proza » ŞvartsMan - İyrənc(hekayə)

ŞvartsMan - İyrənc(hekayə)

ŞvartsMan - İyrənc(hekayə)
Proza
admin
Müəllif:
20:23, 26 yanvar 2021
2 690
0
ŞvartsMan - İyrənc(hekayə)






21+

Dünyada ən çox nifrət etdiyim adam Oqüst Rodendir. Çünki, o, oturaraq çənəsini ovucuna dayayan mütəfəkkiri təsvir edən iyrənc heykəlin müəllifidir. Belə pozada heç bir yaradıcılıq mümkün deyil. Bu poza yalnız unitazda oturmaq üçün yarayır.

Salvador Dali

2 m²-lik tualet fəlsəfəsi. Unitazda oturanda bunları düşündüm: subayam və nə üçün uşağım olsun istəyirəm? Səbəblər çoxdur: tənhalıq, ölüm qorxusu, çoxalmaq. Tək öləcəm? Ölsəm kim basdıracaq məni? Uşağım olmasa, mənim haqqımda impotent düşünərlər? Ya da pulu yoxdur?  Evlənməyən adamlar haqqında iki şey düşünürlər: ya maddi problemi var, ya cinsi. Mən üçüncü leveləm. Adı olmayan üçüncü level. Sıçanda səbəblərə bir səbəb də əlavə olundu : Biz ona görə uşağımız olsun istəyirik ki, bizim həyatımızı yaşamayan bir insan olsun. Bizim yaşadığımız maddi və mənəvi çətinlikləri yaşamayan insan olmağı üçün öz həyatımızı ona qurban veririk. Nəticə də, uşağımız da eyni poxlu həyatı yaşayır. Bu bilirsiz nəyə bənzəyir? Bir partiya sıçmısız və ikinci partiya da sıçdığınız poxa sıçırsız. Yəni poxun üstünə pox! ÖöööÖöööÖöööÖöööÖ... 

Sıçmaq anus vasitəsilə gerçəkləşən qəribə fizioloji prosesdir. Qalıntıların anusla bədəndən xaric olmasında həzz var. Görəsən, hansı daha çox həzz verir: anusdan nəyinsə çıxmağı, yoxsa anusa nəyinsə girməyi? 

Bu dəqiqdir ki, sıçmaqda rahatlıq var. Adam var sıçmaqdan xoşu gəlir, adam var vaxt itirməmək üçün sıçmır. 

Bir dəfə əsgərlikdə düzülüşdəyik. Tualetə getmək istəyən əsgərə baş gizir yarıciddi, yarızarafat  bunları dedi:
-Nolub saxlaya bilmirsən? Götdən sikiblər səni? Götdən sikilənlər poxu saxlaya bilmir.  Anusun büzdümü olur, o poxu iki-üç saat saxlaya bilir. Çox vaxt götdən verən qəhbələrdə bu büzdüm elastikliyini itirir və poxlarını saxlaya bilmirlər. Səni daldan sikməyiblərsə, deməli, dözə bilərsən. 
Və əsgər dözdü. 

Tualetə gedəndə özümlə telefon, kitab və sələmçilikdən qazandığım pulları götürürəm. Pulları sevinərək sayıram,  dodağımda mahnı zümzümə edirəm:
-Amcığına gül düzüm,
Mənim gecəm, gündüzüm.
Bu dərdə necə dözüm,
Sevgilim mənim... 

Ağami zəng edir. Pulları saymağı dayandırıb telefonu mikrofon rejiminə qoyuram, sonra pulları saymağa davam edirəm. 
-Salam, Ağami müəllim, necəsiz? – ucadan, özümdənrazı səslə salamlayıram. Çünki onun mənə borcu var, adətən borc alanlar mədəni,sakit danışır. Necə ki, çox arıq adamlar  mədəni danışır, çünki onun kobudluq edəcək iribədənli idmançılar kimi cəsarəti yoxdur. Axı kobudluq da hansısa gücə (fiziki görkəm, yaxud pul) söykənməlidir. Amma kim olursan ol, qarşındakının da insan olduğunu unutmamalısan. 
-Sağol, sağol. Tamerlan, inşaallah, bazar ertəsi səhər saat doqquzda görüşürük. 
-Dəqiq? - bu həftə verməliydi borcu, gecikdirir. Hər ehtimala qarşı soruşuram.
-Arxayın ol, Tamerlan, arxayın ol. Səninlə mənim aramızda pul söhbəti ola bilməz.
-Onda... heç nə. Bazar ertəsi görüşərik. Hələlik. 
İnanıram ona. Əgər pulu gətirəndə yolda maşın vurmasa, borcu mütləq qaytaracaq. 

Ağami müəllim həqiqətən də nə vaxtsa müəllim olub. Yaxşı adamdır, aldatmaz məni.Heç vaxt məndən borc istəməzdi, çünki faizi haram bilən köhnə adamlardandır. Mən məntiqlə izah etdim ki, bank da faizlə işləyir, mən də. Niyə banklara heç kim pis baxmır, amma mənə pis baxırlar? Uzatmıram...Xalq məni tanımır: mənim defekasiya aktımdakı kəramət onların koqnitiv kəramətində yoxdur. 

Bu söhbətdən uzun zaman keçdi. Bir səhər müəllim məndən başqasına vermək adı ilə özünə faizə pul istədi. Dostumdan götürüb verdim. Bazar ertəsi borcunu tam bağlayacaq. 
Sizə bir sirr açım, gərək aramızda qalsın. Okey? Bankların bu faiz məsələsi var ha, əslində osduraq söhbətdir. Elə bir şey yoxdur, uydurmadır. Müştəri ehtiyacdan bankın tələsinə düşür, bank deyir ki, sizə bu şərtlərlə  pulu veririk, lakin bu borcun üstündə müəyyən miqdar faiz şəklində pul ödəyəcəksiz. Niyə? -deyə bilmirsiz. Çünki pula ehtiyacınız var, sağlam düşünə bilmirsiz, borcverən nə desə razılaşacaqsız. 

Sələmçilik işində səhvlərim mənə öyrətdi ki, pul məsələsində başqalarına inanmaq elə bil sıçmayıb poxu içində saxlamaq kimidir: poxa ziyanı yoxdur, amma sənə ziyanı var. 

Pulları bölüb qutuya qoydum. Telefonuma baxdım. Bu qadın məni yenə bloka atdı. Dəfələrlə bloka atıb çıxardıb. Atıb, çıxardıb. Səbəb budur ki, diqqətsizlik, yalançı sevgi. Onu söysəydim, deyərdi ki, ən azı bu da diqqətdir. Mən isə nə söyürdüm, nə də tərifləyirdim. Yox, ədalət naminə deyim ki, arada tərifləmişəm, xoş sözlər demişəm, azlıq edib. Mən öz aləmimdə idim. 

Səhifəsində məni blok edə bilmir deyə ora bu sözləri yazdım:
" Neçə dəfə istəyirsən məni bloka at, xeyiri yoxdur. Mən sənin ürəyində əbədi blokdayam". 

Yaxşı yazmışam, hə? Təsir etməlidir. Gözlədim. Oxudu. Beş dəqiqə keçdi, sonra on beş dəqiqə. Cavab yoxdur. Bəs mən söz sehirbazı idim, noldu? Zəifləmişəm? İnanmayın, sadəcə qadınlıq qüruru imkan vermir mənə cavab yazmağa. Deyirəm də, bizim əsrdəki qadınlara gözəl sözlər təsir etmir. Götüm isti yerdədir deyə (indi unitazda olsa da) bəzəkli cümlələr qururam. Mənim qadınlarla münasibətim nəzəriyyədir, praktikada uğursuzam. Ətrafında bu qədər qadınlar olub tənha qalmaq hər kişinin işi deyil. 

"Mən sənin ürəyində əbədi blokdayam" - bu cümlənin qarşısında buz kimi əriməyəsən nə edəsən?! Əvvəl-axır mənim günəşli sözlərim onun ürəyindəki buzu əridəcək. Baxarsınız! 

Sakitcə unitazda oturmuşam. Klassik musiqi dinləyirəm. Sıçanda klassik musiqi dinləmək bağırsaqların fəaliyyətinə faydalıdır. Qəbizliyi olanlar niyə klassika dinləmirlər axı? Şubertin " Ave Maria"sı, Bethoven, çox romantik olmasın deyə Şopeni Bramsla əvəz edək,  hətta Moçart da ola bilər. Adamı ən yaxşı sıçırdan Baxdır. "Cello Suite No.1 in G major, BWV 1007".  

Hiss etmisiz, insana öz nəcisinin qoxusu xoş gəlir, amma başqasınınkına dözə bilmir. Fikirlər də belədir: insan öz poxlu düşüncələrinə dözür, başqalarınınkına yox. 

Bura kimi məni dinlədiniz, çox sağolun. Əgər çox əxlaqçı və qatı dindarsınızsa, bundan sonrasını oxumayın. Sağlamlığınız üçün təhlükəlidir! 

Tez- tez getdiyim supermarketdəki hicablı kassir qız yadıma düşür. Adətən hicablı qızlar gözəl olmur, amma bu qız gözəl üzlü və dolu bədənli idi.  Əvvəllər məni dindarlıq  iyrəndirərdi, indi isə sadəcə şəhvətə gətirir. İnsan gənclikdə daha əxlaqsız olur, yaşa dolduqca özü də hiss etmədən əxlaqlı adama çevrilir. Bu proses məndə əksinə gedir: yaş artıqca kobudlaşıram, abırsız və əxlaqsız adama çevrilirəm. Bunlar hamısı gəncliyimdə əxlaqlı olmağın nəticəsidir. Yoxsa mən sizin üçün Tolstoy deyiləm ki, gəncliyimdə min hoqqadan çıxım, qocalanda sizə mənəviyyatdan danışım.
Həmişə o qızı görəndə vizit kartımı verib ədəbsiz təklif etmək istəyirəm. Çox güman, bakirədir. Ona sadəcə mənimlə yatmağı üçün aylıq maaşını verərəm. 300 manat. Bakirəliyinə də toxunmaram, gizli kamera ilə də çəkmərəm. Sadəcə... zövq! 300 manata görə bu qədər vaxt itirir, zəhmət çəkir. Yalnız iki-üç saatlıq sevişməyə görə, 300 manat. Pis məbləğ deyil. Hər halda, mən dişləri sarı, dazbaş, qarnı tüklü kişi deyiləm ki, məndən iyrənsin. Axı onun da sevişmək istəyi var, niyə seks üçün uyğun adam və vaxtı gözləsin? Həyat əllərimizdən axıb gedir, hər anı dəyərləndirmək lazımdır. Mənim bu ədəbsiz təklifimi  qəbul etməmək üçün ya axmaq, ya da saxtakar olmalısan. Lakin mahiyyət etibarilə ikisi də eyni şeydir.

Sizcə, mən iyrənc düşüncələrə sahib çox əxlaqsız adamam? Xeyr, əzizim, siz çox əxlaqlı adamsız. 

Siz bilirsiz ki, mənim Bayram Nurlu ilə gizli müqaviləm var? Razılaşmışıq ki, o gic-gic videolar ilə sizin başınızı qatacaq, sizin diqqətinizi və nifrətinizi başqa səmtə yönəldəcək və beləliklə, mən sizə arxadan hücum edəcəm. Siz heç mənim kim olduğumu da bilməyəcəksiz. Mənim necə təhlükəli adam olduğumu bilənədək iş-işdən keçmiş olacaq. Əlbəttə ki, bu zarafatdır, amma siz ciddi qəbul edin.

Vaxt gələcək biləcəksiz ki, mənim varlığım dəhşət, yoxluğum kabusdur. Mən başqalarının yazmağa cəsarət etmədiyi şeyləri yazıram. Mən sizin tanıdığınız ev heyvanı deyiləm. Mən vəhşiyəm! Ədəbiyyat vəhşiliyimi gizlədən maskadan başqa bir şey deyil. Bir dəfə dostum soruşdu ki, niyə evlənmək istəmirsən? Cavab verdim ki, evliliyin düşər-düşməzliyi var. Adam var evlilik onun xilasıdır, adam var evlilik onun məhvdir.

 Kişiləri bilirsiz , evlənirlər, qarınları çıxır, saçları tökülməyə başlayır. Arvadı və uşaqları var, nə sikir ki... Onsuz da özlərini cəmiyyətə sübut ediblər. Yoxsa bizim kimi hər an yeni tanışlığa açıq ol, sevişməyə və nəsil artırmağa hazır ol. Sanki döyüşə hazır şəkildə daim formada qalmalıyıq. 

Sizinlə o qədər danışdım ki, poxum götümdə qurudu. Slavoj Zizek-in “Tualet ritualı”nı xatırladım və unutdum. Deyəsən, vaxtım tualetdə uçur. Zaman düşmənimizdir, ya müəllimimiz? O, bizi öyrədə-öyrədə yavaş-yavaş öldürəndir. 

Çıxış yolu nədir? Fəlsəfə və ədəbiyyat? Kantı və Hegeli oxuyanda düşünürsən ki, onlar sıçmırlar, sevişmirlər. Onlarda ancaq quru beyin var. Kantın da, Hegelin də bütün həyatları fəlsəfə olub. Nitçenin isə bütün fəlsəfəsi həyatdır.  Onun fəlsəfəsində almanlarda olmayan ürək döyüntüsü var. O, Kant və Hegel kimi sakit həyat yaşayıb sistemli fəlsəfə yaratmayıb. Fəlsəfə fakültəsində ən çox Kant və Hegel öyrədilir, Nitçe həmişə paraqraf kimi qalıb. 

Bukovskinin "Kapitan nahara çıxdı və matroslar gəmini ələ keçirdilər" kitabını yenidən gözdən keçirirəm. Niyə daha çox  ölmüşləri oxumalıyıq? Görünür, ölülər dirilərdən maraqlıdır. Mənə həmişə kədərli gəlib ölmüş yazıçının ölüm haqqında fikirləri. O, bu fikirləri yazarkən sağ idi, indi yaşamır, sağ qalan mən bu fikirləri oxuyuram. Nə vaxtsa mən də öləcəm, sağ qalan siz bu fikirləri oxuyacaqsız. 

Maye sabun və isti su ilə götümü yuyub tualet kağızı ilə sildim. Koronavirusu xatırlayıb əllərimi daha yaxşı yudum.Dəsmalla əlimi qurulayanda telefonuma məndən küsüb bloka atan qadından mesaj gəldi:
-Hekayəni bitirəndə göndərərsən redaktə edərəm…

23-24 yanvar 
2021-ci il

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)