Prezident təqaüdçüsü qəzaya düşdü - Fotolar
Proza
Bu gün günorta saatlarında Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü şair Fuad Cəfərlinin avtomobili qəzaya uğrayıb. Saytımıza daxil olan məlumata görə, Fuad Cəfərli hərəkətdə olarkən adı açıqlanmayan biznesmen xanım idarəetməni itirib və idarə etdiyi "Toyoto-Prado" markalı avtomobilini prezident təqaüdçüsünün "Mercedes-Benz" markalı avtomobilinə çırpıb. Hadisə baş verən zaman yazıçının ailə üzvləri də avtomobildə olub. Hadisənin təfərrüatlarını öyrənmək üçün Fuad Cəfərli ilə əlaqə saxladıq. O, edebiyyat.az saytına açıqlamasında qəzaya düşməsi ilə bağlı məlumatı təsdiqlədi. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alanların olmadığını bildirdi: "Amma avtomobilə ciddi ziyan dəyib. Xanım sürücü mən baş yolda olarkən arxadan gəlib özünü avtomobilə çırpdı. Maşının arxa hissəsi əzilib. Arxa qapısı sıradan çıxıb. Yararsız hala düşüb. Mütəxəssislər təxminən 1000-2000 manat həcmində ziyan dəydiyini bildirdilər. Onu da deyim ki, hər ikimizin avtomobili sığortalıdı".





Mövzuya uyğun linklər:
Naxçıvan teatrında tarixi imza
“Maskomania News”da Qulu Ağsəs haqqında məqalə dərc olunub.
Türkan Nağıyeva - Ağrı estetika ola bilərmi?
Matanat Teymurlu "Masterpieces of Western European Painting at the National Museum of Art of Azerbaijan"
Mətanət Teymurlu- "Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Avropa rəngkarlıq İnciləri"
Həmçinin oxuyun:
Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)
Nəcəf Əsgərzadə - Dumana düşənlərin "Qismət"i
Tural Həsənov - Tablo
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
