Edebiyyat.az » Proza » ŞvartsMan-Dilin təkamülü (Evolution of language)

ŞvartsMan-Dilin təkamülü (Evolution of language)

ŞvartsMan-Dilin təkamülü (Evolution of language)
Proza
nemət
Müəllif:
23:11, 06 iyun 2019
1 916
0
Ş vartsMan-Dilin t ə kamülü (Evolution of language)



Dil, insan növü təkamül etdikcə inkişaf etmişdir. Dilin inkişafı bizi ən yaxın qohumumuz olan şimpanzelərdən ayırır. Digər heç bir təbii ünsiyyət vasitələri insan dili kimi deyil. İnsan dili düşüncələri ifadə edə, informasiya ötürə, sual verə və əmr edə bilir.  Bunun əksinə heyvanlar yalnız yemək, təhlükə, təhdid, ya da kompromis kimi məsələlərdə ünsiyyət qururlar. 



Bəs dil necə yarandı? Bir neçə mağara adamı konfrans keçirib dili yaratmağamı qərar verdilər? Əlbəttə yox. Nəzəriyyələrdən biri, biz insanların ataları olan hominidlərin (insanabənzərlərin) xortuldamağa, bağırmağa və ağlamağa başladığını və bunun mərhələli olaraq bugün işlətdiyimiz dilimizə doğru inkişaf etdiyini irəli sürür. Fəqət meymunlar da xortuldanıb bağıra bilirlər. Onda nə üçün onların xortuldanmaqları dilə təkamül etmədi? Çünki 6 milyon il əvvəl insanabənzər və şimpanzelərin nəsil bağları bir-birlərindən ayrıldı. İnsanabənzərlərin beyinlərinin ölçüsü vaxt keçdikcə artaraq inkişaf edəndə şimpanzelərin beyni eyni qaldı.


 Digər bir nəzəriyyə isə, dilin bir işarə dili olaraq başladığını, sonra isə səsli bir forma aldığını deyir. Bəziləri isə dilin başqa ərazilərdə müstəqil olaraq inkişaf etdiyini iddia ediblər. Amma yeni araşdırma dünyanın bütün dillərinin ilk dəfə on minlərlə il əvvəl Afrikada danışılan tarixdəəvvəlki dildən təkamül etdiyini və daha sonra 70.000 il əvvəl atalarımızın Afrikadan köç edərək oranı tərk etmələri ilə bütün dünyaya yayıldığını göstərir. 


Yaxşı bəs, dillər nəsillər boyunca eynimi qaldılar? Dillər mədəniyyətdə baş verən dəyişikliklər və başqa dillərin təsiri səbəbi ilə nəsildən nəsilə keçdikcə dəyişdilər. Buna görə, kraliça Elizabet dövründə danışılan ingiliscə ilə bugün danışılan ingiliscə bir -birlərindən fərqlənirlər. Dil və onun təkamülü, dilçilər, psixoloqlar və bioloqlar tərəfindən hələ də davamlı olaraq araşdırılan bir məsələdir.

Mənbə: MocomiKids

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)