Edebiyyat.az » Proza » Elvin Rizvangil - Ata və oğul

Elvin Rizvangil - Ata və oğul

Elvin Rizvangil - Ata və oğul
Proza
nemət
Müəllif:
10:25, 15 avqust 2019
1 295
0
Elvin Rizvangil - Ata və oğul


Düşmən yoxdursa, hasara, vətən yoxdursa, oğula nə gərək var?

-Salam. Adınız nədir?
-Qismət. Hardayam mən?
-Qəsəbə xətəxanasındasınız. Dünən gecə sizi qəsəbənin iki sakini meşədə ov edərkən donmuş vəziyyətdə tapıblar. Evlərinə apararaq ilk tibbi yardım göstəriblər. Bəxtiniz gətirib. Sizi tapanlardan birinin arvadının tibbi biliklərinin olması və sizə düzgün tibbi yardım göstərməsi nəticəsində ölümdən xilas olmusunuz. İndi hər şey qaydasındadır. Əgər vaxtında müdaxilə olmasaydı ayaqlarınız amputasiya olunacaqdı, ən yaxşı halda.  İstirahət edin. Bir azdan qeydiyyat şöbəsindən tibb bacısı gəlib xəstəxanaya giriş qeydiyyatınızı aparacaq. Bir də qəsəbə müstəntiqinə izahat verəcəksiniz. Nə isə lazım olsa çəkinmədən deyə bilərsiniz.

 Həkim palatadan çıxdıqdan sonra Qismət gözlərini yumub olanları xatırlamağa çalışdı. Xatırladıqca atasına lənət oxuyurdu. Xəyalları onu lap uşaqlıq illərinə apardı. Atası ilə ilk dəfə Bakıya gəldiyini. Buna gəzmək falan demək olmazdı. Atasının maşınından düşməmiş, atası hara getmişsə,  onu maşında gözləmişdi. Bircə restoranda nahar edəndə maşından düşmüşdü. Restoranı xatırlamağa çatanda atasının harasa gedib, qayıdanda iki qadınla qayıtmasını və həmin qadınlarla birgə restoranda yeyib içməsini xatırladı. Heç sənin zövqündə yoxuymuş ata. O qadınlarla yatmaq üçün gərək uzun illər qadın üzünə həsrət olasan. Onların tərinin iyindən dayana bilmirdim. Sən onlarla necə əlaqədə oldun, mənə o maraqlıdı. Əgər onlar anamdan gözəl olsaydı, səni başa düşərdim. Ancaq sən çox alçaq adamsan ata. İndi yanında olsaydım, bunları inan ki, üzünə deyərdim. Anam kəndimizin ən gözəl qadınlarından biri idi. Ancaq sən həmişə onu əzirdin. Bir gün o qəhbələrə görə bizi atıb getdin. Bütün var dövlətini həmin qəhbələrə xərcləyib müflisləşəndə yanımıza qayıtdın. Yazıq anam bizim xətrimizə səni bağışladı. Bilirsən sən gedəndən sonra biz nə əziyyət çəkdik. Sən qəhbələrnən kef çəkəndə yazıq anam min bir əziyyətlə onun bunun qapısında qulluqçuluq edib bizi oxutdu.Sən anamı ucuz xaşxana fahişələrinə dəyişdin. Ancaq anam sənin adına ləkə gətirmədi. Dayılarım Bakıdan gəlib nə qədər anamı məcbur etsələrdə, anam razı olmadı. Bir gün qonşumuz Zivər arvad anamı hasardan hayladı. Anam hasara yaxınlaşıb Zivər arvadla asta-asta nə isə danışırdılar. Zivər anamı nəyəsə razı salmağa çalışırdı. Anam təkidlə "yox ay Zivər xala, mümkün olan iş deyil" -dedi. El obadan ayıbdı. Camaat nə deyər. Sonra öyrəndim ki, Zivər bacı oğlu üçün anama elçi düşüb. Sən nə bizə yaxşı ata oldun nə də anama layiqli ər oldun. Guya mənə yaxşılıq elədin. Yalandan xəstəlik kağızı düzəldib məni vətənimdən bura qaçırtdın. Öz aləmində məni ölümdən xilas etdin. Ancaq məni öz əlinlə ölümün qucağına atdın. İndi tanımadığım bir qəsəbədə xəstəxanada ölümlə əlləşirəm. Mənim bu vəziyyətə düşməyimə səbəb sənsən. Nə ləzgi, nə Nadir, heç biri deyil. Mənim tay tuşlarım hamısı müharibəyə getdi. Hətta Zeynəb də gəlməmişdən bir gün öncə, ona məni gözlə qayıdacam deyəndə, verdiyi cavab bıçaq kimi ürəyimə sancıldı. "Sən mən doğduğum uşaqlara atalıq edə bilməzsən". Fərari atanı mən uşaqlarıma necə qəhraman edim? Kaş cəhbəyə gedəydin. Müharibəyə gedənlərin hamısı ölmür ki, yaralanardın sənin yanında qürurla gəzərdim. Şikəst olsan, ömrümün sonuna qədər sənə uf demədən qulluq edərdim. Ölsən qara geyinib ömrümün sonuna qədər sənə yas saxlayardım. Məncə sən bir də heç vaxt qayıtma. Vətənin dar günündə qaç get. Müharibə qurtarandan sonra çıx gəl. Bu vətəndə şad xürrəm yaşa. Məni səni heç vaxt bağışlamayacağam ata. Üzünə demək üçün gələcəkdim. Ancaq gəlməyəcəyəm. Sən artıq mənim üçün ölmüsən!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)