Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə - Ədəbi Suprematizm üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)

Nəcəf Əsgərzadə - Ədəbi Suprematizm üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)

Nəcəf Əsgərzadə - Ədəbi Suprematizm üzərinə müzakirə (İkihissəli ədəbi diskussiya)
Proza
Necef Esgerzade
Müəllif:
16:18, 01 sentyabr 2019
1 911
0

A mətbəxə keçib çayı dəmə qoydu. Nədənsə fikirli idi. Pəncərəyə yaxınlaşıb həyəti seyr etməyə başladı.

Pəncərə həyatın dördbucaqlı mənzərəsi.

A dördbucaqlı mənzərədən həyatın digər üzünü izləməkdə idi.

Geri qayıdıb çayın dəm alıb-almadığına baxdı. Çay artıq dəmlənmişdi. Çayniki su ilə doldurub qazın üzərinə qoydu.

Qapı döyüldü. A qapıya sarı getdi. “Qlazokdan” baxıb qapını açdı:

- Salam necəsən? B dedi.
- Yaxşıyam, sən necəsən? Neynirsən?
- Həmişəki kimi. Evdən işə, işdən evə.
- Hələ heç kim gəlməyib?
- Yoldadırlar. On dəqiqəyə burda olarlar.
- Elə indicə çay dəmləmişəm. Su qızsın. Bir çay içək. Sən keç içəri otur. Rahat ol.
 B qonaq otağına keçib oturdu. A çayları gətirdi. Qapı astadan döyüldü. Gəldilər. B həyəcanla dedi. Sən çayını iç mən qapını açım gəlirəm.
 B çaydan bir qurtum aldı. C və D otağa daxil oldular. B mehribancasına onlarla görüşüb hal-əhval tutdu. A onlara da çay gətirdi.
 Dincinizi aldınızsa müzakirəyə keçə bilərik. D dilləndi:
 - Mən hazıram başlayaq.
 B və C də hazır olduğunu bildirəndən sonra müzakirə başlandı.

Birinci hissə

Ağ kvadrat ində

Əbi Suprematizm ətrafında zakirə

A: Düzü müzakirəni mən təşkil etsəm də danışmağa, deməyə sözümün az olduğunu hiss edirəm. Fikirlərim biraz qarışıq vəziyyətdədir.
C: Onda icazə verin mən bir- iki kəlmə ilə müzakirəyə başlayım.
A: Buyur. De fikirlərini
C: Qara kvadrat. Əsas məsələ buradan başlayır.
B: Əsas məsələ? Nədir o əsas məsələ ki, biz fikir verməmişik?
C: Qara və Ağ. A kitabı mənə verə bilərsən? ( C kitabı A-dan alıb, kitabın üz qabığındakı şəkli onlara göstərməyə başladı. müəllif qeydi). Nə görürsünüz? Fikirlərinizi deyin.
A: Qara kvadrat.
C: Bəs sən nə görürsən B?
B: Bu nə sualdır? Mənim gözlərim uzağı da, yaxını da yaxşı seçir. Mən də A-nın gördüyünü görürəm. Qara kvadratı.
C: D bəs sən görürsən.

(Bayaqdan sakitcə oturan D verilən sualdan elə bil diksinən kimi oldu.)

D: Bil... Bilmirəm. Dəqiq bilmirəm.
B: Necə yəni bilmirsən. Görmürsən kitabın üzündəki qara kvadratı.
D: Qara kvadrat. Amma, amma... Orada sadəcə qara kvadrat yoxdu.
B: Nə var. Sözü gəvərəmə də de. Biz də bilək?
D: Dəqiq bilmirəm əmin deyiləm.
B: Əmin deyilsən?
C: D sən düzgün fikirdəsən. D sizin görə bilmədiyiniz şeyi görsə də əmin olmadığına görə heç nə deyə bilmir.
B: De biz də bilək nədir o?
C: Ağ kvadrat.
B: Ağ kvadrat?
C: Hə.
A: Fikrini biraz aça bilərsən?
C: Burada bir çoxumuz qara kvadratı görürük. Çünki qara kvadrat düz ortadır. Diqqəti özünə çəkir. Amma baxış bucağımızı dəyişdirsək qara kvadratın ağ kvadratın içinə yerləşdirildiyini görə bilərik.
A: Aha. İndi başa düşürəm.
B: Mən heç bir şey anlamıram. Orda ağ kvadrat hardadır ki?
C: Kənarlara diqqətini yönəlt görəcəksən.
D: Həyatda da belədir. İnsanların bir çoxu qara kvadratı görür. Ağ kvadratı isə görənlər çox azdır. Ona görə ki, insanlıq müsbətdən mənfiliyə daha çox meyl edir.
A: Tamamilə razıyam.
C: Deməli birinci məsələ həll olundu.
A: Kazemir Maleviçin dahiliyi bunda idi ki, ağ kvadratın içinə qara kvadratı yerləşdirərək fikri qara kvadrata yönəldib.
B: Mən nə qədər cəhd etdim, yenə ağ kvadratı görə bilmədim. Nəysə boş verək. Keçək başqa məsələyə.
A: Keçək. Suprematizm nəzəriyyəsinin əsasında nə durur. Onu aydınlaşdıraq.
C: İntellektin rolu böyükdür burda. Əsas müxtəlif sahələrin bilicisi olmaq əsas şərtdir.
B: Fəlsəfi yanaşma vacibdir. Hər sahədən biraz bilsən bəs edər. Əsas bildiyin məlumata başqa tərəfdən yanaşa bilərsən.
D: Duyğunu nəzərə almaq lazımdır. Hiss, əhval-ruhiyyəni göz-ardı etmək olmaz.
A: Kitabda verilən model ona görə çox vacibdir. 

(A kitabı açır. Və modeli göstərir.)

A: Eİ- FD- BT. ( Elmi informasiya - Fəlsəfi Düşüncə - Bədii təxayül )
B: Yazıçı üçün təxayül vacibdir. Təxayül olmasa yazıçı yeni bir şey ortaya çıxara bilməz.
A: Düşüncə anbarı olmadan da təxayül bir işə yaramır.
C: Düsturdan birini çıxdaş eləsək, yazı zamanı nəsə çatışmayacaq.
D: Bəs sizcə bunların hər biri varsa, duyğu, hiss yoxdursa, bu əsərə heç bir təsir göstəməz?
C: Hiss də önəmlidir. Şeiri oxuyanda onsuzda şairin bu şeiri hansı hisslə yazdığını duymaq olur.
B: Məncə hissin, duyğunun dövrü gedib. Artıq texnologiya dövrüdür. İnsanlar robotlaşır get-gedə. Ona görə artıq fəlsəfi düşüncə daha önəmli olmalıdır.
A: Duyğunun, hissin vaxtının keçməsiylə razı deyiləm. İnsan yaşadıqca duyğuları yaşayacaq. Bizi elə həyatda tutan duyğularımızdır.
C: Mətləbdən uzaqlaşmayaq.
B: Heç bir yerdən uzaqlaşmırıq. Sadəcə fikir mübadiləsi gedir aramızda. Mən öz mövqeyimdə qalıram. Hisslər insanı zəif edir.
C: Hissləri tamamilə məhv etmək olmaz. Sadəcə kontrol altında tutmaq lazımdır.
D: Əsgər filmini izləmisiniz? Duyğuları, hissləri olmayan insanın prototipi var orda. B mütləq o filmə bax. Bəlkəm fikrin dəyişər.
A: Keçək başqa məsələyə.
B: Baxaram. Amma fikrimin dəyişəcəyinə inanmıram.
C: Əli Şirin müəllim bu kitabda öz nəziyyəsinin formulunu açıq şəkildə ortaya qoyur və bunu verdiyi şeir nümunələriylə bir-bir izah edir.
D: Onda kitab öz-özünü izah edirsə bizim danışmağımızın nə faydası.
C: Biz sadəcə kitab haqda fikirlərimizi bölüşürük. Yaradılan nəzəriyyənin modeli əsasında şeirin, intellektual şeirin necə ərsəyə gəlməsini izləyirik.
A: Sonsuzluq mümkün olmayan hadisənin baş verdiyi yerə deyilir
C: Maraqlı yanaşmadır. Onda deməli biz heç bir zaman həmin hadisənin gerçəkləşməsinə şahid ola bilməyəcəyik.
D: Həyatda sonsuz heç nə yoxdur. Hər şey bir gün yoxa çıxır.
B: Amma əslində isə hər şey sonsuzdur. Bu bizə elə gəlir. Bizim həyatımız burda sona çatsa da, başqa yerdə davam edir.
D: Bu yalnız fərziyyədir.
B: Fərziyyə deyil. Biosentrizm nəziyyəsi sübut edib paralel dünyalar var.
D: Mən hələ də buna inanmıram.
C: Yatmaq özü də dünyadan qopmaqdır. Başqa bir paralel dünyaya keçiddir. İnsanın yuxuya getməsi qəribədir. Gözünü yumursan və birdə gözünü açanda 2-3 saat keçmiş olur.
A: Yuxu başqa bir aləmdir. Yoxluq və varlığın kəşişdiyi nöqtədir sanki. Həyatda yoxsan, amma həm də həyatdasan.

(C kitabı götürüb şeir oxumağa başlayır)

Məkan haradı,
zaman neçədi,
mən, O 
və sevgidən başqa
hadisələr
hara qeyb olub, hardadı?

Oyanıram yuxudan; çoxalır hadisələr.
Mən varam, O yoxdu.
Daha doğrusu,
indi mən olan yerdə
O yoxdu.

D: Sehrlidir. İnsan yuxuda gördüyü hadisələrin sehrinə hərdən elə vurulur ki, oyananda belə hadisələrin yaşamış olmaması onu incidir qəlbən.
A: Kitabdan icazə verirsinizsə başqa bir şeir də mən oxuyum.
D: Oxu, qulaq asırıq.
A: Şeirin adı belədir "Heç yerdə və heç vaxt"

Gözlənilməz hadisələrin şahidi oluram
yuxuda,
yəqin hamının başına gəlir.

Yuxuma girir
dostlar, doğmalar, yadlar,
bəzən də heç tanımadıqlarım,
üzünü belə görmədiyim adamlar
müxtəlif tanış və yad hadisələr
in fonunda.

Tez-tez yuxuma girənlər də olur;
həyatda artıq olmayan atam, anam
və başqa doğma adamlar
yenə də tanış və yad hadisələrin içində.

B: Qəribədir. Tanımadığım insanlarla yuxuda elə mehribancasına söhbət edirəm ki, yuxudan oyanda öz-özlüyümdə təəccüblənirəm. Mən bunu heç tanımıram, bəs onunla necə belə danışıram?
C: Freyd deyir ki, yuxu keçmişdəki xatirələri, dünən və ondan əvvəlki gün baş verən hadisələrlə calaşdıraraq yuxuda insan üçün kino effekti yaradır.
D: Bəs tanımadığım insanlar?
C: Üz effekti modeli. İki, üç üz birləşib bir üz əmələ gətirir. Sən onu tanımırsan, amma onu haçansa hardasa görmüsən, alt qatda qalıb.
D: Aydındır.
A: Sonsuzluq yuxunun ekvalentidir. İnsan uzun yuxuya dalsa, elmi dildə desək letargiya vəziyyətinə düşsə o bir növ sonsuzluq eyforiyasına tutulacaq. Bəlkəm yanılıram fikirlərimdə?
B: Əslində hər şey sonlu kimi görünür. Sonsuzluq sonlunun içində gizlənib. Kitabda da bu fikirlə rastlaşırdıq.

(B kitabdakı Sonsuzluq şeirindən bir iki parça oxumağa başladı.)

Hər şeyin sonu yox,

sonsuzluğu var.

Parça-parça edilib küçəyə atılmış şəkil -

dayanmış zamanı oynadır külək.

Heç nə yox olmur ki, hər dəyişir azaldıqca,

kiminsə parça-parça edilib, ayaqlar altına atılmış                                                                                                                                                                                                                      

şəkili kimi.

A birdən bədahətən deyir:

Çoxalmırıq yaşadıqca,
böyümək bir yanlışlıq -
Qocalıq azalmaq əlamətidi.

D: Deməli ölmək üçün yaradılmış mexanizmayıq?
A: Mən elə deməzdim, insan həyata gəlir və hər bir insanın da özünəməxsus missiyası olur. Bizim gözümüzdə heç nəyə yaramayan insan, bəlkəm də biriləri üçün ümid mənbəyidir.
C: Hər hərəkətimiz bizdən enerji tələb edir. Hər gün enerji itirə-itirə özümüzü ölümə hazırlayırıq. Özümüzün də xəbəri olmadan.
D: Deməli cavanlıq sonsuzluq anlayışla səsləşir, qocalıq isə sonlu anlayışı ilə.
B: Bəli, maraqlı yanaşmadır. Amma istinalar var.
C: Mən isə məsələyə belə yanaşıram. Sənət anlayışı. Sənət yaratma, həyatda yaşadığın müddətcə insanlığa, bəşəriyyətə nələrsə töhfə verə bilirsənsə, onda deməli sən sonlunun içində paslanıb qalmış sonsuzluq mexanizmini işə salmağı bacarırsan. Bədən sona çatmağa can atdıqca, ruhun sonsuzluğun libasına bürünər parça-parça.
D: Bu fikirlərin qarşısında susmaq gərək.

(B bir siqaret yandırır. Üzün A-ya tutaraq deyir.)

B: Siz zaman haqda nə deyə bilərsiniz?
A: Zaman insanı gündən-günə şam kimi əridir.

(Digərləri də verilən suala münasibət bildirir)

C: Zaman səssiz mişardır. Bunu Kant deyir.
D: Zaman mənə görə indi və burda olan söhbətimizdən ibarətdir. Buradan çıxandan sonra zaman yoxa çıxacaq.
B: Sizin dediyinizdən belə çıxır ki, zaman məkanla əlaqədardır?
D: Bəli. Zaman məkanın həbsxanasıdır.
C: Zaman bizim yaşadığımız hadisələrin xatirələr toplusudur. Biz öləcəyik, fəqət bizi xatırlayanların zehnində bizimlə bağlı xatirələr qalacaq. Bu zamanın xoşniyyətlidir.
A: Zaman illuziyadır. Bu insanlığın uydurmasıdır. Nə gələcək var, nə keçmiş.

Cüssəli bir qoca idi,
parkda yanaşı oturmuşduq skamyada.
Söykənərək qalxdığı əsanı göstərib,
şövqlə laqeyd-laqeyd dedi:
bu, mənim gələcəyimdi - çevrilib əsaya,
sürünürəm arxasınca neçə illərdi.

D: Gələcək və keçmiş şeirindəndir hə?
A: Hə elədir.
B: Gəlin düşünək zaman keçmişdən gələcəyə yox, əksinə axsa necə olardı?
C: Tərsinə zaman şeiri bu məsələni açıqlığa qovuşdurur.

Gəlin,

zamanın tərsinə gərdişinə baxaq. Bəli.

Bəli, məhz tərsinə gərdişinə

gözlənilmədən doğulan birinin timsalında.

Hamı heyrət içində donub qalmışdı.

doğum evində. Ana çevirib üzünü divara

hönkürürdü dəhşət içində; körpəsi 

qoca doğulmuşdu - möcüzəyə bax!

B: Faciəvidir. 

(C oxumağa davam edir).

Sonra yeniyetməyə çevrildi, sonra uşağa.
Bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə.
Bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.

D: Gözümün önünə belə gətirmək istəmirəm belə hadisəni. Oxuma, dayan. Tab gətirə bilmərəm.

(Araya bir müddət sakitlik köçür).

C: Axilles sizcə niyə tısbağaya çata bilmir?
A: Bu paradoksdur. Tısbağa Axillesdən öndə başlayır. Axilles özünə əmindir. Düşünür ki, sürətliyəm tısbağanı keçməyə nə var ki. Rəqibini balaca görməsi, axırda onun başını çox ağrıdır.
C: Başqa nə deyə bilərsiniz?
D: Tısbağa zamandır. O asta yeriyir. Bu sadəcə bizə elə gəlir. Axilles burda sənəti təmsil edir. Zaman həmişə sənətdən öndə olur. Amma elə hallar da olur ki, sənət zamanını qabaqlayır. Bu isə ağır nəticələrə səbəbiyyət yaradır. Hər yenilik, sənət onun yaradacısına ölüm, əzablar hesabına bəxş edilir.
B: Heç bu cəhətdən düşünməmişdim. Çox, çox maraqlı yanaşmadır. Təbrik edirəm səni.
C: Mənim eşitmək istədiyim fikirlər bu idi.

Gözləyən isə
düşünürdü gözləyə-gözləyə:
Bu gəlişlə
"itiayaq Axilles də çata bilməz tısbağaya”

B: Bir Zenon paradoksu isə hərəkətlə bağlıdır. Bu paradoksa görə insan təbiətində hərəkət yoxdu.
A: Amma biz hərəkət edirik. Hansısa işləri görürük.
D: Bu hərəkətlə bağlı paradoks tənbəllərə aiddir(gülür)
C: Oblomovçuluq xəstəliyi bütün insanlığın qanın da var.

Keçirəm, gözlə - çığırırdı. Yolu keçməyə 

hazırlaşırdı. Keçirdi. Elə bilirdi yol keçir, 

özündən keçirdi - fərqində deyildi sadəcə.

D: Hər birimiz özümüzdən keçib, özümüzü tapmalıyıq.
A: Mən hələ də özümü tapa bilməmişəm
B: Bu zaman işidir. Heç kim tam şəkildə özünü tapa bilmir. Bu həm də təsadüflə bağlıdır.
C: Təsadüf yoxdur. Hər şeyin səbəbi var.
B: Mən elə düşünmürəm. Hərdən elə hadisələr olur ki, bunun nədən qaynaqlandığı nə qədər düşünsən də tapa bilmirsən.
A: Bəzi şeylər bizə məlum deyil. Naməlumluq təsadüflüyə gətirir.
D: Hər hadisəni də zəruriyyətə bağlamaq mənə gülməli gəlir.
B: Bəzən hər şeyi boş vermək lazımdır. Tale özü bir çox şeyləri yoluna qoyur.
D: Mən taleyə qarşı üsyankar qulam. 
C: Taleyin rolu əlli-əlliyədir. İnsan hər şeyi taleyin üstünə yükləməməlidir. Bəhanələrə sığmayaq gəlin.
B: Tale ilə təsadüf hərdən üst-üstə düşür. Bunun adı şans olur.
A: Şans insana bəxş edilmiş uduşlu tale lotoreyasıdır.
C: Bəxti gətirmiş insanlara həmişə həsəd aparmışam.

Təsadüfən mən

başqa şəhərə gedə bilərdim,

o şəhərdə hansısa küçədən keçərkən

hansısa evdən biri çıxardı və                                                                                                                                                                                                                                              

onunla  rastlaşardım.

D: Bu şeirdə təsadüflə talenin ahəngdarlığı hiss olunur.
B: Özü də necə.
A: Yavaş-yavaş kitabın birinci hissəsinin sonuna gəlirik.
C: Qeyri-səlis məntiqin şeirdə təzahürü çox maraqlıdır.
D: Heyif ki, biz Lütfizadəni yetəri qədər dəyərləndirə bilmədik.
B: O, özü ölkəsini tərk edib gedib. İstəsə idi yaradacağı şeyi burda yaradardı.
C: Şəraiti də nəzərə almaq lazımdır. Lütfizadə qeyri-səlis məntiq nəzəriyyəsini burda yaratsa idi, o nəzəriyyə elə yaranmadan ölməyə məhkum olardı.
D: Əsas nəzəriyyənin harda yaranması deyil. Onun kim tərəfindən yaradılmasıdır.
A: Lütfizadə bəşəriyyətə böyük bəxşiş verdi.
C: Elə bu nəzəriyyənin əsasında gəlin bir şeir nümunəsinə baxaq.

Sevgi də elədi, hər sevgidə sevginin bir az tərsi olur; çox zaman

çoxalır getdikcə və vaxt ötdükcə azalır, bəzən də tükənir sevgi.

Ya da tərsinə, vaxt sevgi gətirər, ya da sevgi qoyar sevginin üzərinə

Lakin vaxt daha çox sevgi aparar - bilirsiniz hər halda,

xanımlar və cənablar, çətin olsa da, gülümsəyin o zaman!


D: Maraqlı yanaşıb. Qeyri-səlis məntiq nəzəriyyəsini götürüb onu bədii təxayüllə özünə uyğun şəkildə yazıya tökə bilib. Şeiri oxuyanda adam deyir bu şeir deyil, çünki ortada qırılmalar var, amma həm də şeirdir. Oxuduqca yazıdakı tempi hiss edirsən.
A: Qısa və konkret. Mən də D kimi fikirləşirəm.
B: Qeyri-səlis məntiq nəzəriyyəsinin əsasında məntiqin aralıq mövqeləri yer tutur.
D: Bunu eynən hə və yox arasındakı fikir ayrılığına bənzətmək olar. Hərdən insan qərar vermək istəyir. Bilmir hə desin, yoxsa yox desin. Çünki hə və yox arasında faiz nisbətləri eyni olur həmin zaman insan üçün.
A: Yalquzaq əsərini oxuyanlar bilər.
B: Herman Hessenin şederv əsəridir. Üç il bundan qabaq oxumuşam.
A: Orada əslində qeyri-səlis məntiq nəzərəriyyəsinə uyğun bir hal yaşanır.
D: Necə yəni?
A: Yalquzaq və insan arasında. Harri insan olmadığı zamanlarda yalquzaq olduğunu, yalquzaq olmadığı zamanda isə insan olduğunu fikirləşir. Əslində yalquzaq ilə insan arasında müxtəlif aralıq ehtimallar var. Bəlkəm Harrinin yarısı yalquzaq, yarısı da insan idi.
C: Bunu yaxşılıq və pislik kimi dəyərləndirəm. Elə insanlar var ki, nə pisdirlər, nə yaxşı.
D: Elə insanlar da aralıq mövqe tutur.
B: Bu baxış bucağımızdan asılıdır. Mənə görə biri yaxşıdır, sənə görə yox.
A: Enerji məsələsi var. İnsanları bir-birinə çəkən onların enerjiləridir. Qalanı boş şeydir.
D: Haqlısan bu hal ilə mən bir neçə dəfə rastlaşmışam
C: Hər şeyin dərəcəsi var. Məsələn qazın istiliyini çoxalsan yemək yana da bilər.
A: Müəllif də kitabda bu nəzəriyyə əsasında bu nəticəyə gəlir. Mövcud olan nə varsa, dərəcəsiylə mövcuddur.

Axı hər şeyin tərsi var. Hər şey öz əksini saxlayar özündə həmişə;
ağ qaranı, qara ağı, pis yaxşını, yaxşı pisi, qadın kişini, 
kişi qadını,
sevgi nifrəti, nifrət sevgini...
Hər yaxınlıq uzaqlığı yaşadar özündə,
hər uzaqlıq yaxınlığı.

B: Artıq şərhə ehtiyac yoxdu məncə.

Ağ kvadratdan - qara kvadrata keçid mərhələsi

D: Düşünürəm ki, hərdən hər şey elə nisbidir ki..
A: Burada danışdıqlarımız da bəlkəm heç bir şey ifadə etmir.
C: Heç də elə fikirləşməyin. Hər bir sözün öz əhəmiyyəti var. Önəmli olan düz söz deyəsən, vicdanla hərəkət edəsən. Mənə görə sadəcə pislik nisbidir. Ötəridir.
D: Bəs Nisbilik nəzəriyyəsi niyə yaradı?
B: Əvvəldə dəqiq bilmirəm kimsə dedi ki, zaman illuziyadır. Nisbilik nəzəriyyəsi də illuziyanın gerçəkləşmə halıdır.
A: Düşünürük ki, zaman var. Amma əslində yoxdur
C: Zaman var. Yoxsa hər şey mənasızlaşardı.
D: Səncə hər şey mənasız deyilmi?
B: Yox, yox. Heç də elə deyil. Yaşayırıqsa, nələrinsə mənası var. Bizi həyata tutan nəsə var.
C: Məni həyatda tutan ideallarımdır. Onun uğrunda döyüşürəm. İdeallar necə nisbi ola bilər ki?!

(Uzun sükut çökür. Hamı sakitcə bir-birinin üzünə baxır. B kitabı götürüb Nisbilik nəzəriyyəsi şeirdən bir-iki parça oxuyur).

Gözümü yumuram; məsələn,
 

ağlıma gəlir ki, uçuram ışıq sürətilə.
 

Uçuram hara, - bilmirəm, - uçuram
 

və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən, 


yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin


sığındığı kürədən. Uzaqlaşıram bir anın içində ...
 

sonra heç nə xatırlamıram.                                                                                                                                                                                                                                               

Birinci hissənin sonu

Ardı var...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)