Edebiyyat.az » Söhbət » Akşin Xəyal - ...Ancaq özlərinə “lazım” olan insanları dəstəkləyir, digərlərini sıxışdırırlar.

Akşin Xəyal - ...Ancaq özlərinə “lazım” olan insanları dəstəkləyir, digərlərini sıxışdırırlar.

Akşin Xəyal - ...Ancaq özlərinə “lazım” olan insanları dəstəkləyir, digərlərini sıxışdırırlar.
Söhbət
admin
Müəllif:
23:28, 13 avqust 2020
1 647
0
Akşin Xəyal - ...Ancaq özlərinə “lazım” olan insanları dəstəkləyir, digərlərini sıxışdırırlar.





- Xoş gördük, Akşin Xəyal. Bir yazıçı olaraq hansı həyatı xəyal edirsən?

-  Xoş gördük, Nemət bəy. Hər zaman Robinzon Kruzo kimi tənha bir adada, insanlardan uzaq bir həyat xəyal etmişəm. 

 

- Bəzən sərt tənqidlər edirsən. Yazıçılardan nə istəyirsən?

-  Haqlısız. Bəzi şeylər var ki, üstündən keçə bilmir, tənqid etməyə məcbur oluram. Yazıçı cəmiyyətin güzgüsüdür. Yazıçı elə davranmalıdır ki, cəmiyyət, oxucu və ən əsas da gənc nəsil ona baxıb örnək götürsün. Bir yazıçı ki, gündəmdə qalmaq üçün hər yola əl atır, özünü söydürür, mən o adamı nə yazıçı, nə də ziyalı kimi qəbul edə bilmirəm.

 

- Yazıçılar birliyindən ədəbiyyata xeyir gəlib?

- Ümumiyyətlə düşünürəm ki, bu qurum ləğv olunmalıdır. Boş boşuna hərəsi özünə bir kabinet ayırıb, bir kreslo tutub oturublar orda dövlətdən pul yeyirlər. Əksəriyyəti də sovet psixologiyalı insanlardı ki, ancaq özlərinə “lazım” olan insanları dəstəkləyir, digərlərini sıxışdırırlar. ( Deyəsən yenə sərt tənqid etdim axı)

 

- Kitablarımızı dünyaya kim çıxaracaq?

- Gənclərə daha çox ümidliyəm.

 

- Romanın haqqında ən sərt tənqidə necə reaksiya vermisən?

- Tənqidə açıq biriyəm. Tənqid olunanda özlüyümdə götür, qoy edirəm ki, bu adam haqlıdır ya yox. Haqlı tənqidlərdən özümə örnək götürürəm ki, gələcəkdə o səhvlərə yol verməyim. Amma bir çox hallarda haqsız tənqidlərlə üzləşmişəm ki, bu da əsəblərimə toxunub. “Mənim erməni oğlum” romanım təzə çapdan çıxanda ən çox da yaşlı nəslin tənqidlərinə tuş gəlirdim. Kitab hələ satışa çıxmayıb, oxunmayıb, amma tənqid olunurdum. Xaraktercə aqressiv biri olduğum üçün belələrinə sərt cavablar verib yola salırdım.

 

- Yeni roman olacaq?

- “Mənim erməni oğlum” romanımdan qabaq “Hüzur mələyi” adlı bir roman yazmışam, amma hələ oxucu öhdəsinə verməyə hazır bilmirəm. Üstündə bir xeyli əl gəzdirməliyəm. 

 

- Hekayə yazmaq çətindir?

- Hə. Mənim üçün hekayə romandan daha çətindir. Romanda mövzunu istədiyin qədər sağa, sola aparıb, istədiyin mövzuya toxuna bilirsən. Amma hekayədə bir xətt üzrə getməli, fikrini ısaca çatdırmalı və oxucuya lazımi mesajı ötürməyi bacarmalısan.

 

- Gənc həmkarlarından razısanmı?

- Bu suala bir oxucu kimi cavab verəcəm. Bəli, çox savadlı gənc yazıçılarımız var ki, sevə - sevə oxuyuram.

 

- Pandemiya ədəbiyyata necə təsir etdi?

- Hər bir sahədə olduğu kimi ədəbiyyatda da durğunluq yaratdı. Yazıçı cəmiyyət içində daha çox olmalı, səyahətlərə daha çox getməli, daha çox müşahidələr aparmalıdır ki, yaza bilsin. Evdə oturub xəyal qurmaqla yazılan hər hansı bir əsər istədiyin effekti vermir.

 

- Təşəkkür edirəm, uğurların bol olsun.

- Minnətdaram. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)