Edebiyyat.az » Təqdimat » Emil Zolyanın son məktubu.

Emil Zolyanın son məktubu.

Emil Zolyanın son məktubu.
Təqdimat
admin
Müəllif:
22:40, 10 noyabr 2022
1 522
0
Emil Zolyanın son məktubu.




Məlum olduğu kimi məşhur yazıçı Emil Zolya 1902-ci ilin 29 sentyabrında qaldığı otelin yataq otağında dəm qazından boğularaq vəfat edib. Rəsmi sənədlərdə ölüm səbəbi bədbəxt hadisə kimi qeyd edilsə də, intihar ehtimalı da istisna olunmur.  Yazıçı son məktubunu ölümündən bir neçə gün əvvəl dostu, fransız bəstəkarı Alfred Brunouya yazıb.

 

“Əziz dostum, əslində məktubunuza daha tez cavab yazmaq istəyirdim, lakin şiddətli diş ağrısı buna imkan vermədi. Artıq ağrılar az da olsa azalmağa başlayıb. Müalicə üçün Parisə qayıtmağı gözləyirəm. Çox güman bazar axşamı orada olaram.

Bir dostunuz mənə “L`enfant Roi”( Uşaq kral)  (librettonun müəllifi Emil Zolyadır – red) operasını bitirdiyinizi xəbər verdi. Sizi təbrik edirəm. Bu əsərinizin də uğur qazanacağına heç bir şübhəm yoxdur.

Mən son günlərdə yeni pyes üzərində işləyirəm. Təxminən oktyabr ayının əvvəllərinə qədər bitirməyi düşünürəm.  Sizinlə görüşəndə əsəri birlikdə oxuyarıq. Əminəm ki, həmişəki kimi obyektiv olacaqsınız. Həm pyes haqqında fikirlərinizi, həm də onun opera kimi necə qarşılanacağını mənə açıq deməlisiniz. Daha sonra Qeilhardı (fransız opera ifaçısı – red) necə razı salacağımız barədə düşünərik.  Bax belə, əziz dost! Yazdım ki, sizə bu məsələlər barədə məlumat verim. Gələn kimi mənə xəbər edin. Yolunuzu səbrsizliklə gözləyirəm.

 

Mən və xanımım sizi sevgiylə qucaqlayırıq.

Hələlik!”

 

25 sentyabr 1902-ci il. Medan.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)