AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN CİLDLƏR ÜZRƏ NƏŞRİNƏ BAŞLANIB
Yazıçı Azad Qaradərəlinin əsərlərinin çoxcildliyinin nəşrinə başlanılıb. Yazıçının feysbuk səhifəsində verdiyi məlumata görə, əski dillə desək yazıçının külliyyatı, təxminən, 20 cilddən ibarət olacaq. Artıq 1-2-3-cü cildlər bu günlərdə çapdan çıxdı. 328 səhifədən ibarət olan 1-ci cildə yazıçının yaradıcılığının birinci mərhələsində qələmə aldığı (80-90-cı illər) hekayələr daxil edilib. İlk cildə ön sözü AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlu yazıb.
İkinci cildə “Kuma-Manıç çökəkliyi”, 3-cü cildə isə “Şəhərcik” romanları daxil edilib.
Hər üç cildin redaktoru Sevinc Elsevər, Mübariz Örən, tərtibçisi AMEA- nın dissertantı Türkan Azadqızıdır.
Məlumatda qeyd olunur ki, təxmini planlaşdırmaya görə, digər cildlərin beş il ərzində çap etdirməsi nəzərdə tutulur.
Yazıçının əsərlərinin nəşri Qanun nəşriyyatında həyata keçirilir.