Edebiyyat.az » Təqdimat » Səbirə Rövşən Müzəffərli - Tənqid.net N-2 (2 ' 2006 ) (oxucu rəyi)

Səbirə Rövşən Müzəffərli - Tənqid.net N-2 (2 ' 2006 ) (oxucu rəyi)

Səbirə Rövşən Müzəffərli - Tənqid.net N-2 (2 ' 2006 ) (oxucu rəyi)
Təqdimat
Necef Esgerzade
Müəllif:
13:43, 10 avqust 2019
6 002
0
  

Günün ədəbiyyatının keçdiyi isti nöqtələr var , isti - soyuq yanaşmalar , münasibətlər orda qızıb - qızışıb - soyuyur , biz eləcə orda olmağa çalışırıq ...                                                          

 Redaktordan  

AMEA- nın müxbir üzvü Tehran Əlişanoğlunun redaktorluğu ilə Tənqid.net ( Tənqid.net silsiləsi ) – in ikinci sayı 10 oktyabr 2006 – cı ildə işıq üzü gördü . Daxilən analizlər , şərhlər , tənqidlərlə zəngin olan ədəbi dərgi yenə də yeni , yeni və  tutarlı materiallarla oxuculara təqdim edildi .
Bir oxucu kimi deyim ki , heç də əvvəlki saydan geri qalmır . 13 il bundan öncə təqdim edilməsinə baxmayaraq hələ də günümüzlə səsləşən mövzulara burada yer verilməkdədir .  Jurnalı əlimə alanda ilk iş onun mündəricəsinə bir nəzər yetirməkdir . "Aktual" , "İdeoloji", " Yubileylər " , " Müasir ədəbiyyat " , " Esse " , " Rakurs : Qarabağ mövzusu " , " Avanqard " , " Dünya təcrübəsi " , " Biblioqrafiya " , " Kitablar , nəşrlər " , " Günün ədəbiyyatı " , " Əlvida dediklərimiz " , " Virtual Akademiya " ...  Yəqin ki , jurnalın digər oxucuları da bu saydakı bölmələrin yeniliyini , fərqini hiss etməkdədir .
Rubrikalara verilən adlar , bu adlar altında cəmlənən yazılar biri birindən maraqlı , fərqli və fərdi ...
Hər bölmənin daxilinə varsaq mənimcə pis olmaz ...
İlk rubrika redaktorun sözüdür . Əgər ki , ilk sayda redaktor giriş sözündə oxucularda jurnalın ümumi  mənzərisi üzrə müəyyən təsəvvürlər formalaşdırmışdısa , bu sayın giriş sözündə ( giriş sözü"  Aktual " , yazısı  " ədəbiyyatı qorumalıyıq " adlanır )   jurnalın yeni sayı , bu sayın ədəbiyyat camiası , oxucular tərəfindən necə qarşılanması qeydə alınıb . Bundan sonrakı rubrikalar öz dəsti - xətti ilə , özlüyündə doğurduğu problematikaları ilə sıralanmaqdadır . Bəzi rubrikalar  stabilliyini qoruyaraq , dəyişməz qalır . Məsələn , "Yubileyşünaslıq" bölməsinə bu sayda da rast gəlirik . "Tofiq Qəhrəmanov " - a yer verilən bu bölmənin vəzifəsi  onun sənəti , yaradıcılığı ümumi olaraq avtobioqrafiyasını jurnal oxucularına tanıtmaqdır ...
"Müasir ədəbiyyat " rubrikası - dəyirmi masa söhbəti ...
Söhbətin məğzi - " Tərs kimi " - Əsər haqqında mülahizələr , şərhlər , tənqidlər və fikirlər ...
Yenə bir Aydın Talıbzadə və yenə də fərqli biçimdə yazısı . " Teatral freskalar " ( " Qalateya " , " Qaloş və Mefistofel " , " Sədr " , " Sənəm " , "Sfinks və Kontrabas " , " Bakı və Zimbala " , " Cahangir " , " Pırpız Baharım mənim " , Pir və bəbir " və s ) . Nədir teatrlar freskalar ?! Aydın Talıbzadə bu sualı da cavabsız qoymur . " Teatral freskalar teatrı millətin passionarlığında , adət , şakər vərdişlərində axtarmaq cəhdidir və oxucudan canlı təxəyyül tələb edən intellektual oyundur. Mən aktyorların portretlərini belə gördüm " . Bu portretlər ki , adlarını sadaladığımız başlıqlarda öz yerini tapıb . Aydın Talıbzadə həmin teatr ustalarını ( Hökümə Qurbanova , Rza Təhmasib , Səməndər Rzayev , Məlik Dadaşov , Rasim Balayev , Şəfiqə Məmmədova və s ) məhz bu kiçik esselərlə əlaqələndirərək şəxsiyyətləri , yaradıcılığı haqqında məlumat verib . Oxumaq , dərk etmək gərək ...
 Hər bir dönəm üçün , keçmişdən indiyəcən yazılan bir çox romanlarda hələ də gündəm olan mövzu " Qarabağ "  mövzusu   " Rakurs : Qarabağ mövsuzu " rubrikasında , Elçinin əsərlərinin təhlili ( təhlil üçün əsas predmet məhz  " Qarabağ şikəstəsi " və  " Bayraqdar povesti götürülüb ) əsasında qeydə alınıb . Dərgi " Dünya təcrübəsi " bölməsi ilə əslində bir şeyi demək istəyir : " Tənqid .net təkcə Azərbaycan sərhədləri daxilində deyil , Azərbaycan xaricində baş verən ədəbi məsələlərə toxunmaqda , onlara yer verməyə qabildir " . Tənqid. Net universal jurnaldır(oxucu rəyi ).  Bundan öncəki sayda iki jurnal ( Вопросы литература ” və “ Но́вое литерату́рное обозре́ние ) haqqında yazı dərc edilmişdir . Bu dəfə isə təkcə  jurnal ( "Loqos" ) haqda məlumatla yetinməyib həmin jurnalın redaktoru Valeriy Anaşvili ilə söhbəti də oxuculara təqdim edib.
Jurnalın ərsəyə gəlməsi , oxucu kütləsi , jurnal necə yarandı və nədən ötrü yarandı kimi suallara cavablar verilib . " Tənqid . net " mütaliə üçün isə " günün ədəbiyyatı " da Məqsəd Nurun "İki" hekayəsini seçib ...
Sona doğru yaxınlaşdıqca isə bir maraqlı bölməni də qeyd etməyi lazım bilirəm . Ədəbi dərgi dünyasını dəyişmiş amma çox mühüm işlərə imza atan iki şəxsiyyət haqqında da (" əlvida dediklərimiz " rub.) məlumat verməyi unutmayıb . Vəə yenə " Virtual akademiya " yenə mürəkkəb sorğu - sual , dərin entuziazm , fərqli rakurs , fərdi düşüncə və ayrıca bir dünya ...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)