Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib
Təqdimat
Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib. 25 noyabr 2019-cu il tarixində "Zirvə Tədris Mərkəzi"nin akt zalında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində çap olunmuş gənc şairlərin şeirlərindən ibarət "Yeni nəfəs" adlı antologiyanın təqdimatı və eyniadlı şeir müsabiqəsi baş tutub. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq, tədbir iştirakçılarına sözün, şeirin ətrafına cəm olmaqlarından dolayı təşəkkür edib.
Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib. 25 noyabr 2019-cu il tarixində "Zirvə Tədris Mərkəzi"nin akt zalında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində çap olunmuş gənc şairlərin şeirlərindən ibarət "Yeni nəfəs" adlı antologiyanın təqdimatı və eyniadlı şeir müsabiqəsi baş tutub. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq, tədbir iştirakçılarına sözün, şeirin ətrafına cəm olmaqlarından dolayı təşəkkür edib. Müxtəlif yaş qruplarından olan yazarların, KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və oxucuların iştirak etdiyi tədbirdə yeni imzaların kəşf olunacağına, ümumiyyətlə tədbir iştirakçılarının gözəl bir poeziya gününə şahid olacaqlarına inamını ifadə edib. Daha sonra söz müsabiqə iştirakçıları olan gənc şairlərə verilib.
Ulduz jurnalının baş redaktoru, şair Qulu Ağsəsin, Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının, yazıçı Kənan Hacının və təbrizli şair Çalğın Məhəmmədin təmsil olunduğu münsiflər heyəti tərəfindən müsabiqə iştirakçıları olan gənc şairlərin şeirləri qiymətləndirilib. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra çıxış edən münsiflər heyətinin üzvləri və "Zirvə Tədris Mərkəzi"nin direktoru, tanınmış təhsil eksperti Rahib İbrahimov Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihənin önəmini vurğulayaraq yeni imzaların üzə çıxması baxımından tədbirin önəmini diqqətə çatdırıblar. Müxtəlif yaş qrupuna aid olan digər yazarlar Anar Adil, Vüsal Yurdoğlu, Yusif Nazim Ərəbsoy, Xəyalə Sevil, Vəli Efe, Elvin Əlizadə və Şəhla Vahid və s. öz şeirlərini səsləndiriblər. Daha sonra müsabiqə qalibləri elan olunub. Münsiflər heyətinin qiymətləndirməsinə görə Bakı Dövlət Universitetinin tələbəsi gənc şair Cəmil Cəmilbəyli "Bitəcəm, Allah, bitəcəm" adlı şeiri ilə birinci yerə, Azərbaycan Dillər Universitetinin tələbəsi Elroman Əlizadə "O qədər uzağıq ki..." adlı şeiri ilə ikinci yerə, gənc şair Həsən Kür isə "Sonra evə qayıtdım" adlı şeiri ilə üçüncü yerə layiq görülüb. Qaliblərə hədiyyələr və diplomlar, digər gənc yazarlara isə müsabiqədə fəal iştiraka dair diplomlar təqdim olunub. Sonda xatirə şəkli çəkilərək tədbirə yekun vurulub.
DGTYB mətbuat xidməti
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi
Azan gəmilər limanına yan alarkən - Azad Müzəffərli
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Aydın Canıyev - "Moskvadan Peterburqa səyahət... və yaxud “Piterin İçərişəhəri”
Vladimir Nabokov Dostoyevski haqqında
Azərbaycan Xalq Cümhuriyyəti -100