Edebiyyat.az » Sevinc Xanbutayeva - Mənim anam, mənim atam

Sevinc Xanbutayeva - Mənim anam, mənim atam

Sevinc Xanbutayeva - Mənim anam, mənim atam
---
admin
Müəllif:
16:57, 01 iyul 2026
33
0
Sevinc Xanbutayeva - Mənim anam, mənim atam




Heç vaxt tanınmış biri olmadı mənim anam, mənim atam,

Amma mənə dünyanı onlar tanıtdı.

Bu böyük dünyada balaca bir dünya qurub,

O dünyada olduğum kimi qalmağı anlatdı.



Heç vaxt dövlətli olmadı mənim anam, mənim atam.

Amma ailəni kiçik bir dövlət kimi onlar yaşatdı.

Ərköyünlük öyrətmədilər, dedilər, həyat çətindir,

Nazla gedən yolların sonu tükənməkdir.


Mənə qadağa qoymadılar, güvəndilər hər zaman,

Dedilər: “Biz sənə inanırıq, sən də inan yaradana”.

Öyrətmədilər büdrəyəndə dost qapısı döyməyi,

Özümü kimsəsiz sayıb yad qapıya getməyi.


Öyrətdilər bir balaca daşı belə öz evimdə görməyi,

Duz olsa, çörək olsa, bu gün evdə ruzi var deməyi.

Sadə adam oldu həmişə mənim anam, mənim atam.

Ailəsini qoruyub yaşatmağa çalışan sadə adam.

Mən də bilmədən onlarla günlərimi

Ömür kitabıma nə gözəl yığmışam.


Bax belədir mənim anam, mənim atam.

Etibardır, qayğıdır, dəyərdir.

Həyat nağılımın ən güvənilən, qorxusuz yeridir.

Bir övladın da gözündə valideyn 

Hər zaman ən böyük sərvətdir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)