Edebiyyat.az » Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub

Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub

Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub
---
admin
Müəllif:
19:33, 06 avqust 2026
18
0
Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub



Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Əməkdar artist və Prezident mükafatçısı Səməd Canbaxşiyev Türkiyənin İzmir şəhərində ustad dərsi aparıb.


Səfər Türkiyənin tanınmış kino və teatr aktyoru, İzmir Qarşıyaka Bələdiyyə Teatrının qurucularından olan Zəkəriyə Hocaların dəvəti ilə reallaşıb. Qonaq teatrda təşkil edilən Yay Teatr Təlim Kursunun gənc iştirakçıları ilə bir araya gəlib. Görüş zamanı gənc aktyorlara Naxçıvan teatrının zəngin tarixi, yaradıcılıq ənənələri və teatr sənətində tətbiq edilən Stanislavski sistemi haqqında ətraflı məlumat verilib, müxtəlif tamaşalardan səhnəciklər canlı təqdim olunub.


Türkiyənin tanınmış teatr xadimi Özdəmir Nutkunun qızı Zeynəb Nutkunun rəhbərliyi ilə keçirilən təlimin müəllimləri Yıldırım Önür və Qəmzə Vardar, eləcə də gənc iştirakçılar ustad dərsinin yüksək səviyyədə təşkilinə görə naxçıvanlı qonağa minnətdarlıqlarını bildiriblər.


Səfər çərçivəsində  İzmirdəki Hikmət Şimşək Sənət Mərkəzi və Suat Taşer Açıq Hava Teatrı və Sənət Mərkəzi ilə də tanışlıq keçirilib.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)