Rövşən Yerfi - RUH PIÇILTILARI (esse)
Bəşər aləmində hər maddənin və insandan başlamış hər canlının Tanrı tərəfindən öz təyinatı, yeri var. Yetər ki, onu dərk edib, sənə ayrılan vəzifəni məsuliyyətlə yerinə yetirəsən... Dərk etmək üçün ilk növbədə qəlbindəki İlahini sevməlisən. Sevmək isə ruhla bağlıdır. Yalnız ruhunun varlığını duyanlar sevə bilər. Hər şeyi maddiyyatla ölçənlər bunu dərk etməzlər, yaxşı halda təqlid edərlər.
İntiharların ən başlıca səbəbi sevgisizlikdir. Sevgi olan yerdə intihar ola bilməz.
Ona görə də ən böyük problemimiz sevgi çatışmamazlığıdır. Mənəvi böhrandan yaranan acgözlük, simasızlıq və saxtakarlıq olan-qalan sevgimizi də məhv etməkdədir.
İnsanın Allah verdiklərindən narazı olmadığı yeganə şey - məmnun qaldığı ağlıdlr
Doğrudur, həyatda, yaradıcılıqda uğur qazanmaq üçün dərin savad və gərgin əmək gərəkdir. Ən vacibi isə başqalarına təsir edə bilən RUHunun olmasıdı, yoxsa çapalamaqla kəmiyyət artırarsan, keyfiyyət alınan deyil.. Ruhsa Tanrıya bağlıdır. Ruhun qüvvəsini, O, idarə edir..
Ruh maddiyyat deyil alınıb-satılsın, ya da müsadirə edilsin.
Kitab oxumayan, cahil adamlar üçün RUH ancaq ölüm zamanı varid olur, qalan vaxtlar isə onlara görə yeganə zəruri varlıq PUL-dur..
Hər kəs özünün istədiyini yox, reallığı qəbul etmək məcburiyyətindədir
Hər şəxs öz içində və Allahı qarşısında kim olduğunu hamıdan yaxşı bilir. Bilməyənlərə də həyat anladır.
Heç nə heç nədən baş vermir. Hər baş verən hal bir asan dərk etmədiyimiz İLAHİ məntiqin, eyhamın ifadəsi, səbəbin mənası, nəticəsidir.
Yaxşılıq mənəvi borc sayılır. Onu pislik görənlər qiymətləndirə bilir, qalanları dərk etmirlər.
DÜZ düzdə qalsa da, əyridə olmayan şərəf və ləyaqəti var.
Dünyanın ən uzunömürlüsü sözdü. Söz həyat qədər əbədidir. İnsan ömrü isə hər an bitməsi labüd olan NAĞILdır... Hər birimizi ömrümüzü bitirəcək bir BƏHANƏ gözləyir. O bəhanənin zamanını nə yaxşı ki, yalnız TANRI bilir.. Elə yaşa, çalış ölümünə sevinməsinlər.
Kim özünü necə anırsa, dünyaya hansı gözlə yanaşırsa, başqalarına da həmin nəzərlə baxır. Ağıla, istedada, fərasətə həsəd aparmaq olar, amma paxıllıq etmək axmaqlıqdır.
Maddiyyat deyil, pulla verilmir, deyəsən ki, niyə filankəs qazandı, mən yox. Müsadirə də oluna bilmir, yalnız İlahilikdir..
Hər insanın həyatda, seçdiyi sənətində öz yeri, qisməti, təyinatı var. Kimsə kiminsə yerini tuta bilməz. XUDPƏSƏNDLƏR və DƏCCALLAR bunu anlamazlar.
Vicdan mənə görə Tanrı ilə rabitənin adıdır. Kimə vicdanını itirib deyiriksə, demək, rabitə kəsilib, o, Allahın nəzarətindən çıxıb, Şeytanın ixtiyarındadır..
HƏYA, ABIR, AR – vicdanın üst və üz qatıdır. Bu qat korlananda vicdan paklığını, bakirəliyini itirir, tamam yox olanda isə sırtılır və fahişələşir.
Allah özü böyüklükdə səbrli olduğuna görə insanların imdadına yetməsinə bəzən uzun İLLƏR gərək olur, amma, O, mövcudluğunu sübut edəndir..
Pulun gücünü, hökmranlığını bitirən yeganə qüvvə Allaha bağlı RUHdu. Ruhunuzu qoruyun, Adəm övladları, onu cisminizə qurban verib Şeytana təslim eləməyin!
İlahi.., kömək ol, sənə sığınırıq, sözü yalan, qayğısı mədə, şərəfi mal, qibləsi qadın, dini pul olanlardan qoru bizi!..Ö
02.02s.
03.2020
üşür ki, arxasında