Edebiyyat.az » Ədəbi tənqid » Rövşən Yerfi - Məhz BİZ...

Rövşən Yerfi - Məhz BİZ...

Rövşən Yerfi - Məhz BİZ...
Ədəbi tənqid
nemət
Müəllif:
22:37, 10 may 2020
2 074
0
Rövşən Yerfi - Məhz BİZ...





 

 Xalqın böyüklüyü qolunun gücündən, sərvətinin çoxluğundan yox, onun kitaba, ELMə olan münasibətindən başlayır.
Bizim toplum isə oxuduğu, eşitdiyi sözdən çox gözü ilə, baxmaqla ANLAYIR, əgər gördüyünü də “montaj” hesab etməsə...
Biz daim müsəlman Şərqində hər sahədə - ən qürurverici və həm də ən layiqsiz işlərdə birinci olmağa can atırıq...
Hər işə şəbədə etmək milli qabiliyyətimizdir. Səbəbi də daha çox paxıllıqdandır.
Uzun əsrlər boyu mənəm-mənəmliyi ərəbdən, hiyləni farsdan, rüşvətə aludəçiliyi rusdan əxz etmişik. Əvəzində sənədə ehtiyacı olmayan KİŞİ SÖZÜnün dəyərini itirmişik.
 Çoxluğumuzun böyük əksəriyyətinin heysiyyəti əsasən beli ətrafında, qarnı və cibindədir. Odur ki, belə cəmiyyətdə ən böyük QABİLİYYƏT adamlardan pul qoparmaq sayılır..
 .
 
Bir əsr keçsə belə Novruzəlilərin xasiyyəti dəyişmir. Xudayarlarımız “PRİSTAV”a qulluq etməkdə davam edir. “Malades sobak”, Qurbanəli bəylərin ən fərəhli tərifi olaraq qalır...
Şeyx Nəsrullahlarımız bu gün də ölü diriltməklə məşğuldurlar.. Bəs kefli İskəndərlərimiz? Heç olmasa, onlar öz kefliliklərindən əl çəkiblərmi?!. Arayıb axtarsan o “keflilərin” də “ölüdirildirənlərlə” ya qohumluğu üzə çıxacaq, ya da həmyerliliyi..
Haqqı Haqq ilə eynən deyən, mənim qazanc haqqı sevən xalqım!..
Heç nə özbaşına baş vermir. Uğurlarımız kimi uğursuzluqlarımıza da layiq olduğumuzu qəbul etməliyik.
 Həqiqətən həyatda hər kəs - dünyada hər xalq özünə, fəaliyyətinə layiq yeri, mövqeni özü qazanır.
 Müvəqqəti istisnalar olsa da, son belədir
Biz... o zaman özümüzə qayıdacayıq ki, ANAlarımız  "mama" çağırılmalarını istəməyəcəklər...
 
Biz... maddiyyat və səlahiyyət qarşısında qürurlu xalq deyilik, ehtiyac olmadan xəstəlik dərəcəsində təkəbbürlüyük..
Biz... yalnız qorxu hesabına intizamlıyıq, fürsət düşəndə isə intizamsızlığımızdan lovğalanan, fərəh alanıq... Bizi başqa xalqlardan geri edən və bütün keyfiyyətsiz işlərimizin başlanğıc səbəbi İNTİZAMSIZLIĞIMIZDIR...
 Bir gözümüz cənuba, bir gözümüz şimaladır.
Unutmayın, nə qədər ki, aramızda imperiya qab yalayanları var, milli faciələrimizin təkrarlanmaq qorxusu da yaşamaqdadır.
 
Qara Yanvarda ADAMI YANDIRAN rusun, erməninin bizi qırması yox, özümüzkülərdən bir nəfər də olsa vəzifəsindən istefa etməməsi oldu...
Hələ qədimdən zamanımızadək bu xalqın başına gələn bütün bəlalar, İTİRDİKLƏRİMİZ bölücülük və tamah (hakimiyyət, vəzifə acgözlüyü) səbəbindən baş verir. Başbilənlərimiz üçün əksərən vəzifə TORPAQdan vacib, şirin olub... 

  
Otən faciələri dərindən düşünəndə belə qənaətə gəlirsən ki, gözəl xalqımın (istisnaları saymasaq) öz şəxsiyyətinə hörmət qoymayacaq dərəcədə KİŞİLƏRİNİN vəzifə üçün ürəyi gedir, QADINLARININ da pullu ər üçün... Böyük Üzeyirin “Arşın mal alan”ında qulluqçu qızı da ən əsas maraqlandıran nökərin pulunun olub-olmamasıdır: “pulun var, gələrəm...”
Bəlkə də, vara, pula olan hədsiz sevgidəndir ki, ən yaxşı kütləvi bacardığımız iş BAZARda alver etməkdir.
İçimizdəki hərisliyə görə də ALLAHDAN bizə nə cəza göndərilir, yəqin ki, haqqına olur...
Bəli, PUL gücdür, ona görə də, hər kəs ağıldan, bilikdən, sevgidən çox pul istəyir, pul üçün çalışır. Lakin intellektsizlik, mənəviyyatsızlıq olan yerdə pul da qərar tutmur, büdrədin, tərk edir başqasına.
Nə vaxtadək təhsildə rüşvət tüğyan edəcək, heç düzələnə də oxşamayacayıq.
Nə edək, “içalatımız” hələ ki, xoş olsa da, olmasa da, belədir...
Bu bizik, özündən başqa hər kəsə yarınmağa hazır olan, məhz BİZ..

04.2020
 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)