Nizami Bayramlı - Biz bu ədəbiyyata gəlmişik ki, oxucuların sevincinə şərik olaq, yazarbazlıq eləyək
Ədəbi tənqid
Nizami Bayramlı - Biz bu ədəbiyyata gəlmişik ki, oxucuların sevincinə şərik olaq, yazarbazlıq eləyək
“Ədəbiyyat təkamül prosesinin nəticəsidir”- deyib keçmək fikrində deyiləm. Fikirləşirəm ki, bu günün ədəbiyyatı keçmişdəki hadisələrin yazılı görüntüsüdür və yaxud rəsmi də demək olar. Ənənədən ayrılmaq, köhnə təfəkkürü yenidən şablonlaşdırmaq və yaxud onu bərbəzəkli şəkildə oxucuya çatdırmaq, oxucunu aldatmaq özünü cəmiyyətə yazıçı kimi soxuşdurmaqdan başqa bir şey deyil. Şübhəsiz, bilin ki, bu, ədəbiyyat üçün heç bir xoş təsir bağışlamır. Bir yazar hələ də ənənədən başqa hansısa tapıntını formalaşdırıb təqdimatlı şəkildə kütləyə çatdıra bilməyibsə, müvəqqəti yazarlıq həvəsi onu tək məğlubiyyətə uğratmayıb, deyərdim ki, yazarlığının müvəqqəti olduğunu gözəçarpan dərəcəyə qaldırıb. Əgər hələ də özündənqabaqkıların düşüncə tərzi ilə Dostoyevskidən, Kafkadan, Tolstoydan söhbət açıb özgələrin zövqünü özünkiləşdirirsə, ya məğlubiyyət onu qovmaq istəyir, ya da ki, yanından keçib, gedib, heç narahat belə etməyib. Böyük bir təəssüf hissi ilə demək istəyərdim ki, biz dünya ədəbiyyatının nümayəndələrinin yazdıqlarını ortaya qoymaqla özümüzü intellektual göstərməkdən başqa heç bir “nəticə” əldə etməmişik. Belə nəticənin olması isə nəticəsizlik kimi bir şeydir. İstər nəsrdə, istər nəzmdə fərq eləməz, ha istəyirik ki, yerini dəyişib, heç olmasa, ümumilikdə ədəbiyyat adı ilə cəmiyyətə nələrisə sırıyaq, amma bizə qalan qayda riyaziyyatdakı “toplananların yerini dəyişəndə cəm dəyişmir” fikrindən o tərəfə bir addım da belə atmır. Hər gün sosial şəbəkələrdə bəlkə də 50-ə yaxın mətn oxuyuram, amma oxuyub qurtardıqdan sonra Tosu Zəngilanlının “Zəngilanda var bir dənə canavar, o da Tosu Zəngilaniskidir, ay brat”ına Allah bərəkət versin, deyib keçirəm. Səhərdən-axşama kimi postmodernizmin o başından dəm vurub, modernizmin bu başından çıxan yazarların niyyəti özünü göstərmək, nəticəsi isə “Tosunizm”lə başa çatır. Son olaraq, biz bu ədəbiyyata gəlmişik ki, oxucuların sevincinə şərik olaq, yazarbazlıq eləyək.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Viktoriya Tokarevadan povest
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)