Edebiyyat.az » Ədəbi tənqid » Ş v a r t s M a n - Seksual motivlər

Ş v a r t s M a n - Seksual motivlər

Ş v a r t s M a n - Seksual motivlər
Ədəbi tənqid
admin
Müəllif:
23:48, 31 avqust 2022
2 357
0
Ş v a r t s M a n - Seksual motivl ə r


 

 

Qadınların necə bu qədər çox həzz aldığını soruşurlar. Qulağınızı barmağınızla  qurdalayanda barmağınız, yoxsa qulağınızmı daha çox həzz alır?

Anonim

 

Seks elə bir mövzudur ki, "Seksual motivlər"dəki "s e k s" sözünü oxuduqda ağıllı və ya axmaq olmağınızdan asılı olmayaraq linkə daxil olub baxacaqsınız; maraqlı olsa oxuyacaqsınız. Deyilənə görə, insan yalnız iki şeydə - yemək yeyəndə və seksdə özünü azad hiss edir.  Pullarınızın batmasını istəmirsinizsə, biznesinizi iki şey üzərində qurun: qida və seks. İnsan daim yemək yeyəcək və daim sevişəcək. 

 

İndi yaydır və seksdən soyuq-soyuq danışmağın fəsilidir. 31 yaşlı heç vaxt evlənməmiş və təbii ki, heç vaxt boşanmamış subay kişi seksdən nə danışa bilər? Əlbəttə ki, öz təcrübələrindən. İstəyirəm ki, yayın son ayını sekslə bitirək. 

 

###

Bu yazıya başlıq tapmaqda çətinlik çəkməsəm də, bir az tərəddüd yaşadım. “Seks, keks və eks”, yoxsa “Seksual motivlər”? Birincini seçmək istədim. Amma düşündüm ki, maraq yaratsa da, diqqət çəksə də, qeyri-ciddi, hətta gülməli səslənə bilər. Fikirləşdim ki, nə dərəcədə doğru başlıq ola bilər? Oxucular adətən ciddi olduqlarından (bu onların da ciddi olduqlarını göstərmir, sadəcə, insanlar ciddi görünməkdən xoşları gəlir) mənim “Seks, keks və eks” kimi anoloji söz oyunum maraq yaradacaq, amma ciddi qəbul edilməyəcək. Və qərara gəldim ki, çoxdandır beyinimdə gəzən bu adı qoyum: “Seksual motivlər”. Çünki “motiv” sözünü azərbaycanlılar demək olar işlətmirlər. Həm də seksuallığın yanına motivi qoymaqla onun reklamını etmiş və ümumiişləkliyini artırmış oluram. “Seksual motivlər” dedikdə burada sanki psixoloji manevrlər nəzərdə tutulur və elmi məqalə təsiri bağışlayır. “Seksual”lıq bizim üçün aydın olsa da, “motivlər” bir o qədər aydın deyil və bu da təzad yaradır. Bir yazıya, ya da bir kitaba yaxşı ad qoymaq üçün gərək təzad yaradasan. Bu, mənim formulumdur və etalon deyil. 

 

DƏRS 1. Seks

Desəm elə biləcəksiniz zarafat edirəm, kaş zarafat olsaydı: nə az, nə çox düz 30 yaşımda  seksoloq xanımdan öyrəndim ki, statistikaya görə, seks zamanı qadınların 85 %- i penisin vajinaya girməsindən həzz ALMIRMIŞ. Təəccübləndiniz, eləmi? Mən isə şokdayam. Həmcinslərimin gözü yaşlı: necə də bilməmişik və aldadılmışıq.... Fəlsəfədə Niçenin "allah öldü"sü nədirsə, seksdəki bu statistikada odur. İnanın, bir damcı da şişirtmirəm. Bəs o "ah"lar? Hamısı yalan. Bəs pornolardakı orqazmik ritmlər? Brat, hamısı soxuşdur. Hamı, bütün sektor biz heç nə bilməyən kişiləri aldadıblar. Lap yeniyetməlikdən bizi tələyə salıblar. İndiyə kimi pornolara masturbasiya üçün baxmısınız, heç diqqətlə baxmamısınız. Kişi penisini qadının deşiyinə soxanda qadın ağrıdan qışqırır, siz isə elə bilmisiz ki, həzz alır.  Həşey filmin saxta bir parçasıdır. Videoda kişi işini gördükcə, gözəə gah qışqırır, gah "ah" çəkir. Qadın həzz almır, qadın orqazm yaşamır, dostum. Biz də cavan olmuşuq, baxmışıq elə bilmişik bizdə olanı ondakına salmaqla iş bitir. Pornolar məhz kişilər üçün çəkilib. Porno sənayəsi bilir kişilər nə istəyir və ssenarini ona görə qurur. Unutma: pornoya ən çox baxan kişilər olduğundan müştərini razı salmaq şirkətin əsas prioritetidir. 

 

Bu məsələnin bir tərəfidir. Soruşacaqsınız, bəs həqiqət nədir? Qadın klitoru ilə həzz alır və orqazm yaşayır, penislə yox. Bunu keçəəsrdə Froyd demişdi. Klitoral orqazmdan vaginal orqazma keçid -qadının normal seks qaydası budur.  Froyd seksual doyum yaşamayan, yəni seksdə orqazm olmayan qadınları psixoterapiyaya dəvət edir. Bunu bildin, qardaşım, seksi ona görə quracaqsan. Həzz alıb həzz verməmək kişiliyə yaraşmaz. Qadının bütün bədəni erogendir. Döşlərinin gilələri və kuni qadını yataqda xoşbəxt etməyə bəs edir. Əlbəttə, bir az anlayış, incə toxunuşlar və lazımi anda sərt olmaq sənin inkaredilməz uğurun olacaq. 

 

Gəlin, etiraf edək də, azərbaycanlılar yataqda missionerdirlər. Arvadın heç vaxt üstünə boşalmaq olmaz, içinə boşalmaq lazımdır. Bu, statistikada da əksini tapıb: Azərbaycancanda abort sayı 2021-ci ildə tarixi rekord qırdı : 46877. 2020-ci ildə bu  34719 idi. Rekordun səbəbi pandemiyadır. Ancaq evdə oturmaq, yemək və basışmaq. Evli qadınlar şəxsən mənə özləri deyiblər ki, ərlərinin xoşuna gəlir seks zamanı vajinaya boşalmaq. Qadın isə əlavə uşaq istəmir və gizlicə abort etdirir. Ərləri bilsə, heç vaxt aborta icazə verməzlər. Tipik müsəlmandırlar və qadınları başa düşməzlər. Əslində heç bir qadın aborta pis baxmır, ancaq kişilər pis baxır. Çünki bizim müsəlman kişilərin daxilində əlində əsa olan əxlaqçı balaca Musa var. Eşitmək istəmədiyimiz həqiqət budur: azərbaycanlılar ( yəni cəmi müsəlman əhli) arvadlarına “uşaqdoğan maşın” kimi baxdıqlarından qadının üstünə boşalmağı günah hesab edirlər. Arvad seks üçün deyil, nəsil artırmaq üçündür. Onların təfəkkürünə görə, kişi yalnız arvadı olmayan -fahişə, məşuqə- biri ilə sekslə məşğul ola bilər və yalnız o kateqoriyalı qadınların üstlərinə boşala bilər. Belə seksual tabular mədəniyyət tarixi qədər qədimdir.  Bu, qədim yəhudi dini metodur ki, müsəlmanlara da keçib. Şalom Aleyxem Selam Aleykumdur. Qaraqanın sonuncu kitabı “Art və Xaos”da maraqlı bir tarixi məlumat var, onu sizinlə bölüşüm:

Müsyö Jerar danışır:

-Məndən tez-tez soruşurlar: "Yalan əxlaqa ziddirmi?" Onda mən onlara sual verirəm: "Bəs masturbasiya əxlaqa ziddirmi?" Hamısı bir nəfər kimi deyir: "Əlbəttə!" Mən də onlara tarixdən nümunə çəkirəm. Qədim babillilər görürlər ki, xalq artıb çoxalmır, dövlətdə hərbçilər və fəhlələr çatışmır. Yəni təxminən hazırda Avropada olduğu kimi. İnsanlar it saxlayır, böyük evlərdə yaşayır, sekslə məşğul olmağı xoşlayır, amma doğub-törəmirlər. Belə bir hal təxminən 4000 il bundan əvvəl Babildə də mövcud olub. Onda kahinlər Aşşurbanapala məsləhət görürlər ki, masturbasiyanın günah olduğunu  dini təlimlərə əlavə etsin. Təkcə masturbasiyanın yox, uşaqlıq yolundan kənarda istənilən boşalmanın. Onlar bunun itaət etməyənlərin tanrılar tərəfindən cəzalandırılacağı bir cinayət kimi qəbul olunmasını təklif edirdilər. Beləliklə, ilk illərdə bu yenilik ümumi zarafat idi, sonra yavaş-yavaş qaydaya çevrildi, axırda isə tabuya. Babillilərin əsiri olan yəhudi xalqı da bu təlimi götürdü və Tövrata daxil etdi. Axı identifikasiyanı itirməmək və bir millət kimi yox olmamaq üçün artıb çoxalmaq yəhudi xalqına hamıdan çox lazım idi. Bax beləcə Roma Papası prezervativlərdən istifadə etməyin günah olduğunu indiyədək təkrarlayır və bilmir ki, bu, sadəcə, Aşşurbanapalın növbəti sosial islahatlarından biri idi. İnsan hərdən, 1 dollar da xərc çəkmədən, özünə xoş olan hərəkətə yol verirsə, bunun nəyi pisdir?”

 

İndi bildiniz, azərbaycanlıların, geniş mənada isə müsəlmanların arvadları ilə sekslə məşğul olarkən niyə içəri boşalırlar, çölə yox? Kökü Aşşurbanapaldan başlayan və yəhudilərə keçən bu qayda ilk olaraq  yəhudilərlə cici-bacı olan ərəblərə, sonra isə İslam adı altında azərbaycanlılara, farslara keçib. Biz isə şüursuzca hərəkət edib heç nəyi sorğulamadan yaşayırıq. Qaraqan bu məlumatı kitabında yazmaqla demək istəyir ki, biz nə etdiyinizi bilməyən gicdıllaqlarıq.

 

Bunları danışmaqda məqsədim budur ki, arvadınızın üstünə də boşala bilərsiniz, anal seks, oral seks də edə bilərsiniz. İstədiyiniz kimi sevişmək sizin təbii haqqınızdır və heç kim sizə kameradan baxmır. Rahat və azad olun. İkinizsiniz və başqa heç kim yoxdur. Seksual azadlığınız yoxdursa, siyasi, iqtisadi, sosial azadlıqlar sizi xilas etməz. Həyatın özü belə seksdən başlayırsa, sizin seksual mövzulara qeyri-ciddi yanaşmağınız onun dəyərini kiçiltmir, əksinə, sizin qeyri-ciddi adam olduğunuzu bildirir. Vaxtilə Froydun psixoseksual məsələlərinə görə, Alfred Adler, üç il sonra isə K.Q.Yunq ondan uzaqlaşdılar. Birlikdə işlədiyi dostları və həmkarları onu tərk etdilər. Amma bu gün Ziqmund Froyd fikirləri ilə dünyanı dəyişdirən üç yəhudidən biri hesab olunur (digər ikisi – Karl Marks və Albert Aynştayn). Necə deyirlər, seksdə ayıb yoxdur. 

 

Yeri gəlməmişkən, bir ara çox eşidilirdi “qadın və kişi dost ola bilərmi?”, yaxud “qadın və kişinin dostluğuna inanırsınızmı?”. Bu sualları o qədər yüngül adamlar verib ki, sualın özü də yüngülləşib. Bir antrikot deyir, “mən inanmıram dostluğuna”, digər antrikot da deyir ki, “mənim qız dostlarım var”. Belə axmaq cavablarla müzakirələr uzanıb və biz fərqliliyimizi göstərmək üçün konkret danışacağıq. 

 

Birincisi, qadın heç bir kişi ilə həqiqətən dost olmağa çalışmaz. Qadın bir kişinin arvadı olmaq istəyər, sevgilisi və ya məşuqəsi, amma dostu qətiyyən. Əgər bir qadın sizə dost olmağı təklif edirsə, aldadır. 

 

İkincisi, “qadından dost çıxmaz” demirəm, qadın yaradılış etibarilə ilə dostluq üçün yararsızdır. Dostluq mənəvi birlikdir, qadın isə bədən (seks, qan) və maddiyyatla (ev, maşın, pul, fiziki gözəllik) bağlı şeyləri başa düşür. Dostluq ancaq iki kişi arasında ola bilər. Siz heç hansısa filmdə, yaxud kitabda iki qadının möhkəm dostluğuna rast gəlmisiniz? Mən xatırlamıram. 

 

Üçüncüsü, səhv etmirəmsə, Froyd deyirdi, kişi yatmaq istəmədiyi qadınla dost olmaz. Yəni kişi qadınla dost olmaq istəyər, qadın kişi ilə yox. Əgər bir qadın sizə “gəl, dost olaq” deyirsə, bilin ki, sizi sevmir, sadəcə dar gün üçün nə vaxtsa köməyiniz dəyər deyə ehtiyatda saxlayır. Demək istəyirəm ki, keçmiş sevgilisi ilə dost olmağa çalışan qadın görmədim. 

 

Dördüncüsü, əsl kişi qadını sevər, mədəni davranar, amma aşiq olmaz. Aşiq olmaq zəifləmək deməkdir, qadının gözündə isə öz kişiliyini itirməkdir. Qadın ona aşiq olmuş qoyun gözlərlə baxan kişini sevməz. Kişi  isə yalnız s1kmədiyi qadına aşiq ola bilər. “Yatmadığı” yox, niyə məhz “s1kmədiyi”? Niyə aforizmi vulqar ifadə edirəm? Çünki real həyatda da belə heyvan kimi danışırıq, yazanda niyə özümüzü insan kimi aparaq? “S1kmədiyi” sözünü “yatmadığı” sözü ilə əvəz etmək kimi içimdə senzurativ duyğu yaratmadığı üçün saytın rəhbəri Nemət Mətinə təşəkkürümü bildirirəm. Arada kiməsə təşəkkür etmək lazımdır, ya yox?!

 

Buna əminəm ki, “Seksual motivlər” essem ən çox oxunan yazılarımdan olacaq, amma heç vaxt ciddi qəbul edilməyəcək. Oxuyanlar özlərini elə aparacaqlar ki, guya oxumayıblar, xəbərləri yoxdur. Susmaq - onların öz ciddiliklərini qorumaq üçün üzlərinə taxdıqları maskadır. Çoxlu belə maska taxanların toplaşğı əyləncə yerinin yalnız bir adı var: MASKARAD.

 

DƏRS 2. Keks 

Bu hissəni yazmaq üçün özümə keks aldım. Yediyim keksin reklama ehtiyacı yoxdur, eləcə dadı reklamdır. İstəyirəm ki, azərbaycanlılar seksdən keksdən danışdıqları kimi danışsınlar: yumşaq, dadlı, şokoladlı (yaxud çiyələkli). Amma elə danışanları görmürəm də… Azərbaycanlılar seksdən dönərdən, şaurmadan danışan kimi danışırlar. Dönər, şaurama fastfood olduğu kimi, seks də müsəlmanlar üçün elədir: yeyəndə adama ləzzət edir, amma ağızda pis qoxu qalır. 

 

İkinci dərsdə istəyirəm yeməli şeylərdən danışaq. Çayımızı süzək və  yumşaq, dadlı şokoladlı keksimizi dilimləyək. Oyun başlasın. 

 

Mensturasiya (aybaşı) –  Eramızdan əvvəl bir sevgilim vardı, kimya-biologiya fakültəsində oxuyurdu. Bir dəfə ondan soruşdum ki, mensturasiya  necə baş verir? Dedim, bilirəm, nədir. Əsas mənə onun asan və elmi izahı lazımdır. Sadə dildə izah etdi mənə. Mən də bu izaha animasiya qatıb sizə təqdim edirəm. 

 

- Deməli, ayda bir dəfə yumurtalıqdan (qadının yaşadığı ev) yumurta hüceyrə ( qadın) ayrılıb uşaqlıq yoluna (Tarqovı) düşür. Və orada başlayır gözləməyə. Gözləyir ki, spermatozoid ( kişi) gəlsin onu mayalandırsın ( görüşsün). Bu yumurta hüceyrə (qadın) gözləyir, gözləyir bir neçə gün və nəhayət, spermatozoidin ( kişinin) gəlmədiyini görüb əsəbindən partlayır. Bu partlayış nəticəsində yumurta hüceyrə(qadın) parçalanıb uşaqlıq yolunun (Tarqovı) divarlarına dəyir, qan şəkilində xaricə çıxır və aybaşı baş verir. 

 

Bu ağrılı proses hər ay baş verir. İndi düşünəcəksiz ki, bəs spermatozoid (kişi) görüşə gəlsəydi nə olacaqdı? Bu yumurta hüceyrə uşaqlıq yolunda gözləyəndə qadında qəribə ehtiraslanma yaranır. Bu mayalanmaya hazırlıq prosesidir. Mensturasiya olana yaxın qadın intim yaxınlıq istəyir. Məhz o yumurta hüceyrə qadını məcbur edir ki, birini tap, sperma ver mənə mayalanım. Qadın partnyor tapıb mayalananda yumurta hüceyrə və spermatozoid görüşüb sevişirlər və qadın hamilə qalır. Qadın hamilə olanda demək olar ki, mensturasiya olmur. Çünki mensturasiya ona görə olur ki, qadın hamilə olsun, nəsil artırsın. Mensturasiya bir də 9 aydan sonra baş verəcək. 

 

Beləliklə, hər ay təbiət qadını uşaq dünyaya gətirməyə məcbur edir. Kişi orqanizmində isə belə bir daxili proses yoxdur. Buna görə, qadının ana olmaq istəyi kişinin ata olmaq istəyindən təbii və realdır. Doğmaq özü də bir yaradıcılıqdır-amma aşağı səviyyəli yaradıcılıq. Bu haqda “Antinatalizmin əhəmiyyəti” adlı yazımda ətraflı danışacağam. 

 

 

Klitor – Klitorda 8000 sinir var, bu da penisdəki sinirdən iki dəfə çoxdur. Bu o deməkdir ki, qadın cinsi orqanı kişininkindən həssasdır və daha çox həzz alır. Təbiət qadına qəsdən bu qədər çox həzz almaq imkanı verir ki, daha çox əzab, ağrıya (mensturasiya, hamiləlik, doğum) dözə bilsin. Daha çox həzz daha çox əzab çəkənə məxsusdur. 

 

Porno –  Porno sözü qədim yunan sözlərindən - πόρνη (pórnē) "fahişə" və πορνεία (porneía) "fahişəlik" - yaranıb. Porno “fahişə” deməkdirsə, fahişə də bizim gizli üzümüzü görən deməkdir. Seks həyat filmimizin backstage-dir. Pornolar isə bu pərdəarxasını səhnəyə çıxardan qrafiyadır (yazı, təsvir). 

 

Pornoqrafiya Amerika və Avropada leqaldır. Rusiyada da leqaldır, amma məhdudiyyətlər var. Bizim kimi müsəlman ölkələrində isə illeqaldır. 

 

Porno haqqında yalnız bir analizmi yazacağam, çünki mövzumuz porno deyil. 

Pornoya baxıram, kişi və qadın yerdə uzanıblar. Kişi arxadan qadının ayağını qaldırıb penisini vajinasına salıb. Seks edirlər. Diqqətlə baxıram, görürəm ki, kişinin üzü qızarıb, alnının damarları çıxıb, çünki cinsi orqanı xaricdədir. Qadının üzündə isə heç bir ağrı və əzab yoxdur. Həzzdən gözlərini yumub, içində vulkanlar partlayır, çünki cinsi orqanı daxildədir. Seks zamanı kişi zəifləyir, qadın güclənir. Demək istədiyim, bizim düşüncə və hisslərimiz cinsi orqanımızın daxildə və ya xaricdə olmağından da qaynaqlanır. Görəsən, hermafroditlərdə necədir? 

 

Meqafiliya – Mən seksual cəhətdən meqafiləm. Əslində hər kəs bir az ya da daha çox meqafildir.  Meqafiliya pedofiliyanın əksidir və özündən yaşca böyüklərə qarşı seksual meyildir. Google-da axtarışa verdim, amma meqafiliyaya aid heç nə tapmadım. Özündən yaşca dəfələrlə böyük qadın və ya kişiyə seksual meyili olanlar var, amma onları adlandıracaq termin yox idi.  Meqafiliya  mənim uydurduğum sözdür və gələcəkdə izahlı lüğətlərdə öz yerini tapacağına inanıram. 

 

Seksual ölüm – iki tabu var: seks və ölüm. Seks nədir? Əxlaqın çürüməsi, parçalanması və yox olmağı. Ölüm nədir? Bədənin çürüməsi, parçalanması və yox olmağı. Xalq adətən bu iki şey haqda danışmaz. Seks və ölüm xaotikdir. Xalq isə nizamı sevir. Seksual azadlıq olmayan yerdə söz və düşüncə azadlığı ola bilməz. 

 

Ayaz Mütəllibovun erotizmi – “Həyəcan, həyəcan, həyəcan”. 

 

Fuck buddy -“seksgili” deməkdir, “sevgili” yox, . Yəni yalnız seks üçün birlikdə olanları ifadə etmək üçün ingiliscə termin. 

 

Libido killer –  cinsi istəksizlik yaradan,  ya da yaşadığınız münasibətə qarşı həvəsin azalmasına səbəb olan bir vəziyyəti, hadisə və şəxsi   ifadə etmək üçün  istifadə olunan ingilizcə termindir. Libido killer nələrdir? Seks zamanı partnyorunuz mənasız və gülməli sözlər qurmağı sizin seksual istəyinizi öldürə bilər. Partnyorunuzun natəmiz olmağı, ağzından siqaret qoxusu gəlməyi, corabla sevişmək istəyi və ya tər qoxusu libido killerə nümunələrdir. Şəxsən mənim libido killerlərim qadının saçının yağlı və kəpəkli olmağıdır. Yağlı və kəpəkli saçı görəndə məndə belə bir düşüncə yaranır ki, qadının bədəni də təmiz deyil. Bir də qadının seksə həvəssiz yanaşmağı, məndə də seksual həvəssizlik yaradır. 

 

Vagina Dentata – Latınca “dişli vajina” mənasını verir. Dişli vajina miti kişilərin cinsi narahatlığını, qadının cinsi orqanından qorxusunu ifadə edən termindir. Məcazi mənada, vajinanın gizli dişləri vardır və kişi cinsi orqanı vajinadan hər çıxanda kiçilir. Proffesor  və yazıçı Camille Paglia-ya görə, seksdə kişi onu doğan dişli güc, təbiətin dişli əjdahası tərəfindəəvvəlcə udulur və sonra buraxılır. Bu o deməkdir ki, qadın seksdə kişinin penisini sorur, spermasını yeyir, gücünü alıb vajinasından çölə atır. Camille Paglia (Kamill Paqliya) deyir ki, dişli vajina bir seksist hallüsinasiya deyildir. Kişinin Ana Təbiət qarşısında qorxması və eyni zamanda ona geri qayıtmaq istəyidir. Psixoloq Erich Neumann (Erih Noyman) görə isə Şimali Amerika yerlilərinin dişli vajina haqqında dedikləri belədir: “Qorxunc Ananın vajinasının içində ətyeyən bir balıq yaşayır; Qorxunc Anaya qalib gələrək vajinasının dişlərini qırıb beləcə onu bir qadına çevirən kişi, qəhrəmandır”İzah: burada “Qorxunc Ana” təbiətin bilinməzliyini, qorxuncluğunu, onun qarşısında acizliyimizi bildirir. Analığı təmsil edən vajina isə bu təbiətin ağzını və dişlərini bildirir. Kişi o zaman qəhrəman olur ki, qızın bakirəliyini pozaraq (vajinanın dişlərini qıraraq ağzını qanadıb) onu qadına çevirən, ram edəndir. Bir növ kişi burada vajina üzərində qalib olaraq təbiətin təhlükəsini mədəniyyətin təhlükəsizliyinə çevirir. 

Vagina Dentata haqqında deyilənlərə mənim əlavəm:

Kişi penisini vajinaya salmaqla təkcə həzz almağa çalışmır, yaradılışın özünə qayıtmaq istəyir - o təhlükəsiz, itirilmiş cənnətə. Heç kişilərin uzun müddətdə penisi vajinada saxladığını görmüsünüz? Kişilər penisi vajinada saxlayanda qorxur ki, qadın bu dişləri olan ağızıyla onu yeyəcək, qadınlaşdıracaq. Bu səbəbdən tez -tez penisini çıxardıb salır, qabağa-dala hərəkət edir ki, penisini görüb rahat olsun. Pornolarda fikir vermisiniz, kişi vajinaya əlini, qolunu soxur. Onlar nə seksual manyakdırlar, nə də dəlidirlər,  sadəcə bizim etmək istəyib edə bilməyəcəyimiz şeyi edirlər. Əslində kişəlini, qolunu, penisini, ayağını, başını vajinaya soxmaqla, vajinanı yırtıb qanatmaqla çıxdığı yerə geri qayıtmaq, ana bətninə, doğulmamışdan əvvəlki vəziyyətinə, ana təbiətə, yaradılışın çıxdığı o dərinliyə qayıtmaq istəyir. Ana təbiətlə  birlikdə olmaq istəyir. Yeniyetməlikdə hər kişi cinsi orqanını ayaqları arasında gizlədərək qadına oxşamağın necə olduğunu güzgüdə baxıb. Heç bir kişi bu haqda heç bir qadına danışmaz, hətta penisi ayaqları arasında gizlədərək görünmək istəyi ilə bağlı  gənclərdən bəhs edən bəzi erotik filmlər də var. Bununla oğlanlar əslində qadın kimi olmaq istəyirlər. Kişinin seksdə penisini vajinada hiss etməməsi də cinsi orqanını itirmək qorxusu olsa da, əslində kişi penisini itirmək üçün sekslə məşğul olur ki, anasının bətninə geri qayıtsın. Hər qadın yaxşı bilir ki,  kişi böyümüş uşaqdır. Beləliklə,  kişidə qadının vajinasının içinə girmək istəyi olduğu kimi, qadında da kişinin penisinə sahib olmaq, onu yemək və içinə daxil etmək istəyi var. 

Dişli vajina mitini çürüdən başqa bir fikir də var. Əgər kişilər dişli vajinadan qorxurlarsa, niyə qadınlardan oral seks istəyirlər? Axı qadının ağzında real dişlər var və penisi qoparda bilər. Əgər  Froyd bu söhbətə qarışsaydı belə deyərdi, bizim (kişilərin) qadının ağzındakı dişlərdən yox, məhz dişsiz vajinadan qorxmağımıza səbəb ilk dəfə anamızın cinsi orqanını görməklə yaşadığımız qorxudur: bizdə olandan onda yoxdur, deməli, nəsə günah edib penisi kəsilib. Deməli, gördüyüm bir yaradır, kəsilmiş penisin yarası. Birdən mən ona yaxınlaşsam, cinsi əlaqədə olsam mənim penisimi dişləyib qoparda bilər. Bu səbəbdən qadının cinsi orqanı kişiyə həm maraqlı gəlir (penisi olmadığı üçün), həm də qorxulu gəlir (uşağın çıxdığı yer, ayda bir dəfə qan gəlir, pis qoxusu var -bu səbəbdən qadınlar qoltuq altına dezodorant vuranda ayaqlarının arasına da vururlar-, cinsiyyət dodaqları var, ağıza oxşayır və çox güman dişləri də var, mənim penisimi yeyə bilər). 

 

“Syrup” filmi  - “Kişilər qadınları dörd qrupa ayırır: analar, bakirələr, qancıqlar və fahişələr. Təbii ki, dediklərimizin heç biri müasir iş qadınına uyğun deyil. Amma öz imajınızı bu modellərin hər birindən parçalar seçərək yarada bilərsiniz. Məsələn, seksual cazibənizi qancıqdan alın...Ananın müdrikliyi, Bakirənin əxlaqı, Fahişənin sərbəstliyi...Bunun sayəsində kişilərin ağılı qarışar və sizi qruplaşdıra bilməzlər. Əvəzində etmək məcburiyyətində qaldıqları şey isə sizə ciddi yanaşmaqdır”. 

 

Şanelizm – Fransız modelyer Koko Şaneldən seksual aforizmlər:

 

Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir. 

 

Elə paltar geyinin ki, rahat soyuna biləsiniz.

 

Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur.

 

Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

 

Ətir vurmayan qadının gələcəyi yoxdur.

 

Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.

 

Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır.

 

Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.

 

Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...

 

Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək.

 

İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın.

 

Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.

 

Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.

 

Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!

 

Paltarda qadın axtarın. Qadın yoxdursa, paltar da yoxdur.

 

Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili. Sevilməyən qadın– ölmüş qadındır. 

 

Azərbaycanda nə zamansa Koko Şanel kimi qadınların olması üçün strategiyam da var. Ümumiyyətlə, mənim yazdıqlarım və yazacaqlarım, gələcəyin azərbaycanlı qadın və kişilərinin istədiyim səviyyəyə gətirmək üçün qurduğum  strategiyanın bir parçasıdırlar. 

 

SADizm – Markiz dö Sad belə deyir: “Həyat fahişədir, buna görə həzz almağa davam edin”.

 

Subay qızlara həyat dərsi – Qadın üçün ər korset kimidir: yaraşır, amma çox sıxır.

 

Evli qadınlar və beş qızıl qayda – Evli qadınlarla münasibətdə beş qızıl qayda var:

1)Ailəsi və xüsusən, əri  haqqında heç bir sual verməmək. Çünki bu qadının xoşuna gəlmir. O səninlə münasibətdə evli olduğunu unutmaq istəyir. Kişininsə beynində bu sual fırlanır: "Görəsən, bu qadının əri hara baxır?". Dostum, əgər qadın buna görə narahat deyilsə, sən, ümumiyyətlə, narahat olmamalısan. 

2)Dost ol. Məşuq, sevgili, oynaş olmaqla bərabər, dost ol. Burada dost deyərkən, həmdəm, sirdaşı nəzərdə tuturam. Əlbəttə, qadın kişiylə dost olmaq istəməz, amma istəyər ki, ona təkcə fiziki yox, mənəvi də yanaşasan. Qadın inanmalıdır ki, sənə həşeyi danışmaq olar. Onun bədənindən çox qəlbini fəth et. Nə vaxtsa bədən cəhətdən ayrılacaqsan, qəlbdə isə məsafə anlayışı yoxdur.  İnkaredilməz qalibiyyət budur. 

3) İz buraxma. Bu qayda tualetdə işəyib sifonu çəkəndə ağlıma gəldi. Heç bir şəkil, səs yazısı, video olmasın. Gələcəkdə sənə problem yaradacaq şeylərə yatırım etmə. Kiminsə əlinə kozır vermə

4)Evli dostlarınla görüşəndə, yaxud məclisdə yığışanda subay və boşanmış qadınlarla münasibətindən danışƏgər sənin evli qadınlarla birlikdə həyat adlı erotik filmdə baş rolda oynadığını bilsələr, özləri üçün təhlükəli hesab edərlər və səndən uzaqlaşarlar. Çünki hər kəs öz “mal”ını qorumaq istəyər və etibarsız adamları  heç kim sevməz. 

5) Bu  dörd qaydanı heç kimə demə

 

Seksual standartizm – Kişilərin seksuallığında antistandartizm çatışmır. Yeniliyə və qəribəliyə açıq deyillər.  Onlar üçün Dolly Castro, Monica Bellucci yaxud ikonik Marilyn Monroe ilə yatmaq arzulanan bir şeydir. Məni isə həyəcanlandıran tək ayaqlı, yaxud bir döşlü, əlavə də etsək, üzünün bir hissəsi yanmış qadınlardır. Belə qadınlarla yatmaq istəyərsiz? İnanmıram. Siz hamının yatmaq istədiyi qadınlarla yatmaq istəyirsiz, axı sizin başqalarından fərqiniz nədir? Baxın, sizinlə mənim aramdakı uçurum da budur. Biz eyni dili danışan, ayrı cür düşünən ikiayaqlı məxluqlarıq. 

 

Hamımız qoyun əti yeyirik, toya və yasa gedirik, evlənib uşaqlar dünyaya gətiririk. Bu standartizmin arxasını çevirin belə söz yazılıb: FAŞİZM! Bu radikal eyniləşdirmə,  adı çəkilməyən faşizmin  müasir formasıdır. 

 

Allah aseksualdı– “Quran”da allah belə tərif olunur: doğmayan və doğulmayan. Biologik baxımdan yanaşsaq, əgər bir şey doğa bilmirsə və yaxud bir şey tərəfindən doğulmayıbsa, o şey mövcud deyil.  Amma bunun başqa tərəfi də var. Allah aseksualdır. Onun sekslə, bədənlə, qanla bağlılığı ola bilməz. 

 

Yazmaq seksdir - Yazmaq mənim üçün sanki sekslə məşğul olmaq kimidir. Seksin gedişatı belədir: birdən başlayırsan, sonra yavaşlayırsan, daha sonra sürətlənirsən və sonda orqazm. Mənim yazdığım hekayələrə və romana diqqətlə baxın, bu gedişatı edirəm: birdən başlayır, tez giriş edirəm, sonra yavaşlayıram, siz oxuduqca sürətlənirəm və sonda mənəvi orqazm! 

 

İnsan 50-60 yaşından sonra cinsi potensialını itirir və sekslə məşğul ola bilmir. Amma mən ölənə kimi bu mənəvi seksi mükəmməşəkildə davam etdirəcəyəm. Mən öləndən sonra ölməyəcəyəm, sadəcə daha yaza bilməyəcəyəm... 

 

 

DƏRS 3. Eks

Bu dərs keçmiş haqqındadır: Eks-prezidentlər, eks-sevgililər, eks-ponatlar və eks-klüzivlər… Həşey eksdir. 

 

31 yaş masturbativ yaşdır. Bu yaşa ki gəldin iki orqan həyati əhəmiyyət daşıyır: baş və cinsi orqan. Bizim müsəlman kişilərin ortaq cəhəti, cinsi orqanları başlarından yaxşı işləyir. Əslində ikisi də vacibdir və qorumaq lazımdır. Qorumaq lazımdır, hə, amma o demək deyil ki, işlətmək lazım deyil. 

 

Bir dəfə düşündüm və bir dəfəyə də cavabını tapdım: Niyə masturbasiyanın (onanizm) rəqəmi 31-dir? Niyə 51 yox, 18 yox, məhz 31? “3” rəqəmi burada üç barmağımızı – baş barmaq, şəhadət barmaq və orta barmağı göstərir. Bu üç barmağın uclarını birləşdirməklə penisin girə biləcəyi dairə (süni vagina) yaradırıq. “1” rəqəmi dəəlbəttə ki, penisi bildirir. Bu da sizin üçün 31 (üç barmaq və bir penis). 

 

Müsəlmanların tövbəsini yox, katoliklərin etirafçılığını sevirəm. Yazılarımda müsəlmanlara xas olmayan etirafçılıq var. 31 yaşım olmağına baxmayaraq keçmişdən bugünə kimi heç 31 qadınla münasibətim olmayıb.  Heç bir kişi belə etiraflar etməz, çünki onun seksual reputasiyasına sağalmağı mümkün olmayan zərbədir. Mənim üçün bu önəmli deyil. Mən həyatımı s2minin (Əli Əkbərdən oğurlamışam bu yazı üçün və qaytaracağam) üzərində qurmamışam. Azərbaycanlı kişilərlə mənim fərqim budur: mən qadında kəmiyyətə yox, keyfiyyətə önəm verirəm. Əgər bir kişi yatdığı qadınların sayını özünün hiperseksuallığı kimi gözümüzə soxursa, deməli, o adamın natamamlıq kompleksi var. Çox qadınla yatmaq öz kişiliyini daha çox sübut etmək istəyidir. Halbuki kişiliyini təsdiqləmək üçün bir qadın da bəs edir. Kişilər adətən yatdığı qadınların sayı ilə fəxr edirlər, keyfiyyəti ilə yox. 100 qadından cəmi 10-15 qadın kişinin yaddaşında qalır. Qadından öyrənəcəyimiz çox şey var,məsələn, seçici olmaq. Yəni, hər qarşılaşğın, tanımadığın adamla yatmamaq. 

 

Mən yalnız mənimlə yatan qadınları sevmişəm. Yazıram və xatirələr canlanır… F. adlı qızla lesbian pornoya baxaraq sevişməyimiz yadımdadır. Evli qadın K. ilə “Nizami” kinoteatrında “Qoca alfons” filminə getməyim yadımdan çıxmaz. Film təzəlikcə başlamışdı, amma biz dözə bilməyib sevişməyə başladıq. Sağ əlim onun ayaqları arasında itdi-batdı, yoxa çıxdı, dodaqlarım isə onun paltarından çıxmış döşlərində yapışıb qaldı. Şalvarımın qabağını açaraq ereksiya olmuş cinsi orqanımı çıxardım. K. ondan möhkəm tutdu. Kinoteatrda, bu dar oturacaqlar bizə mane olurdu? İnanmayın. İşin ən qızğın vaxtında birdən sərt şəkildə qapı açıldı. Biz dayandıq və oğlan bizə baxdı. Heç nə demədi, biz özümüzü tez səliqə-sahmana saldıq, sakitləşdik. Sən demə, qoy mən deyim, kameradan bizi görüblər. 

 

Başqa bir  evli qadın G. mənimlə “İyrənc” hekayəmi oxuyandan sonra tanış oldu.  Belə tam sevgili də olmamışdıq, amma virtual seks etmişdik. İkimiz də bir-birimizə "səni sevirəm" demədik, çünki sevmirdik. Seksualoji yaxınlıq vardı. 

 

Söhbət edəndə bir dəfə ondan soruşdum ki:

-"İyrənc" hekayəsində nə var ki, səni mənə yaxınlaşdırdı? Axı orda demək olar nəcisdən, tualetdən danışırdım - belə şeylər bir qadını cəzb edə bilməz. 

Nə desə yaxşıdır?

-Nolsun? Əsas odur axırda əllərini yudun ki... 

 

G. mənə dedi ki, sənin hekayəndə o qadına elə acığım tutdu ki, özünü axmaq vəziyyətə qoydu axırda. Amma indi səninlə münasibətdə özüm o qadın kimi axmaq vəziyyətdə qaldım. 

 

Sonralar münasibətimizin bitməsinə səbəb olan sözlər dedim: 

-Təsəvvür elə evinə gəldim. Qapını döydüm, ərin açdı. Bıçaqladım onu. Yerə yıxılıb qan içindədir. Hələ ölməyib can verir. Əlimdəki bıçağı sənə uzadıram ki, axırıncı zərbəni vur ölsün. Sevmədiyin, iyrəndiyin adam deyilmi? Xilas ola bilərsən. Uşaqlarına da, sənə də mən baxacağam. Maşın və ev olacaq. Qorxma, sadəcə, bir bıçaq sox. Türmə, polis olmayacaq. Hamısını həll edəcəyəm və xoşbəxt yaşayacaqsan. Həşeyin olacaq, sadəcə son zərbəni sən vur. Yerdə qan içində yatan adamın ölümü sənin doğuluşun olacaq. Tərpənməyən, ölüm ayağında olan birinə bıçağı basıb-çıxaracaqsan. Təkcə bir zərbəİstədiyin həyatı yaşamaq və özünü, uşaqlarını xilas etmək üçün bıçaqla onu. 

Susdu… yəqin şokdaydı..Bir az gec cavab verdi…

-Heç vaxt etmərəm. Edə bilmərəm. Sənin həqiqətən psixi problemin var, həkimə göstərməlisən özünü, -dedi. 

Məni facebook-dan bloka atdı. İki gündən sonra blokdan çıxardıb bu sualı verdi:

-Niyə mənə elə dedin? Məqsədin nə idi? Niyə onu bıçaqlamağımı istəyirdin? 

Cavab vermək istəmirdim, sualdan yayınırdım. Amma o, təkid edirdi.  Belə cavab verdiyim yadımdadır:

-Sadəcə bilmək istədim hara kimi gedə bilərsən…

Ayrılanda mənə “sevgilim” deyib pomadalı öpüş stikeri atıb getdi. Atıb getdi də, həmişə mən atan deyiləm ki…

 

Xatırlayıram, keçmiş sevgilim vardı, bir gün onu ofisə dəvət etdim. Havalar soyumuşdu, dedim, istəyirsən, gedək ofisdə kekslə çay içək? Əgər kişi qadına gedək, kekslə çay içək deyirsəəslində bu, sekslə çay içək deməkdir. Mənə cavab verdi ki, sonra nə edəcəyik? Bir az tutuldum, amma dedim: “Sevişərik, nə bilim, sekslə məşğul olarıq”. Belə də dedim. Konkret! Getdik ofisə, çayla keks içdik, seks də oldu. 

 

Sonra bu ofis məsələsindən sonra söhbət düşəndə bunları mənə dedi:

-Bilirsən, mən soruşanda ki, sonra nə edəcəyik, sən birbaşa seks dedin. Yadda saxla, əgər kişi qadını ofisə yaxud evə dəvət edirsə, qadın yaxşı bilir ki, təkcə çay içməyəcək. Sənin bunu deməyin isə həyəcanı, marağı öldürür. 

 

Qeydlər arasından bunu da tapdım:

Fransız kafesində bir qız vardı, zəngdə belə danışşdıq:

-Salam, mən istəyirəm ki, yaxından tanış olaq. Mən KONKRET adamam. 

- Mən KONKRET deyiləm. 

-Hə, yaxşı, onda sağ ol. 

 

A.adlı tələbə qızla ofisdə sevişəndə müdir qapını döydü. Zibil, tutuldum! Tez-tələsik qızla əynimizi geyinməyə başladıq, səhvən bir-birimizin paltarını götürürdük.  “Açıram, müəllim, açıram” deyə qızla baxışıram ki, neyləyək, harada gizlədim səni? Harada gizlədəcəm ki, yer var?! Bapbalaca ofisdir. Tualet olmaz, orada görsə, biabırçılıqdır. Masanın altı da olmaz, o da biabırçılıqdır. Bu ofisdən yalnız bir çıxış var, o da qapını dayanmadan döyən müdirin ofisə girəcəyi yer.  Ən yaxşısı qapını açmaq və təslim olmaqdır. Qız səssizcə ofisdəki sütunun arxasında dayandı.  

 

Nəhayət, qapını açdım. Müdir içəri girdi. Salamlaşdıq.  Kreslosuna əyləşmək üçün  keçəndə qızı gördü. Müdir mənə baxdı, mən də qıza baxdım, qız da mənə baxdı, mən də müdirə baxdım. Qısa səssizliyi fürsət bilib icazə alaraq qızı evə ötürmək üçün aradan çıxdım. Qızla parkdakı skamyada oturub biabırçılığımıza güldük. O an başa düşdük ki, bu əslində bizim xoşumuza gəldi. 

 

Müdirlə söhbət etdim.  Üzrxahlığımı bildirdim, dedim ki, iş yerində belə şey olmamalıydı, amma hissə qapıldım. Ofisin açarını masaya qoydum, işdən çıxmağa da hazır idim. Müdir açarı  götürmədi və məni işdən qovmadı, çünki tək işçi mən idim. Əvəzində söz verdim ki, bir də təkrarlanmayacaq. Və təkrarlanmadı da. 

 

Bəli, hər yerdə sevişmək olar. Liftdə sevişmişəm, tualetdə yox. Tualet çox dilemmatik məkandır: bilmirsən, kişilərinkində, yoxsa qadınlarınkında sevişmək daha təhlükəsizdir? Balakənə paraşütlə lüt tullanmaq üçün gedəndə qıza dedim ki, aşağıda məni gözlə, gördün gəlirəm, tumanını aşağı sal, yanaqlarını arala, promoy vajinaya girəcəyəm. Paraşütlə tullandım və gedib qoyun sürüsünün üstünə düşdüm. Əlbəttə, bu sonuncusu zarafatdır, təhlükəlidir, amma pis fikir deyil. 

 

Bunlar hamısı keçmişdir. 10 ildən sonra bunları oxumaq təskinlik verə bilər. İndiki vəziyyətim belədir ki, sevgilim yoxdur və heç axtarmıram da. Niyə axtarım ki? Laboratoriyada çarxada qaçan ağ siçan kimi özümü hiss etmək üçün? Axı bilirəm ki, mən qaçdıqca çarx fırlanır, amma heç yerə getmirəm. Kişinin qadın məsələsində vəziyyəti də budur. Qaçırsan, amma heç yerə getmirsən. 

 

Romanını yazdığım qızdan  ayrılanda da qəribə “aydınlanma” yaşadım. Məni kədərləndirən ondan ayrılmağım və başqasından uşağının olmağı deyildi. Əslində məni kədərləndirən onu s1kməməyim və uşağın məndən olmamağıdır. Bu vəhşi həqiqətin gözünə qorxmadan baxanda sentimentallıq Seymur Sunun “Sentimentyabr”ı olur. 

 

Yolda gəzəndə bəzən kafe-restoranlarda söhbət edən cütlüklərə baxıram. Görəsən, nə haqqında gic-gic danışırlar? Məndə belə bir düşüncə formalaşıb ki, sekslə məşğul olmayanlar tez-tez restorana gedirlər. Vaxt itkisidir. Həm də erotik cəhətdən səmimi deyil. Reklamlardakı devizlərdə “bizdə həşey yaxşıdır” kimi vizual effekt yaradır. 

 

Bilirdinizmi, Froyd insan təbiətində təkrarçılığı kəşf edib? Görüb ki, uşaqlara nağıl danışanda xoşları gəlirsə, yenə təkrar oxumağımızı istəyirlər. Yeni nağıl istəmirlər, dəfələrlə eyni nağılı oxumağımızı istəyirlər. Təkrarçılıqdan zövq alır insan. Froyd başa düşdü ki, insan yaradılış etibarilə yeniliyə yox, təkrara meyillidir. Yeni bir şey gəldisə, insanlar onu qəbul etmək istəmirlər. Çətin qəbul etsələr də, sonradan bu yeniliyi belə təkrarlamağa başlayırlar…

 

Hər yeni qadın da təkrardan başqa bir şey deyil. Tanış olmaq, görüşmək və sevişmək…Tanış olmaq, görüşmək və sevişmək…Niyə axırda edəcəyimizi birinci etmirik? Dəyərmi bu qədər vaxt və enerji itkisinə? Niyə həşeyi tez bitirməyə çalışmırıq, uzatmağa çalışırıq? 

 

İşdən evə qayıdanda daha çox qoca kişilərlə rastlaşıram, onların necə mənasız söhbətlər etdiklərini üzlərinə vurmuram. Kişilərin cavanlığına haradasa dözmək olur, qocalıqlarına isə qətiyyən.  Heyif, İslam dini intihara yaxşı baxmır, yoxsa bu qocalara əsl hörmətin intihar olduğunu öyrədərdim. Qoca kişilərin hüznlü aqibətini bilirsiniz də? “Qamış”ları dik durmayanda ya şlanqla maşın yuyurlar, ya da siyasətdən danışırlar. 

 

NƏTİCƏ

Birinci dərsdə öyrəndik ki, qadın nədən həzz alır və necə sekslə məşğul olmaq olar. Seks ayıb olmadığı kimi seksdən danışmaq da ayıb deyil. Müsəlmanlar kimi sekslə məşğul olmağı yox, onun haqqında danışmağı ayıb bilməklə həqiqəti tapmış sayılmırsınız. Bu, müsəlmanlıqdan gələn riyakarlıqdır, öz naturana kürəyini çevirməkdir. Dinlərin əsas məqsədi, insanı öz təbiətinə yadlaşdırmaqdır. “Narkotikə YOX deyək” afişalarını divarlara yapışdırmaqdansa, “Seksual savadsızlığa YOX deyək” reklam olunmalıdır. Azərbaycanlıların seksdən yox, siyasətdən çox danışmaqları da bir növ özlərini gizlətmək, ağıllı görünmək cəhdidir. Seks siyasətdən təhlükəli və insanın üzünü güldürən mövzudur. İnsan isə özünü ağıllı və ciddi göstərməyi sevdiyi üçün siyasətdən danışır.Hər halda kimsə siyasətlə məşğul olmağı haqqında seksdən daha rahat danışa bilir.  

 

İkinci dərsdə biz seksin keks kimi gözəl və dadlı olduğunu öyrəndik. Seks üçün əxlaq norması yoxdur və nə vaxt istəyir onunla məşğul ola bilərsiz. Seksual və düşündürücü oyun oynadıq. Bilmədiklərimizi öyrəndik və bildiklərimizi təkrarladıq. 

 

Üçüncü dərsdə  isə mən öz təcrübə və fikirlərimi bölüşdüm. Elmi yanaşmaları çox təbii hesab etmirəm. Çünki bu həyatı daha çox hiss edərək yaşayırıq, düşünərək yox. Heyif ki, müsəlmanlar xristianlara nisbətən seksual məsələlərə çox həssasdırlar. Məncə, bu, İslamın yaşının az olmağı ilə əlaqədar ola bilər.

 

Hə, çox uzatmayaq:

 

Mənim yazılarımın məqsədi, azərbaycanlıları bir pillə də yüksəyə doğru qaldırmaqdır, ciddilikdən uzaqlaşdırmaq və hadisələrə və insanlara pozitiv yanaşmağı öyrətməkdir.  Başlarını baxdıqları pəncərədən başqa pəncərəyə  çevirməkdir - bilsinlər ki, dünya adlı bu evin başqa pəncərələri də var.  İllərlə eyni fikirdə qalaraq beyininizi iyləndirərsiz. Hər fikirə açıq olacaqsız xoşunuza gəldi ya gəlmədi. Seks tabu mövzu olduğu üçün nə haqqında danışmaq olmazsa, onun haqqında danışacaqsınız. Heç kim sizdən “sekslə necə məşğul oldunuz?” deyə soruşmaz, amma “cinayəti necə etdiniz?” deyə soruşar. Bizə görə adam öldürmək  seksdən daha asan qəbul ediləcək hərəkətdir. Əgər elə olmasaydı, təxminən 500 il əvvəl Mişel Monten demiş, sekslə gizlicə məşğul olub, hamının gözü qabağında adam öldürməzdik. 

 

Esseni oxuyub bitirdikdən sonra aşağıdakı linkə daxil olub musiqini dinləməyin sizin üçün əsl istirahət olacağına inanıram.

-Müəllifdən-

 

Link: https://youtu.be/mj8prsAO9L0

 

27.08.22 

 

 

 

  

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)