Edebiyyat.az » Ədəbi tənqid » Fərid Muradzadə — Kənan Hacının "Göldən aralı Sona" romanı haqqında

Fərid Muradzadə — Kənan Hacının "Göldən aralı Sona" romanı haqqında

Fərid Muradzadə — Kənan Hacının "Göldən aralı Sona" romanı haqqında
Ədəbi tənqid
admin
Müəllif:
12:07, 09 mart 2024
1 049
0
Fərid Muradzadə — Kənan Hacının "Göldən aralı Sona" romanı haqqında



Kənan Hacı ustad yazıçılardandır. Onun peşəkarlığı haqqında yazdığım xoş sözləri kimsə yanlış anlamasın. Mən nə gördümsə, nə müşahidə etdimsə və daxilimdən bunları yazmaq necə keçdisə o cür-təmənnasız, riyasız, yalansız və tərifsiz yazdım. 

Əlli iki səhifəlik bir romana bu qədər fərqli obrazları yığmaq, onları bir-biri ilə çarpaz şəkildə bağlamaq, obrazları həyatın özündən almaq, onlara yazıçı təxəyyülü ilə mükəmməl ruh və personajlara xüsusi adlar vermək əlbəttə ki məhz Kənan Hacı kimi peşəkarların məharətidir. Onu ilk dəfə "Ədəbiyyat.az"saytında dərc olunan  "Boz ilan"hekayəsi ilə tanımışam. İlk dəfə hekayəni oxuyandan sonra bu yazıçının böyük ustalıq qabiliyyəti, tükənməz enerjisi və güclü potensialı olduğunu fərq etdim və otuz səkkiz il niyə bu yazıçını tanımadığıma görə özümü çox qınadım. Sonralar bir-neçə uzun və qısa hekayələrini, romanlarını, oxudum. Ən çox sevdiyim əsəri "Fironun dəftəri "oldu. Lakin bu kiçik yazıda "Fironun dəftərindən"deyil başqa bir romandan bəhs edəcəyəm. Bu romanın unikal bir adı var "Göldən aralı Sona və ya Arxa qapı" Sizcə də deyilmi? Müəllif bu romanı çarpaz roman adlandırır. Bu romanda bəhs olunan hadisələr, obrazlar bir-birinə yad, lakin biri digərinə çarpaz şəkildə bağlanan hadisələr və obrazlarla doludur. 

Roman bu cümlələrlə başlayır "Elə insanlar var ki, onları həyatından heç cür çıxarıb ata bilmirsən. Onları nə doğma, nə də yad adamlar kateqoriyasına aid etmək olmur. Bü əhvalatlar həmin adamların həyatından qırıntılardır. O qırıntıları bir yerdə toplamağa çalışdım" və Kənan Hacı bunu ustalıqla bacarmış oldu. O böyük məharət sahibi olan ustadır. İncə iş və zövq ustasıdır. Kənan Hacı bu romanında bir-birinə yad olan adamların dağılmış, şüşə kimi çiliklənmiş həyatlarını peşəkarlıqla  bir yerə toplayıb. Bu insanların dağılmış həyatları, məşəqqət içində keçən ömürləri, puç olmuş arzuları rəngarəng şüşə qırıntıları kimidir və müəllif də rəngli qırıntılardan məharətlə istifadə edərək şah əsər yaratmış vitraj ustasıdır. Əsərdəki qırıq talelər, uğursuzluğa düçar olmuş obrazlar ayrı-ayrılıqda və mahiyyətində nə qədər acılı olsa da ustad bir yazıçının əsərində oxucuya ağrısı ilə birlikdə belə möhtəşəm görünən vitrajdır. Kənan Hacı seçdiyi obrazlara xüsusi ad və xüsusi nəfəs verir. Yuxarıda müəllif ilk cümləsində bir qisim insanların insan həyatından çıxarılsa bilmədiyini, dolayısı ilə desək o insanları kəsib atmağın mümkünsüzlüyünü yazmışdı. Romanın ən maraqlı obrazı Kəstulladır. Ada diqqət!!! 

Kəs tulla. Kəsici alət olan qayçısı ən yaxını olan Kəstullanın studentlə dostluğu, onun mərdliyi, qalmağa yerli belə olmayan, savadı aşıb-daşsa da ziyasına lazımi qiymət verilməyən studentə öz yanında yer verməsi, sonda  studentin ona düzgün yol göstərməsi və ayrılıqda bir-birinə yad olan insanların bir-birini çarpaz şəkildə qol-boyun olmuş həyatlarından kəsib atmağın mümkünsüzlüyü, şərəfini, ağsaqqallığını itirmiş , ağlasığmaz ləqəbi ilə tanınan "Beçəxor", Sonanın adına ləkə gəlməsin deyə Beçəxoru ifşa etməyən Ququş, mürdəşir Əmirxan, Nənəbaba, Əmirxanın sirdaşı Cümşüd, Qərə, Oğlanı xala, Samir, Sona və s obrazların müxtəlif yollardan gələrək elə kəndin"kruqu"kimi bir yerdə birləşdikləri ortaq məxrəc nöqtəsi. Bu obrazlar çarpazlaşıb birləşdikləri nöqtədə ortaq olurlar,  onları bir-birindən ayırmaq olmur və   onları kəsib tullamaq mümkünsüzdür. Kəstulla həm də vətənpərvərdir. Sevdiyi qızı dənzin sahilindəki məkana və allaha əmanət edərək döyüşə yollanan Kəstulla böyük ürək sahibidir. O getməsin, mən getməyim ,bəs vətəni kim qorusun?! Kəstulla saf bir istəklə Sonanı sevir, Sona da onu. Onlar birləşirlər, ailə qururlar, lakin sonradan yollar ayrılır və bu ayrılan yollar student in sayəsində yenidən kəsmə nöqtəsində çarpazlaşır,  görüşür. 

Adı "Dalğa"olan kafeni də müəllif təsadüfi seçməyib. Dalğa yazıda məkan məfhumu ifadə etsə də mahiyyəti də o sadəcə kafe deyil. O müxtəlif zümrədən olan hər tip insanı öz ağuşuna almış, meyi baş aldadan meyxanədir, girdabdır, bu geniş dünyada dar bir hücrədir. Ququş qəribə bir tip olsa da mərd oğlandır, əsl kişidir. Onların məhəlləsi əslində elə ümumiləşdirilmiş bir evdir. O evin divarları arasında olanlar yalnız orda qalmalıdır, aşkara çıxmamalıdır. Ququş Sonanın xətrinə Beçəxoru el içində rüsvay etmir, lakin ona elə təpinir ki, Beçəxor bir daha o qələti etmir və Beçəxor dar bir küncə sıxışmış olur. Necə deyərlər məhəllədəki evlərin quruluşu elə idi ki(yazıçı bunu bilərəkdən bu şəkildə seçib) sarsaq Beçəxor, bir ömür boyu əməllərinin məhkumu olaraq o məhəllədə yola mütləq Ququşun "hüzurundan"keçməli olur. Arxa qapı xəyalı ilə yaşasa da Beçəxor onu gerçəkləşdirə bilmir. Dolaysı ilə yollar yenə eyni nöqtəyə çıxır, eyni nöqtədə görüşür. Romanın sonluğu isə çox gözəl bir şəkildə bitir. Student in sözündən sonra səhvini anlayan Kəstulla ailəsi ilə yenidən birləşir və bir-neçə ildən sonra evlənib şəhərə köçən studenti tapır, onlara qonaq gəlir. Roman gözəl bir sonluqla tamamlanır. 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)