Azər Qismət - Duman (pdf)
Onlayn baxın: duman-yen.doc
Azər Qismət hekayələrində başlanğıcın sonluq barədə təsəvvür yaratmasına çalışmır da. Onun üçün əsas prinsip hadisənin çox geniş və əhatəli inkişafı və çox sürətli həllidir. Nə üçün belədir? Çünki müəllif üçün əsas məsələ prosesin özüdür, hadisənin inkişafının hansı istiqamətdə getməsidir. Məhz proses qəhrəmanların daxili aləmini açır, onların həyata baxışlarını, üzləşdikləri problemlərə münasibətlərini və mübarizələrini üzə çıxarır. Onun fundamental olması üçün müəllif güclü təsvir vasitələrindən və orijinal nəqletmə bacarığından məharətlə yararlanır. Yazıçı bu priyomları hiss olunmadan işlətməklə oxucunu əsəri acgözlüklə oxumağa məhkum edir. Məncə, yazıçının istedadı və yaradıcılıq uğuru bundadır.
40 hekayə mənə nağıllarımızın 40 sirli qapısını xatırlatdı. Nağıl qəhrəmanının qapılardan girib gəzdiyi 40 otağın bir-birindən seçilməsinin, hər birinin öz əhvalatının şahidi olmasını. Eynilə mənim kimi. Gülümsəyən cənabın - yazıçı-publisist, jurnalist Azər Qismətin yaradıcılığı ilə bir daha, bu dəfə təkcə 40 otaq gəzən oxucu kimi yox, həm də ona ön söz yazacaq bir oxucu kimi tanış oldum. Mənə elə gəldi ki, onun hekayələri də özü kimi gülümsəyirdi.
Arzu Qazıyeva
telejurnalist