Ağarza Elçinoğludan yeni şeirlər
Poeziya
Ağarza Elçinoğludan yeni şeirlər
Necə darıxıram sənsiz gecələr!?
Necə də dar gəlir küçələr mənə.
Necələr üst-üstə yığılır indi
Dəli kimi baxır neçələr mənə.
Nədənsə səmada acıqlı şimşək,
Vurur sənsiz olan uca dağları.
İndi mən də sənsiz qalmışam gülüm
Şimşək də bu qəlbimi vursun barı.
Yağış da yağmadı, dağıtdı külək,
Düşə bircə damcı yerə, qoymadı.
Ağlamaq istədi mənimlə yağış
Külək sənin kimi mənə qıymadı.
Sonu necə olar bu darıxmağın?
Mən ki, hələ yeni görmüşəm səni.
Dünən görüşmüşük, elə bil amma
Düz səkkiz ildir ki, görmürəm səni.
Sənli sənsizliyim çox yorur məni,
Hər saat ton olur onu çəkirəm.
Biçarə qalmışam zaman əlində
Bir bilsən mən sənsiz nələr çəkirəm.
Sonu qovuşmaqdır bu həsrətin də,
Mən ki, səndən ayrı qala bilmərəm.
Sənli yaşamağım, ölməyim varkən
Sənsiz istəsəm də ölə bilmərəm.
Necə də dar gəlir küçələr mənə.
Necələr üst-üstə yığılır indi
Dəli kimi baxır neçələr mənə.
Nədənsə səmada acıqlı şimşək,
Vurur sənsiz olan uca dağları.
İndi mən də sənsiz qalmışam gülüm
Şimşək də bu qəlbimi vursun barı.
Yağış da yağmadı, dağıtdı külək,
Düşə bircə damcı yerə, qoymadı.
Ağlamaq istədi mənimlə yağış
Külək sənin kimi mənə qıymadı.
Sonu necə olar bu darıxmağın?
Mən ki, hələ yeni görmüşəm səni.
Dünən görüşmüşük, elə bil amma
Düz səkkiz ildir ki, görmürəm səni.
Sənli sənsizliyim çox yorur məni,
Hər saat ton olur onu çəkirəm.
Biçarə qalmışam zaman əlində
Bir bilsən mən sənsiz nələr çəkirəm.
Sonu qovuşmaqdır bu həsrətin də,
Mən ki, səndən ayrı qala bilmərəm.
Sənli yaşamağım, ölməyim varkən
Sənsiz istəsəm də ölə bilmərəm.
_
Gerçəyi deyir bu sözüm,
Sənə heyran oldum özüm
Nə zaman ki, güldü gözüm,
Eşqindən olub.
Vurulandan sənə bil,
Ürək vurur sanki təbil
Sən olmuşam mən elə bil
Sevgindən olub.
Əvvəl sevgini danmışam,
Eşqə indi inanmışam
Sevgini sənlə qanmışam
Elmindən olub.
Adın əzbərdir dilimdə,
Ürəyin də ürəyimdə.
Sən olmusan nəfəsim də
Sehrindən olub.
Sənə heyran oldum özüm
Nə zaman ki, güldü gözüm,
Eşqindən olub.
Vurulandan sənə bil,
Ürək vurur sanki təbil
Sən olmuşam mən elə bil
Sevgindən olub.
Əvvəl sevgini danmışam,
Eşqə indi inanmışam
Sevgini sənlə qanmışam
Elmindən olub.
Adın əzbərdir dilimdə,
Ürəyin də ürəyimdə.
Sən olmusan nəfəsim də
Sehrindən olub.
_
Mən bir sevgi istəyirəm,
Sevgilim özüm olsun.
Onun gözəl baxışları
Gözləri də gözüm olsun.
Görünən bir mələyin,
Ələ almışam ürəyin.
İndi o büllur biləyin
Sözləri də sözüm olsun.
Mənlə döyünür ürəyi,
Özü dünyanın mələyi.
Baharın hər çiçəyi
Saçlarına düzüm olsun.
Birgə olaq onunla biz,
Lap qocalıb bükəndə diz.
Bircə o gözləri dəniz
Ocağımda közüm olsun.
Sevgilim özüm olsun.
Onun gözəl baxışları
Gözləri də gözüm olsun.
Görünən bir mələyin,
Ələ almışam ürəyin.
İndi o büllur biləyin
Sözləri də sözüm olsun.
Mənlə döyünür ürəyi,
Özü dünyanın mələyi.
Baharın hər çiçəyi
Saçlarına düzüm olsun.
Birgə olaq onunla biz,
Lap qocalıb bükəndə diz.
Bircə o gözləri dəniz
Ocağımda közüm olsun.
_
Gündüzün xeyirini istəmədik biz,
Bizə zülmət gecənin şəri yaxşıdır.
Diyeta adı ilə acından öldük
Nə etsək bir sümük, dəri yaxşıdır.
Topuğumuzu əzdik öz daşımızla,
Pisi xatırlamadıq yaddaşımızla.
Düşünə bilmədik öz başımızla
Bizə xaricinin səri yaxşıdır.
Bəzi şairlərin verim sorağın,
Hansı ki, yazanda çıxarır ağın.
İnsanın pəriyə verir ayağın
Sevməyə insandan pəri yaxşıdır.
Kimi dindirirsən acı xülyada,
Bilmirsən ölüdür, yaşamır ya da.
İnsan anlaya ki, yersiz dünyada
Adi bir sözün də yeri yaxşıdır.
Avropadan götürmədik keyfiyyət,
Götürdük açıqlıq, bir də pis niyyət.
Bizə nə lazımdır ac mədəniyyət?!
Bizə Avropa yox, bəri yaxşıdır.
Qarşıma qoyaraq tək bir amalı,
Yazıb-yaratmışam qələm tutalı.
Nə qədər dünyanı tutub durmalı?
İnsan cavan ikən köçəri yaxşıdır.
Bizə zülmət gecənin şəri yaxşıdır.
Diyeta adı ilə acından öldük
Nə etsək bir sümük, dəri yaxşıdır.
Topuğumuzu əzdik öz daşımızla,
Pisi xatırlamadıq yaddaşımızla.
Düşünə bilmədik öz başımızla
Bizə xaricinin səri yaxşıdır.
Bəzi şairlərin verim sorağın,
Hansı ki, yazanda çıxarır ağın.
İnsanın pəriyə verir ayağın
Sevməyə insandan pəri yaxşıdır.
Kimi dindirirsən acı xülyada,
Bilmirsən ölüdür, yaşamır ya da.
İnsan anlaya ki, yersiz dünyada
Adi bir sözün də yeri yaxşıdır.
Avropadan götürmədik keyfiyyət,
Götürdük açıqlıq, bir də pis niyyət.
Bizə nə lazımdır ac mədəniyyət?!
Bizə Avropa yox, bəri yaxşıdır.
Qarşıma qoyaraq tək bir amalı,
Yazıb-yaratmışam qələm tutalı.
Nə qədər dünyanı tutub durmalı?
İnsan cavan ikən köçəri yaxşıdır.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Rövşən Yerfi - Ziyarət