Edebiyyat.az » Poeziya » Kənan İsmayılov - yeni şeirlər

Kənan İsmayılov - yeni şeirlər

Kənan İsmayılov - yeni şeirlər
Poeziya
Nicat Heşimzade
Müəllif:
01:45, 02 aprel 2019
2 395
0
Qaramat dünya Qaramat dünyamı boyamaq üçün, Dənizin mavisini, Payızın sarısını oğurladım. Dünyamı boyadım; maviyə, sarıya.. Yox əşi inanma, İnanma mənə. Qaramat rəngdədir, hələdə dünyam



Qaramat dünya


Qaramat dünyamı boyamaq üçün,

Dənizin mavisini,

Payızın sarısını oğurladım.

Dünyamı boyadım; 

maviyə, sarıya..

Yox əşi inanma,

İnanma mənə.

Qaramat rəngdədir, hələ də dünyam.

Qapında dayanmışam,

Qapında dayanmışam.

Aç qapını...

Əliboş gəlməmişəm.

Əlimdə, qış soyuğu,

Üzümdə kədər cizgiləri,

Ciyərlərimdə tütün qoxusu,

Qapındayam...

Bacarmadım, dəyişə bilmədim.

Məni öz dünyana aparmaq üçün çalışma,

Mənə vətəndi qaranlıqlar, 

Gün işığından qorxuram.

Günəş məni öldürər, 

Günəş məni öldürər.

Məni mənim dünyamda sev...

Qorxma gecədən, qaranlıqdan, 

O səni incitməz, 

O səni tək qoymaz, 

O səni tək qoymaz.

O insanlar kimi deyil...

Tut əllərimdən, gəl, gəl,

Qaranlığıma qonaq gəl...



Baş ağrısı


Dodaqlarim alnında,

Gözlərim əllərində,

Nəfəsimsə saclarında məskunlaşıb.

Adamların soyuqluğundan, 

Doğmaların uzaqlığından,

Qaçıb sənə gəlmişəm,

Bədənini yorğan elə üstümə…

Dizlərinə vətən deyib gəlmişəm.

Kaş ki sənin dizlərində qocalardı saçlarım,

Payızda qocalan yarpaq misalı..

İndi elə hey dizlərinə qaçır baş ağrılarım,

Ağrılarımı da götürüb 

Vətənimə gəlmişəm,

dizlərinə gəlmişəm,

Gəlmişəm ki, sağalt məni...


Əşyalardan xatirələrə keçid


And olsun bütün müqəddəslərə ki,

Bir qarışqanın naharı qədər də olsa, 

Sən qalmayıb içimdə..

Məsələn dünən gecə,

Dənizin kənarında

Xatirələrə üzmək öyrədirdim.

Birinci sən alan saat boğuldu.

Saatın əqrəbləri, 

bütün dəniz canlılarını zəhərlədi..

Ardınca sən alan köynəyi batırdı dəniz..

Dalğalar əyninə geyindi, 

bir zamanlar mən geyinən köynəyi.

Bircə şəkillər qaldı suyun üstündə,

Çəkisi xatirəsindən yüngül şəkillər...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)