Edebiyyat.az » Poeziya » Aygün Fikrətdən üç şeir...

Aygün Fikrətdən üç şeir...

Aygün Fikrətdən üç şeir...
Poeziya
admin
Müəllif:
13:02, 23 dekabr 2023
568
0
Aygün Fikrətdən üç şeir...




SUSAN RƏNGLƏR


Əzbərlədim adını,

sonsuzluğun varağına yazıldı

məsafələr...

Bu gün intizarınla üz-üzə gəldim, onun gülüşü yoxluğunun rəsmini asmışdı üzündən.

İslanmış yolların köynyini sərmişdi bir arzunun güneyinə...


Könlü sevdasız olanların sevgilər mükafatdı amma qədərsiz.

Kədər kəpənək kimi kipriyimə qonub,

gözlərimin gözlərimin əhvalını soruşanda,

göz yaşlarım cavab verdi ayrılığa şahiditək...


Naxışı pozulmuş yolun üstündə səslənurdi həsrətin saatı...

Sən o saatın əqrəbindən doğmalığın yıxılmağa doğru,

Mən olmaya mənzilə sarı...


Cansız şəkillərə buraxıldı sığallar


Saçlarında uzaq yolun küləyi əsirdi sonuncu nəfəs kimi

Nəğmədən yapışan ruhum duyğuya

 əl etdi,

Bir qədəh sən sifariş etdim unutmağın rəngini xatırlamağa, bütün rənglərin ağladığı yerdə...



YUXUMA GƏLMİŞDİN


Hisslərimlə qonaq gəlirəm 

telinə bir sığal çəkməy...


Sabahın üzünə gülümsəyə bilmir

baxışlarım,

göydən üzülən yağış damlaları kimi

yerə səpələnir.


Ayaq izlərin dəniz sahilində unudulmuş qayıq tək qalıb

bilirsən?


Bu nə zalım yaddaşdı 

gecələr izzahat verir sabahlara...


Hələdə acıqlıyam 

gözlərimin şirininə duz kimi tökülən qəfil telefon zənginə...


Gözlərim dəstəyi qırılmış qapı kimi

 çırpılır...

Qərib-qərib baxışların üsyanına çevrilir 

xəyallar...


Keçdiyin küçələr qiptəylə baxır 

uzaqlarda sənin izin düşmədiyi o 

yollar...

Demək gözlərimdən süzülənlərdə anlayırmış sevənləri...



NAĞIL


Mənə bu sahildə bir söz demişdin,

 O sözün yanından çıxıb getmisən.

 Geyib ayağına arzularımı,

Bəxtimi başıma yıxıb getmisən.


Qırılıb gözümdə boyunbağı tək,

Həyatın ləzzəti, sevginin dadı.

Üzümə baxmağa utanır dəniz,

Dərdimi deməyə kimsə qalmadı.


Qağayı səsini ovcuma alıb,

Ona məhəbbətdən nağıl deyirəm.

Dəniz sevənlərin göz yaşlarıdır,

Mən bu göz yaşıma "sağ ol" deyirəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)