Edebiyyat.az » Poeziya » Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)

Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)

Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)
Poeziya
admin
Müəllif:
23:28, 08 oktyabr 2024
689
0
Fərid Muradzadə - Payız adam, necəsən? (Dostum Ramin Dərvişə)




Salam, mənim ruh əkizim,

Dərviş dostum şair Dərya! 

Bu yalan səltənətində

Riyalar məmləkətində

Mənim kimi yaqız adam,

Qırx dördündə payız adam

Necəsən?


Ay ölüb dirilən adam, 

Ay yalandan gülən adam, 

Çiynində yük çəkən adam, 

Əzilib-bükülən adam

İntəhasız sevən adam

Sevgisin itirən adam

Necəsən? 


Ay özü gözündən düşən, 

Ay külü közündən düşən, 

Şeiri sözündən düşən, 

Bəxtdən yox, özündən küsən

Yarpaq tək kökünə düşən

Kədəri köksünə düşən

Ömrü fəsil tək dəyişən, 

Payız adam, boran adam, 

Necəsəsn? 


Hər vaxt sözdə mahir adam

Sail adam, sair adam

Gah mürşid, gah da pir adam, 

Şeir adam, şair adam

Beşik adam, qəbir adam

Bu dünyaya göndərilən

Müvəqqəti səfir adam, 

Necəsəsn? 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)