Edebiyyat.az » Proza » LALƏ HÜSEYNOVA - TAM MƏXFİ(Çirkli Pullar)

LALƏ HÜSEYNOVA - TAM MƏXFİ(Çirkli Pullar)

LALƏ HÜSEYNOVA - TAM MƏXFİ(Çirkli Pullar)
Proza
admin
Müəllif:
16:56, 22 iyul 2021
1 719
0
LALƏ HÜSEYNOVA - TAM MƏXFİ ( Çirkli Pullar)

 



-Mənim adım Aminət... Yaşım 25, subayam... Ziyalı bir ailənin qızıyam.. Daha doğrusu qızı idim... Mənim çox mehriban, gülərüz, sadə ailəm vardı... Anam həkim-terapevt, atam isə universitetdə dosent işləyirdi... Özümdən böyük, bir bacım və qardaşım vardı... İkisi də mənim kimi ali təhsilli gənclər idi.. Hədsiz savadlı, fitri-istedada malik idilər... Çox xoşbəxt idik... Mən ailəmlə demək olar ki, nəfəs alırdım... Lənətə gəlsinlər!!! Ailəmi əlimdən alaraq, mənim nəfəsimi kəsdilər...Bunu belə qoymayacam!!! Eşidirsiniz??? Ailəmi məndən qoparanları , öz əllərimlə ət çəkən maşınından doğram-doğram çəkəcəm!!! 
 
Aminətə su vermək üçün, psixoloqu Roman qrafindən suyu bardağa töküb ona uzatdı:
-Alın için ,  sakitləşin... 
Aminət əlləri əsə-əsə su stəkanını alıb , nəfəs verə-verə güclə bir qurtum içdi.. 
 
Roman:
-Yaşadıqlarınız çox ağırdır.. Sizin yerinizdə kim olsaydı , ağlına misli görünməyən cinayətlər törətməyə can atardı... Amma , hər şeydən əvvəl sakitləşməyiniz əsasdır. Çünki qəzəbli başla , insanın gözü elə dönür ki, nəticədə özünə zərər vurur.. 
 
Aminət sakitləşə bilmirdi:
-Həyatınızdan bütün sevdiklərinizi alsalar, siz nə edərdiniz?? 
Bu sual Roman üçün bir qədər qəliz gəldiyi üçün, cavab verə bilmədi. 
 
Aminət, simasına  xəfif kinayəli gülüş atıb:
-Anladığım qədəri ilə sual sizin üçün qəliz oldu.. Çünki, mənim yaşadıqlarımı siz yaşamamısınız... Ona görə də məni çətin başa düşərsiniz..
 
Cüzdanından 100 manatı çıxardıb, psixoloqun masasına buraxaraq:
-Mənim psixoloqa ehtiyacım yoxdur.. Lakin, sizin bu pullara ehtiyacınız hər halda daha çox olar.. Mən burada boş vaxt itirdiyim anda, ailəmin qatilləri ALLAH bilir ya kef həyat sürürlər ya da başqa ailələri məhv eləyirlər... Sağ olun...
 
 
Aminət , əsəbi halda sözlərini söyləyib Romanın otağını tərk elədi.. Roman, nə qədər istəsə də Aminəti saxlaya bilmədi...
 
 
Aminət klinikadan çıxar-çıxmaz , telefonunu əlinə alıb son danışdığı şəxsə zəng elədi və 2 çağırışdan dərhal sonra , telefonunu açan şəxsə cavab verdi:
-Mən işimə geri dönürəm və ətraflı söhbət edəcəm... Gizli xəfiyyəlik işi ilə məşğul olacam. 
 
 
 
 
 
 
 
 3 gün əvvəl
 
 
Polis idarəsində işləyən Aminət, məzuniyyət götürüb yay tətili üçün Avropa ölkələrindən birində istirahətə yollanmışdı. Ailəsiylə sağollaşanda, hər şey normal idi.. Yəni onun gözünə elə gəlmişdi.. Orada olanda, hər gün ailəsi ilə əlaqə saxlayardı... 2 həftəlik Avropa turundan qayıdanda, hava limanında ailəsinə zəng eləyəndə açmadılar... Ara-ara fasilə verə-verə zəng eləyirdi, lakin zənginə cavab vermirdilər... Yenədə ağlına hansısa faciəli hadisələr gətirmirdi. Həmdə həmin günü Aminətin ad günü idi... Ailəsinin ona bir sürpriz eləyəcəyini düşünmüşdü.. Axı hər il, ad günündə ailəsi onu hər zaman müxtəlif sürprizlərlə sevindirərdilər. Bu dəfəki ad günündə də ailəsinin ona unudulmaz ad günü sürpriz eləyəcəyini düşünürdü.. 
 
Bakının hava limanına enər-enənməz, çamadanını götürüb ətrafa boylana-boylana yavaş-yavaş addımlayırdı.. Nədənsə onu qarşılayan heç kimi görmədi... Lakin yenədə məyus olmadı. Yenədə bir ad günü sürpriz olması ümidi ilə bir taksiyə minib , evinin ünvanını sürücüyə təhlil eləyib yola çıxdı... Yol boyu, qulaqcığında musiqi dinləyərək maşının şüşəsindən, darıxdığı doğma Bakının küçələrini seyr eləyirdi... 
 
Yarım saatdan sonra, Aminət evinə çatmışdı. Maşından enən kimi , darıxdığı evinin pəncərəsinə baxdı... Heç kimin ona baxdığını da görmədi... Yenədə qətiyyən pis nəsə bir hadisə baş vediyini ağlına gətirmirdi.. Sürücünün pulunu ödəyəndə, sürücü çamadanını evinə daşımasına kömək təklifi elədi:
-Çamadanınızı daşımağınıza yardım eləyim?
-Yox, təşəkkür eləyirəm.. 
 
Sürücü ilə sağollaşdıqdan sonra, əlindəki çamadanı ilə evinin qapısına yaxınlaşıb , zili basdı... Bir dəfə basdı, iki dəfə basdı... Zil səsinə haray vermədiyini görəndə, artıq yavaş-yavaş kiçik şüphələr yarandı.. Təsadüfən əlini qapının dəstəyinə toxunanda, qapının yanı açıldı... Kimsə qapı dəstəyinin ortadakı dəmirini qırmışdı və nəticədə qapıya kim toxunsa, avtomatik açılır... Aminət , qapının yanını açıq olduğunu görəndə ürəyinə qəribə bir sıxıntı gəldi:
-Görəsən yenə necə bir ad günü sürprizi hazırlayıblar... Sakit ol, Aminət... 
 
Gözlərini yumdu və çamadanı ilə içəri keçdi:
-Sevimli ailəm !!! Mən gəldim !!! Yenə ad günü sürprizi hazırladığınızdan əminəm... Hər il elədiyiniz şeydir... Amma bu dəfə sizin oyunlarınıza aldanmayacam... Rasim??? Hilal ??? Əziz valideynlərim???
 
 
Gözü yumulu halda gəzə-gəzə , birdən ayağı nəyəsə ilişdi və birinin üzərinə yıxıldığını hiss elədi... Yıxılan anda gözü açıldı və qardaşı Rasimin üzünü görəndə, əlinə  maye şəklində bir maddənin dəydiyini hiss eləyən kimi:
-Aman ALLAHIM , bu ki qandır... Rasim????
 
Rasimin cansız cəsədi üzərinə yıxılmışdı.. Daha sonra ətrafa boylandı, bütün ailə üzvləri al qan içində yerdə yatmışdılar... Həmdə əbədiyyən... 
 
Aminət gördüyü mənzərə qarşısında dəli olmuşdu, bütün qanı donmuşdu:
-Yoooooooooooooooooooooooooox!!!!!! Buuu.... bu-bu ola bilməəəəəəəəəzzzzzz..... 
 
Fəryadını bütün evə salmışdı... Şokdan nə edəcəyini bilmirdi, əlləri-ayaqları əsirdi:
-Qalxınnnn!!! Mənimlə belə oyun oynaya bilmərsiniz!!!! Hər il ad günümdə məni sürprizlərinizlə təəccübləndirirdiniz!!!! Amma heç vaxt bu qədər qorxutmamışdınız... İndi bacardınız!!! Bəsdirin, durun ayağa!!! Yalvarıram qalxın!!!! 
 
 
Amirətin ailəsi tam məxfi şəkildə silahlı hücum ilə yerindəcə güllələnib qətlə yetirilmişdilər...  Aminət ailəsinin ölümünü həzm eləyə bilmirdi.. Kimsə Aminətin ad günündə onun ən həssas yerindən zərbə endirərək, tük ürpədici cinayət törətmişdi... Ailəsini al qanlar içində yerdə görəndən bəri heç cürə özünü ələ ala bilmirdi... Nə qədər ailəsinə çarəsizcə səslənsə də, ümidlərinin puça çıxdığını gördükcə bağrı yarıla-yarıla qalırdı... 
 
Evdən çölə çıxıb, tez-tez durmadan dərindən nəfəs alıb verirdi... Gah əlləri ilə saçlarını dağıdırdı, gah bir əli ilə ağzının üstünü tutaraq qəhər içində boğulurdu... Birdən var gücü ilə bütün məhəlləyə bağırdı:
-Aaaaaaaaaaaaaaaaaaaaaaaaa..... 
Neçə dəfə eyni şəkildə ard-arda bağırırdı... O qışqırtılarından sonra kəkələyə-kəkələyə dilinin altında deyirdi:
-Kkimm?? Bunuuu kim edə biiiiləəər??? Kimmmm??? Kimmm onlara qıya biləəəər???  Bizim kiminlə düşmənliyimiz ola bilər axı??? 
 
 
Aminətin harayına , məhəllənin bütün qonşuları töküldülər... Aminət qonşuları görəndə , yaşadığı sarsıntıdan dolayı taqətini itirib yıxıldı.. Qonşular, dərhal  təcili yardım və polisləri çağırmışdılar... Polislər iş yoldaşı Aminəti tanıdılar:
-Aman ALLAH .. Burada nə baş verib belə???
 
Evə daxil olub, Aminətin cansız bədənləri və al qanlar ilə iz buraxan ailə üzvlərini , bir-bir qara paketin içinə yerləşdirib, müqavimətini itirən Aminəti isə ayrı təcili yardım ilə xəstəxanaya gətirdilər.. 
 
Dəqiqələr sonra,  gözlərini açan Aminət sayaqlamağa başladı:
-Mənnn hardayammm??? Bura haradır?
-Qorxmayın, siz sadəcə müqavimətinizi itirmişdiniz.. Biz də sizi özünüzə gətirməyimiz üçün xəstəxanaya gətirdik... 
-Ailəmi istəyirəmmm... Anamı, atamı, qardaşımı, bacımı.... Məni onlara götürünnn..
 
Həkimlər , ona sakitləşdirici iynə vurub yatırtdılar.. 3 gün eyni bu şəkildə davam eləyirdi.. Yeməkdən, içməkdən kəsmişdi özünü... Həyatının ən misli görülməyən faciəsini yaşayırdı... Yaşadığı ağır faciənin təsirindən saçları tökülürdü.. Bir gecə oyananda, aynada öz əksinə baxanda üz bənizinin solduğunu, göz altılarının şişdiyini və saçlarına əlini hər vuranda sürətli töküldüyünü müşahidə eləyirdi... Qısılmış səs tonu ilə aynadakı əksinə baxa-baxa:
-Bunu mənə yaşadanları tapıb misli görülməyən işgəncələrini verə-verə öz əllərimlə parça-parça edəcəm... Bundan sonra , ailəmin qatilini tapana qədər heç kimə qarşı rəhimli davranmayacam.. Bitdi... Nə qədər insanlığa dair duyğularım vardısa , ailəmlə birlikdə əlimdən aldılar... 
 
Deyərək, əlinə qayçını alıb sürətlə tökülən saçlarını kare formasında kəsdi.. Bu anda tibb bacılarından birisi içəri daxil olub:
-Aminət xanım? Neyləyirsiniz? Verin mənə o qayçını, xahiş edirəm..
-Vermirəm! Mən xəstə deyiləm! Boşuna məni burada tutursunuz!! İcazə verin, gedim ailəmin məzarını ziyarət eləyim..
 
-Polis sizin ifadənizi almaq istəyir..
-Mən özüm polisəm.. Əlimdə konkret dəlil olmadan heç kimə ifadə verməyəcəm.. 
 
Tibb bacısının başqa əlavələrini yarım qoyub, palatadan çıxıb iti addımlarla dəhlizdə yeriyəndə , bir adama dəydi:
-Bağışlayın..
Aminət hər kəsə qarşı aqressiv olmuşdu:
-Bağışlamıram! Zəhmət olmasa diqqətli olun!
 
Adam isə həmin psixoloq Roman həkim idi:
-Sizin əsəbləriniz yerində deyil.
-Sizə nə mənim əsəblərimdən??? Heç kəs mənə ilişməsin bundan sonra!!!! 
Roman isə qarşısını kəsdi:
-Sizə nə olub bilmirəm.. Mən psixoloqam.. İcazə verin yardım eləyim sizə..
-Mən ruhi-xəstə deyiləm!! Əsəblərim pozula bilər, amma mənim psixoloqa ehtiyacım yoxdur!!! Mənim yaşadıqlarımı heç kim müalicə eləyə bilməz…. Yaramı heç kim sağalda bilməyəcək… Heç kim!! Heç kimmmmm!!!! 
 
Özündən asılı olmadan Roman həkimin yaxasına xəfifcə yumruqlar endirib hıçqırıqlara boğulmuşdu… Gözləri qaralaraq tarazlığını itirib Romanın qolları arasına yıxıldı.. Roman onu otağına aparıb uzatdı… Təzyiqini ölçdü.. Aminət gözlərini açanda ona su bardağını uzatdı. Sonra:
-Təzyiqiniz çox aşağıdır… Bir şeylər yemisiniz? 
-Xeyr..
-İndi sizə yemək gətirəcəm… Özünüzə gələndən sonra, sizi dinləyəcəm..
-Niyə bunu edirsiniz?
-Mən həkiməm.. Həkimlərin də vəzifəsi hansısa pasientə yardım eləməkdir.. 
-Yəni siz hər belə yoldan keçən pasientinizə yardım eləyənsiniz?
-Çox sual verməyinizi demədim. 
 
Deyərək, yanındakı telefonun dəstəyi açıb aşağıdakı yeməkxanadan yemək sifariş verdi… Yeməklər gələndən sonra:
-Qalxın yeyin..
Aminət solmuş bənizi ilə Romana duyğusuz şəkildə baxdı… Sonra sinidə olan yeməklərə baxdı.. İstəmsizcə  şorbanı qabağına çəkdi və çanağın böyründəki qaşığı şorbanın içinə salıb, suyunu qaşığa alıb yenidən çanağa qaytarırdı.. Eyni hərəkəti dəfələrlə təkrar elədi… Nəticədə şorbası soyuyanda kənara çəkildi.. Yenə ağzına heç bir loxma almadı… Roman onun hərəkətlərini kənardan seyr eləyirdi… Başa düşürdü nəsə çox ağır bir dərdi olduğunu…  « Kim bilir nə dərdi vardısa bu qədər sarsılıb.. Həyatdan çox küsüb … » deyə düşündü…
 
Roman sükutu pozdu:
-Mən sizi belə görmək istəmirəm… 
Aminət yenə aqressivliyinə davam eləyirdi:
-Məni bura özünüz gətirdiniz… Neyləməliyəm?? Zorla gülə bilmərəm, zorla yemək yeyə bilmərəm… Bundan sonra mən heç cürə bir loxma çörək belə rahat udquna bilməyəcəm.. Ta ki….
 
Ardını gətirmədi.. Roman yerindən sıçrayıb yanına əyləşdi və sinidəki çörəyə pendir qoyub ona uzatdı:
-Hər nə dərdin var bilmirəm.. Amma hansısa istəyinizə çatmaq istəyirsinizsə mütləq qidalanmağınıza fikir verməlisiniz… Bir şeylər yeyəndə bütün problemlərinizi bir anlıq unudun… Və sonra dərdinizi, sıxıntınızı mənimlə bölüşün.. Çox çətinliklə də Aminət sinidəkilərdən bir az yeyib kənara çəkildi… 
Yeməyini bitirdikdən sonra Roman, tibb bacısını çağırıb sinini geri aparmağını xahiş elədi.. Tibb bacısı sinini aparandan sonra, dərhal sözə başladı:
-İndi buyurub danışa bilərsiniz..
-Siz niyə bu qədər israr eləyirsiniz ki, nəyisə danışım? 
-Dedim axı həkiməm.. 
-Mənim vaxtımı çox alırsınız.. Sizə danışılası heç bir şeyim yoxdur..
-Hiss edirəm ki, kiməsə ya da kimlərəsə qarşı çox qəzəblisən və bu halla onların canını yandırmaq istəyirsən… Lakin belə halda sən ancaq özün üçün quyu qaza bilərsən.. Bir addım atarkən sağlam şəkildə yerinə yetirməlisən..
 
Aminət sum kimi baxdıqdan sonra kinayə ilə əlavə elədi:
-Qisası da sağlam şəkildə almağımı tövsiyə eləyirsiniz? 
-Üstünüzə çox getmək istəmirəm.. Amma mənə həyatında baş verənləri anlatsannız yaxşı olar… Xahiş eləyirəm, inad eləməyin… 
 
Aminət dərindən “ ah “ çəkdi… Başını bir qədər aşağı əyib, əl barmaqlarını oynada-oynada sözə başladı:
Mənim adım Aminət... Yaşım 25, subayam... Ziyalı bir ailənin qızıyam.. Daha doğrusu qızı idim... Mənim çox mehriban, gülərüz, sadə ailəm vardı... Anam həkim-terapevt, atam isə universitetdə dosent işləyirdi... Özümdən böyük, bir bacım və qardaşım vardı... İkisi də mənim kimi ali təhsilli gənclər idi.. Hədsiz savadlı, fitri-istedada malik idilər... Çox xoşbəxt idik... Mən ailəmlə demək olar ki, nəfəs alırdım... Lənətə gəlsinlər!!! Ailəmi əlimdən alaraq, mənim nəfəsimi kəsdilər...Bunu belə qoymayacam!!! Eşidirsiniz??? Ailəmi məndən qoparanları , öz əllərimlə ət çəkən maşınından doğram-doğram çəkəcəm!!! 
 
 
 
 
Aminətə su vermək üçün, psixoloqu Roman qrafindən suyu bardağa töküb ona uzatdı:
-Alın için ,  sakitləşin... 
Aminət əlləri əsə-əsə su stəkanını alıb , nəfəs verə-verə güclə bir qurtum içdi.. 
 
Roman:
-Yaşadıqlarınız çox ağırdır.. Sizin yerinizdə kim olsaydı , ağlına misli görünməyən cinayətlər törətməyə can atardı... Amma , hər şeydən əvvəl sakitləşməyiniz əsasdır. Çünki qəzəbli başla , insanın gözü elə dönür ki, nəticədə özünə zərər vurur.. 
 
Aminət sakitləşə bilmirdi:
-Həyatınızdan bütün sevdiklərinizi alsalar, siz nə edərdiniz?? 
Bu sual Roman üçün bir qədər qəliz gəldiyi üçün, cavab verə bilmədi. 
 
Aminət, simasına  xəfif kinayəli gülüş atıb:
-Anladığım qədəri ilə sual sizin üçün qəliz oldu.. Çünki, mənim yaşadıqlarımı siz yaşamamısınız... Ona görə də məni çətin başa düşərsiniz..
 
Cüzdanından 100 manatı çıxardıb, psixoloqun masasına buraxaraq:
-Mənim psixoloqa ehtiyacım yoxdur.. Lakin, sizin bu pullara ehtiyacınız hər halda olar.. Mən burada boş vaxt itirdiyim anda, ailəmin qatilləri ALLAH bilir ya kef həyat sürürlər ya da başqa ailələri məhv eləyirlər... Sağ olun...
 
 
Aminət , əsəbi halda sözlərini söyləyib Romanın otağını tərk elədi.. Roman, nə qədər istəsə də Aminəti saxlaya bilmədi...
 
 
Aminət klinikadan çıxar-çıxmaz , telefonunu əlinə alıb son danışdığı şəxsə zəng elədi və 2 çağırışdan dərhal sonra , telefonunu açan şəxsə cavab verdi:
-Mən işimə geri dönürəm və ətraflı söhbət edəcəm... Gizli xəfiyyəlik işi ilə məşğul olacam. Gələndə danışarıq. 
 
Roman isə Aminətin yaşadıqlarına həqiqətən də insan olaraq üzülmüşdü... İlk başda bu qızla qarşılaşanda sadəcə xəfif xoşlandığı üçün, otağına gətirib yardım eləmək istəyirdi.. Hazırda , qızın ad günündə yaşadığı sarsıntıdan sonra onu yarı yolda qoymaq istəmirdi.. Buna görə də , dərhal  yerindən sıçrayıb Aminətin arxasınca qaçdı..Aminət taksiyə minəndə Roman onu görər-görməz yaxınlaşmaq istəsə də, çata bilmədi. . 20 dəqiqədən sonra , ailəsinin dəfn olunduğu məzara gəldi.. Yaxınlıqdakı gül dükanından 4 ədəd gül alıb, ailəsinin yaş məzarının baş ucuna gəlib, bir daşın üzərində əyləşdi:
-Canım ailəm... Sizsiz çox tək qalmışam... Çox çətindir hər şey... Özümü unutmuşam... Duyğularımı itirmişəm... Siz mənim bu həyatdakı tək tutunduqlarım idiniz... 
 
Əlini yaş torpağa sürtürdü... Göz yaşlarını durdura bilmirdi. 
-Amma bunu belə qoymayacam... Sizə söz verirəm... Sizin qanınızı yerdə qoymayacam... Qatilinizi tez bir zamanda tapacam... Mənim vəzifəm də hər zaman bu olub... Bu günə kimi başqalarının cinayətkarlarını tez zamanda tapırdım... Bu işdə mən çox professionalam... O lənətə gəlmiş qatili tapmayana qədər mənə ölüm yoxdur... And verirəm sizin ruhunuza...Nur içində yatın... 
 
Ailəsi ilə vidalaşdıqdan sonra, ayağa qalxıb arxasına çönəndə psixoloq Romanı yenə qarşısında gördü... Roman:
-ALLAH rəhmət eləsin... Başınız sağ olsun... Məndə onların ruhuna and içirəm ki, bu işdə sizə əlimdən gəldiyi qədər yardım eləməyə hazıram... 
 
Sonra cibindəki 100 manatı çıxardıb , Aminətə doğru uzatdı:
-Mən bunun üçün sizi dinləməyə çağırmadım.. İşim bu olsa da.. Bunun sizə heç bir aidiyyəti yoxdur... 
 
Roman, bununla da Aminətin ürəyini yumşaltdı... Uzun müddətdən sonra Aminət xəfif və bir qədər yorğun bənizinə təbəssüm qondurdu... Roman onu evinə gətirməyi təklif elədi... Aminət:
-Yox, təşəkkür eləyirəm... Öz evimizə qayıdacam... 
-Təkrar o evə dönüb tək necə yaşaya biləcəksəniz? Hər şey üstünüzə gələcək... Sizə mənfi təsir göstərə bilər.. Ən yaxşısı bizə gəlin.. Mənim də çox mehriban ailəm var... Anamla atam qonaqpərvərdir... 
-Mən istəmərəm sizə əlavə yük olum... Çətin də olsa bir təhər o evdə yaşamalıyam... 
 
Roman isə israrından əl çəkmək istəmirdi:
-Xahiş eləyirəm, təklifimi rədd eləməyin... Bir müddət bizdə qalın, yaxşı-yaxşı toparlanın.. Özünüzə tam gələndən sonra, o evə geri dönməkdə özünüzü tam hazır hiss eləyəndə gedərsəniz...
 
Aminət bir az düşünəndə, Romanın haqlı olduğunu anladı və onların evində qalmağına razı oldu... Roman sevincərək halda anasına zəng elədi:
-Anacan, hazırlaş özəl bir qonağımla gəlirəm... 
 
Romanın ailəsi gözəl bir süfrə açdılar. Onlar hər zaman kübar, qonaqpərvər ailə olub. Ümid eləyirdilər ki, yenə hansısa kübar bir dostunu ya da tanışını qonaq çağırıb.. Xidmətçilərinə tez-bazar növbənöv nemətlər bişirtdirib süfrəyə əlavə eləmişdilər. 
 
 
Bir saat sonra Romanla Aminət qapının zilini çaldılar.. Romanın anası qapını açanda:
-Salam, xoş gəldiniz.. 
Daha sonra Romana üzünü tutub:
-Məndə elə bildim yenə bir iş yoldaşını gətirirsən..
Roman gülümsəyərək:
-Yox, bu dəfəki qonağım gördüyün  kimi fərqlidir..Tanış ol, Aminət.. 
Sonra üzünü Aminətə tutub:
-Anam Zərifə.
Aminət xəfif təbəssümü ilə:
-Məmnun oldum.
Zərifə də qarşılıqlı xəfif təbəssümü ilə:
-Məndə məmnun oldum, qızım.
 
Romanın anası Aminəti başdan-ayağa süzdü.. Aminətin üzərindəki bir qədər kirlənmiş  ağ köynəklə bozarmış şalvarına kimi süzdü.. Romanla Aminət içəri keçib , digər ailə üzvləri ilə salamlaşdı.. Roman:
-Atam Kamal, bacım Dərya.. 
Aminət onlara da eyni xəfif təbəssümü ilə:
-Məmnun oldum.
Romanın atası Kamal ayağa qalxıb:
-Xoş gəldiniz, qızım..
Romanın bacısı Dərya valideynlərindən fərqli olaraq daha istiqanlı qarşıladı:
-Xoş gəldiniz, Aminət xanım.
 
Deyərək, Aminətlə yanaq-yanağa öpüşdü. Bunu görən Zərifənin o qədər də xoşuna gəlmədi.. Zərifə bir qədər kibirli, insanlara yuxarıdan aşağıya baxan bir insan idi.. Aminət:
-Mən  əlimi yusam olar?
Roman:
-Əlbəttə..
Dərya:
-Gəlin hamamın yerini göstərim..
 
Dərya Aminətə hamamın yolunu göstərməyə aparanda, anası Zərifə Romanı pıçıltı ilə tənbeh edərmiş kimi sözə başladı:
-Kimdir bu qız? Küçədən tapmısan? 
-Ana , nə danışırsan? Nə küçəsi?
-Üst-başının kirli olmasından bilinir küçədə yatıb qalıb..
-Ana, ALLAH eşqi üçün insanları bilib-bilmədən belə qərəzli düşüncələrindən vazkeç! 
-Kimdir bu qız dedim? 
-O qız uzun müddət bizim evdə qalacaq... Zəhmət olmasa, ona qarşı bir müddət nəzakətli davran.. Atamla bacımdan arxayınam, amma sən hər saniyə onu alçalda bilərsən..
 
Bu zaman Zərifə əli ilə başını tutdu:
-Haranınsa tanımadığımız, elin qızını bizim evə niyə gətirirsən??? Səbəb nədir??
-Ailəsini itirib..Anladın indi???
-Özü dedi?? Haradan bilirsən?? Bəlkə yalan deyir... ALLAH bilir özü hansı yuvanın quşudur, sənə özünü acındırmaq üçün belə nağıl uydurub.. Sənin kimi imkanlısını tapdı axı, niyə itirsin?
 
Bu zaman Kamal dilləndi:
-Zərifə, bir imkan ver görək nə deyir.
 
Roman:
-Ailəsini güllələyiblər.. Qız, 4 ailə üzvünü itirib.. Kimsəsiz qalıb.. Xəstəxanada gördüm.. İnsanlıq elədim.. Nə var burada? Xahiş eləyirəm, əlavə şərh söyləmə.. Qızla da sərt rəftar eləmə.. Ağır travma yaşayıb.. 
 
Kamalın da Roman kimi qıza ürəyi ağrıdı.. Zərifə bir az pis olsa da, yenə də kibirli olmasından vazkeçmək bilmirdi. Aminət əllərini yuduqdan sonra Dərya ilə deyə-gülərək qonaq otağına keçdilər.. Süfrədə əyləşəndə, Zərifə altdan-altdan yeni gələn qonağı süzə-süzə qalmışdı. Aminət masanın ətrafındakı izdihamlı ailəyə göz atanda, gözlərinin önündə naməlum qətl sayəsində itirdiyi doğma ailəsi canlandı... Romana baxanda qardaşı Rasimi, Romanın bacısı Dəryaya baxanda öz bacısı Hilalı, Romanın valideynlərinə baxanda isə öz valideynlərinin qəhqəhəli söhbətləri canlanmışdı.. Bu anda gözləri yaşardı... Bir əli ilə göz yaşlarını silməyə çalışanda , Romanın gözündən yayınmadı:
-Aminət? Yaxşısan?
Masadakı insanların nəzərləri Aminətə dikildi. Aminət dilləndi:
-Üzr istəyirəm, mən çox yorğunam.. Yatsam heç kimə nəzakətsizlik eləmiş olmaram ki? 
Romanın atası Kamal:
-Əstağfurullah , elə düşünmə qızım..
Sonra qızına dilləndi:
-Get Aminətin otağını göstər..
Dərya Aminətə gülərüzlə:
-Gəl.. 
Aminət hər kəsə dilləndi:
-Sizə bu qədər narahatçılıq verdiyim üçün üzrlü sayın.. Tez bir zamanda öz evimə geri dönəcəm.. 
Romandan qabaq, Kamal ayağa qalxıb Aminətə yaxınlaşdı:
-Sən də mənim bu gündən bir balamsan, Aminət.. Ailəni faciəli şəkildə itirməyinə çox sarsıldıq.. Başın sağ olsun.. Bundan sonra özünü tək hiss eləmə.. Sənin ailən biz olacağıq..
 
Kamalın bu jesti xanımı Zərifədən başqa hər kəsin xoşuna gəldi. Dərya Aminətə yatacağı otağını göstərdi. Aminət:
-Təşəkkür eləyirəm.. Hər birinizə əziyyət verəsi oldum..
Dərya:
-Əsla elə düşünmə.. Duş qəbul eləmək istəsən, hamam otağında hər şey var.. Və sənə geyimlər qoymuşam.. 
Aminət:
-Təşəkkür eləyirəm. Üzərimdə o qədər yorğunluq var ki, bir duş alsam bəlkə rahatlanaram..
Dərya:
-Yaxşı, səni tutmuram. İşində ol, gecən xeyrə qalsın.
-Xeyrə qarşı..
 
 
Dərya otaqdan çıxdıqdan sonra, Aminət hamam otağına keçdi. Özünü isti duşun ağuşuna buraxdı... O duşdan gələn isti su ilə göz yaşları bir-birinə qarışmışdı. Duşdan sonra, Dəryanın şifonerə asdığı geyimlərdən birini çıxardıb, əynini dəyişib yaş saçlarını fenlə tez-bazar qurutduqdan sonra yerinə girdi. Deyirlər ilk dəfə yatdığın evdə yatmazdan əvvəl arzu tutmaq lazımdır. Aminətin isə tək arzusu ailəsinin qatilini tez bir zamanda tapmaq idi. O, bunu ürəyində niyyət eləyib gözlərini yumdu. 
 
Gecənin bir yarısı idi... Aminət dərin yuxuya getmişdi... 
 
(Yuxuda)
 
Aminət , ailəsinin hamısını ağ paltarda sağ görürdü. Onları elə görən kimi sevincərək hala düşdü:
-Ata, ana? Rasim? Hilal? Siz ölməmisiniz?? Sizin üçün çox darıxmışam.. 
 
Ailəsi isə sadəcə kədərlə gülümsəyirdilər.. Aminət:
-Mən də sizin qatilinizi axtarmağa hazırlaşırdım, siz amma ölməmisiniz... Niyə dillənmirsiniz?
 
Aminət onlara bir az yaxınlaşan kimi, onlar əlləri ilə “gəlmə” işarəsi verdilər. Kiçik sükutdan sonra, atası dilləndi:
-Qızım, indi qaldığın evdən dərhal çıxmalısan. 
Aminət sual dolu nəzərlərlə:
-Niyə? Hamısı yaxşı insanlardır, Roman başda olmaqla. Mənə ürəyi yandığı üçün qapı açdılar. 
-Yox, qızım.. Özündən başqa heç kimə güvənmə.. 
 
Bununla da Aminətin ailəsi bir anda yoxa çıxdılar.. Aminət onları görmədikdə:
-Hara getdiniz?? Ata? Ana?? Rasim, Hilal??? Niyə getdiniz??? Niyə? Niyəəəə??
 
 
Aminət yuxuda gördüklərinin təsirindən dik atıldı, nəfəs-nəfəsə qalmışdı, saç dibindən tutmuş bütün bədəni qan-tər içində qalmışdı. Güclə yataqdan qalxıb , hamam otağına daxil oldu. Üzünə çoxlu su çilədi, aynada öz əksinə baxdı.. Yuxuda atasının bu evlə bağlı vurğuladıqları fikrinə ilişib qalmışdı:
-Görəsən bu sadəcə kabus idi? Yoxsa, atam doğurdan da mənə xəbərdarlıq vermək istədi.. 
 
Başını buladı, dağılmış saçlarını ovuşdurdu... Bərk susamışdı... Hamam otağından çıxıb, xəfifcə yataq otağının qapısını səs eləmədən açdı. Ətrafa boylandı, hər kəsin yatması bəlli idi. Dəhliz və otaqların işıqları sönülü olduğundan, təbii olaraq hər yer qaranlıq idi. Mətbəxin yerini səssiz addımları ilə gəzə-gəzə tapdı. İşığı yandırdı, ətrafa kiçik göz atdıqdan sonra, şkaflardakı gözlüklərin birində stəkan çıxarıb masada dayanan su dolu qrafinə doğru yaxınlaşdı. Suyu stəkanına süzüb bir qurtum almışdı ki, arxadan kiminsə onu səsləməsindən bir an ürkdü və əlindəki su stəkanı yerə düşərək şüşə parçalarına  döndü. Onu ürküdən adam isə, Roman idi:
-Aminət? Üzr istəyirəm səni qorxutdum, mətbəxdə bir səs eşitdim deyə gəldim.
-Əsas mən üzr istəyirəm, bu saatda sizin oyanmağınıza səbəb oldum.. İnşaALLAH, evin digər sakinlərini oyandırmamışam..
-Yox, mən oyaq idim.. Anamgilin otağı yuxarıda mərtəbədədir və çətin eşidərlər. 
Roman əlavə elədi:
-Səni də yuxu tutmayıb deyəsən?
-Yox, mən bir kabus gördüm.. Yuxudan oyandığımda özümü çox pis hiss elədim və su içmək üçün bura gəldim..
-Mən də imkan vermədim su içməyinə. 
 
Xəfif gülümsəməsi ilə, Roman Aminət üçün yeni bir stəkan çıxarıb, su əlavə eləyib ona uzatdı:
-Buyur, indi rahat iç.
 
Aminət “ təşəkkür “ təbəssümü ilə su dolu stəkanı alıb içərkən, Roman süpürgə ilə sınan stəkanın şüşə parçalarını süpürüb kül qabına atdı. Əlini yuya-yuya Aminətə sual verdi:
-Gördüyün yuxun yadında qalıb? Təxminən nə gördün? 
Aminət gördüyü yuxusunu yadında saxlasa da, Romana yalan dedi:
-Xeyr, heç yadımda qalmadı. 
 
Su içdiyi stəkanını masaya buraxıb:
-Su üçün təşəkkürlər.. Mən artıq gedim yatım.. Gecəniz xeyrə qalsın.
-Xeyrə qarşı. 
 
Aminətin gördüyü yuxu istər-istəməz bir şüphə izi buraxmışdı. Otağına çəkilən kimi, işığını söndürüb qulağını səsə verməyə çalışdı. Romanın bu saatda oyaq qalması ilə şüphəsi baş qaldırmışdı. Digər tərəfdən isə, psixoloq olduğunu bildiyi üçün bəlkə gecələr işi ilə bağlı tibb kitabları ya da bədii kitablar mütaliə elədiyini də düşünürdü. Düşüncələri həm mənfi şüphələrə çəkirdi, həm də müsbət fikirlərə çəkirdi. 
 
Roman isə, mətbəxin işığını söndürüb otağına doğru çəkildi. Aminət əlavə səs eşitmədi və öz-özlüyündə başını buladı:
-Dəli olma, Aminət. Yuxunun təsirinə düşərək sənə əl uzadan insandan necə şüphə eləyə bilərsən?? Bu rəsmən  nankorluq sayılır. 
 
Yatağında sadəcə əyləşib, dərin nəfəs aldı. Sonra çantasındakı ailəsinin kiçik çərçivədə şəklini çıxartdı, dərin bir hüzünlə o şəkildəki itirdiyi ailə üzvlərinə öpücük qondurub bağrına basıb onlarla başını yastığa qoydu. Hıçqırıqsız halda, sakitcə göz yaşlarını axıda-axıda dua elədi:
-İlahi, mənə yardım elə... Ailəmi məndən qoparanları tapmağıma yardım elə.. 
 
Bu duanı oxuduqdan sonra yuxuya getdi. Bayırda, sərt əsən rüzgarla şimşəklə yağan yağışın Yaradan tərəfdən göndərilən bir mesaj idi.. Şimşəyin səsi Aminəti diksindirib oyandırdı və yuxulu gözləri ilə ətrafa xəfif göz gəzdirəndən sonra, yatağına səpələnmiş kiçik şüşə parçalarını gördüyündə dərhal ailəsinin olduğu çərçivəyə nəzər yetirdiyində , bu şüşə parçalarının ətrafa dağıldığını gördü. 
 
 
Səhər açıldı və Aminət, səhər erkən qonaq olduğu evdə kimsə oyanmadan çıxıb öz evinə gəlmişdi. Sonuncu dəfə gördüyü mənzərədən sonra, çətin də olsa bu evə ayaq basmalı oldu. Yuxusu ona bəzi qaranlıqların üstünü açmaq üçün işarətlər vermişdi. Axı, insanın doğmaları öldükdən sonra mələyə dönər, səmalardan onu daim bəd niyyətli insanlardan qoruyar. 
 
Aminət, özünü  evinin bir küncündə ən son gördüyü mənzərənin kölgəsində qalmış kimi hiss eləyirdi. Lakin, duyğusal anlardan özünü çıxartmalı idi. O, bura cinayəti törətmiş olan qatil və ya qatillərin izini axtarmağa gəlmişdi. Bunun üçün əvvəlcə telefonu əlinə alıb bir nömrəyə zəng elədi. Dəstəyi götürən şəxs ona başına gələnlərə görə baş sağlığı verdi, Aminət:
-Təşəkkür eləyirəm. Mənə təcili şəkildə yardımın lazımdır.. Mən bu gündən işimə qaldığım yerdən davam eləyirəm.. Lakin fərqli şəkildə.. Bir müddət gizli polis işləməli olacam...Sən hər kəsə yalandan işdən azad olduğumu elan eləyərsən.. Heç kəs mənim gizli polis olmağımı bilməməlidir.. Eşitdin?
 
Qarşıdakı şəxs Aminətin dedikləri ilə razılaşdı. Aminət, gizli polis işi ilə Romanın ailəsində yaşamağı planlaşdırırdı. Niyə bir gecənin içində iki dəfə bu ailə ilə bağlı kabus gördü? Ölmüş ailəsinin bu ailə ilə nə kimi əlaqəsi ola bilər? Bunlar heç də bəsit bir yuxu deyildi.. 
 
Aminət, əlinə əlcək geyinərək evində kəşfiyyata başladı.. Nə əksikdir, nə yoxdur.. Bəlkə bu cinayətə səbəb evində yerləşən hər hansısa pullardır? Bəlkə də , atası ya da qardaşı bilmədən kiminləsə çirkli pullara görə ədavətə girib deyə, nəticədə belə cinayət baş verdi. Atasının iş otağındakı kamudların gözlərini açdı, müxtəlif sənədləri vərəqləyirdi ki, qəfildən telefonuna zəng gəldi. Zəng eləyən Roman idi. Aminət onun zəngini açdı:
-Salam, Roman. Sabahınız  xeyir..
-Aminət hardasan? Səhər erkən hara getmisən?
-Ailəmin məzarı başındayam.. Bir az onlarla yalnız olmaq istədim.. Bilirsiniz mən bu aralar çox həssas günlər yaşayıram.. 
-Anlayıram.. Gec gələcəksən?
Aminət əlavə elədim:
-O qədər də gec gəlməyəcəm. İndi öz evimə gedib, bəzi lazımlı əşyalarımı toplayıb gələcəm. Mən hələki sizinlə yaşamalıyam axı.. 
Roman:
-Əlbəttə.. Bizim evin qapısı sənin üzünə daim açıqdır.. 
Aminət:
-Görüşərik o zaman. 
 
Aminət telefon danışığını bitirdikdən sonra, bir qədər köks ötürdü. Ardından, yarımçıq qalan işi ilə məşğul oldu. Sənədlər içində heç nə tapa bilmədi. Atasının kitabxanasının arxasında seyf vardı.. O seyfə yaxınlaşdığında , kodunu açmaq istəyəndə seyfin qapısının açıq olduğunu gördü.. Seyfi tam açdı, içində heç nə yox idi... Aminət, doğma evindən heç bir ağlına batacaq bir səbəb axtara bilmirdi deyə dəliyə dönmüşdü.. Atasının kreslosunda əyləşdi, masada ailəsi ilə olan kiçik çərçivədəki şəklini görüncə yenə göz yaşlarına boğuldu.. Daha sonra gözünə kiçik bir kağızda yazı dəydi.. Kimsə atasını nədəsə təhtit eləyirmiş:
-250.000.000 milyonu verməsən, səni də ailəni də məhv eləyəcəm!!! İmza:Kamal
 
Aminət “ Kamal “ adını oxuduğunda, ona bu isim çox  tanış gəldi:
-Yoxsa, Romanın atasıdır?? Axı o, elə insana oxşamır. Çox nurlu simaya malikdir.. İlahi, mənə yardım elə.. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tam Məxfi
(çirkli pullar)
 
Müəllif: Lalə HÜSEYNOVA
 
 
 
2-ci hissə
 
Aminət, o balaca kağızda yazılanları oxuyandan sonra donmuşdu.. Evində kameranın varlığını unutmuşdu ki, başını yuxarı qaldıranda xatırladı. Dərhal, atasının notebook’unu  açdı, cinayət baş verən tarixdəki görüntüləri izləmək üçün. Görüntülərdə, ailəsi evin salonunda sakitcə əyləşmişdilər ki, qəfildən qapının zili çalınmışdı. Qapıya doğru gedən ilk adam qardaşı Rasim idi və qapını açan kimi ilk gülləni qara maskalı və qara eynəkli iki adamdan biri vurmuşdu. Güllənin səsinə dik atılan ev əhalisi hadisə yerinə gələndə, həmin adamlardan biri Aminətin atasına kinayə ilə:
-Kamal İbrahimovun sizə salamı var.
 
Dedikdən sonra, növbəti gülləni atasına, anasına , ən sonda isə bacısı Hilala qıydılar. Aminət kameraya düşən görüntüləri izlədikdən sonra, notebook’un qapağını hikkəylə örtdü.. Başını iki əli ilə tutdu, göz yaşları süzülməyə başladı, bütün bədənini titrəmə bürümüşdü. İnsan,  həyatının ən böyük zədəsini alanda böyüyər, daha da güclənər. Dostunu, düşmənini yalnız həmin zaman tanıyar ; kim səni satmış, kim almış, kim üzünə gülə-gülə kürəyindən vurmuş. 
 
Özünü ələ almağa çalışırdı ki, qapının zili çalındı. Dəvətsiz qonağın kim olmasından bir anda ürkdü. Ya birdən Roman onu yoxlamaq üçün bura gəlibsə.. Lakin, ona əşyalarını toplamaq üçün evinə baş çəkəcəyini bildirmişdi.. Ona görə atasının otağının qapısını kilidləyib, qapıya doğru yüyürdü. Gözlüyə baxanda, dəvətsiz qonağın xalası olduğunu görəndə ürəyi bir qədər rahatlandı. Qapını açar-açmaz , xalasını görən kimi ona möhkəm sarıldı:
-Xalam... Nə yaxşı ki, gəldin.. 
 
Aminətin, ailəsindən əlavə dünyalar qədər çox sevdiyi və ailəsindən sonra tək güvənə biləcəyi şəxs xalası Müjdə idi. Atası ailəsinin tək oğlu olduğu üçün, onun anasından başqa kimsəsi yox idi. Aminətin nənəsi , oğlu və ailə üzvlərinin başına gələnləri biləndən sonra yataq xəstəsi olmuşdu. 
 
Aminət, xalasına hər şeyi danışdı. Xalası heyrətlər içində qalmışdı:
-Sən tək başına bunun öhdəsindən necə gələcəksən, ay qızım? Niyə polis dostlarına icazə vermədin bu cinayəti araşdırsınlar? Şəxsən mən çox qorxdum.. Təhlükəli insanlara oxşayırlar.. Bu qədər təsadüf olar ? Təsadüfən o psixoloq önünə çıxır, sonra sənin dərdini biləndən sonra ürəyi ağrıyıb evinə aparır.. Yadında saxla, heç bir psixoloq tanımadığı pasiyenti ailəsinin içinə kimi salmaz..
 
Aminət diqqətlə dinlədikdən sonra əlavə elədi:
-Məndən narahat olma, xalacan.. Ailəmin ruhunun ALLAHI məni bu işdə tək qoymayacaq.. Bilmirəm bu cinayətdə konkret kimin əli var.. Ondan əminəm ki, hər kimdirsə dəqiq olaraq o ailədən biridir ya da biriləridir.. Bəlkə də, Romanın anasıdır işlər başçısı? O ailədə məndən o qədər xoşlanmayan anasıdır. Qalan hamısı mənə qarşı çox mehriban davranır..
 
-Qatil özünü həmişə sakit, gülərüz və mehriban aparar ki, kimsə onun qəribəliyindən şüphələnməsin. Ona görə də olduqca ehtiyatlı olmalısan..
 
 
Aminət:
-Atama yazılan kağızda Romanın atasının adı yazılır, kameralardakı görüntülərdə isə iki qara maskalı , qara geyimdə silahlı adam daxil olur.. Mənim başım çıxmır bu işdən.. Və 250.000.000 sayda məbləğin bizdə nə gəzdiyini anlaya bilmirəm.. Atam yoxsa bizim xəbərimiz olmadan bu ailə ilə hansısa kirli işə cəlb olunub? 
 
Bu zaman Aminətin telefonuna zəng gəldi, yenə Roman idi zəng eləyən.. Aminət istəmsizcə o zəngi açdı:
-Bəli, Roman? Narahat olmayın, bir azdan gələcəm. Əşyalarımı toplayıram..
 
Romanla danışığını tez bitirdi.. Xalası:
-İndi planın nədir?
-Mən bir müddət o evdə yaşamalıyam.. Gizlin-gizlin əməliyyatlarımı həyata keçirməliyəm.. Sən isə bu evdə qalarsan.. İmkan tapdıqca sənə baş çəkəcəm. Onlardan heç kim mənim ailəmdən sonra qohumum olduğunu bilməməlidir.. Hər şey , ailəmizin qatilini tapmaq üçündür.. 
 
-Nə deyim, ay qızım.. Bu yolda sənə böyük şans diləyirəm.. Ehtiyatlı ol.. Mən həmişə sənin yanındayam.. Bütün hər şey bitəndən sonra, buralardan gedərik.. Ömər  hələdə səndən bir addım gözləyir , bilirsən.. 
 
Ömər, Müjdənin tək oğlu idi və Aminəti sevirdi... Aminət Avropa tətilindən gələndən sonra, ona qarşı müsbət cavab verəcəyini düşünmüşdü. Lakin, həyat Aminətin başını elə qatdı ki, Öməri unutdurdu. Aminət, Ömərin adını eşidəndə əlini alnına qoydu:
-Ah, Ömər.. Başıma gələnlər məndə başqa şey düşünməyə nə həvəs , nə istək qoymadı ki.. 
 
 
Deyərək, Aminət otağına qalxıb çamadanını topladı. Romangilin evinə yerləşdiriləsi kiçik dinləmə cihazlarını özü ilə götürdü. Tam hazır olandan sonra, salona gəlib xalasını bərk-bərk qucaqladı.. Xalası:
-Yolun açıq olsun, qızım.. ALLAH səni bu ağır yolda hansısa təhlükələrdən qorusun.. Ağlın məndə çox qalmasın.. 
-Özündən muğayyət ol.. Bu məsələni tez bir zamanda həll eləyəcəm, sonra bu evi satıb sən və Ömərlə yeni bir həyata başlayarıq. 
-Uğurlar, şansın açıq olsun.
 
Aminət, əlindəki çamadanı ilə naməlum  qatilin evinə gedib, hesablaşmaqdan əvvəl ailəsinin məzarına baş çəkmək istədi. Bir taksiyə əyləşdi və yolunu əvvəlcə ailəsinin məzarına saldı. Taksiçidən gözləməsini xahiş elədi.. Ailəsinin məzarı hələki yaş idi.. Hər ailə üzvünə ayrılıqda Fatihə sürəsi oxudu, həmişəki kimi qəhər içində boğulurdu:
-Nə baş verib bilmirəm.. Kim sizə konkret olaraq o ailədən qıydı bilmirəm.. Amma bu gündən o ailənin içinə nəyi var daxil olacam, bütün var gücümlə sizin  qanınızı yerdə qoymayacam. Əgər o ailənin hamısının bu cinayətdə barmaq izi varsa, hamısının başına bəla olacam, yox hamısı deyil də , sadəcə birinin barmaq izi varsa , sadəcə onun başına bəla olacam.. Dəqiq bilirəm ki, sizi məhv eləyən, məni kimsəsiz qoyan elə o ailədəndir.. 
 
 
Ailəsi ilə belə dərdləşdikdən sonra, onu gözləməkdə qalan taksiyə minib Bünyadzadə ailəsinə doğru sürdürdü.. Dəqiqələr sonra, Romangilin qapısına nəhayət ki, çatdı. Çamadanını yerə qoyub, qapının zilini çaldı. Qapını Dərya açdı:
-Aminət bacı, axır ki gəldin. Xoş gəldin..
Aminət Dəryaya xoş təbəssüm saçıb, çamadanı ilə evə daxil olanda, anası Zərifə onu yanındakı çamadanı ilə görəndə rəngi daha da qaçdı:
-Sən deyəsən bir dəfəlik bura köçürsən? 
Aminət:
-Niyə də yox? Başıma gələnlərdən sonra, sizlər mənə qapınızı açdınız.. Mən bir müddət öz evimdə yaşaya bilmərəm, ağır anlar keçirdirəm.. Başqa qohumumuz da yoxdur... Ya sizdə qalmalıyam, ya da küçədə.. Etirazınız yüksəkdirsə, bu dəqiqə evinizi tərk eləyərəm, narahat olmayın.
 
Aminət elə duyğusal danışdı ki, qəlbi daşlaşmış olan Zərifənin kiçik də olsa mərhəmət hissi baş qaldırdı:
-Xeyr, kimsə sənə “ get “ deyən olmadı. 
 
Bu zaman söhbətin tam üstünə Roman gəldi:
-Aminət, nəhayət ki gəlib çıxdın. Özünü necə hiss edirsən? 
-Yaxşıyam, təşəkkürlər. 
 
Roman, Aminətin əlindəki çamadana əl uzatdı:
-Çamadanını mən otağına götürəcəm.. Sən isə keç yemək ye, ac olarsan..
-Yaxşı, çox sağ olun.. Hər birinizə çox əziyyət verəsi oldum, bunun üçün vicdan əzabı çəkirəm. 
 
Dərya:
-Bu sözləri bir daha eşitməyək.. Gəl bərabər səhər yeməyi yeyək.. Mən də hələ heç nə yeməmişəm..
 
Roman Aminətin çamadanını onun otağına apararkən, Zərifə mətbəxə , Dərya isə Aminətlə salona keçdi. Salona keçəndə, Kamalın mobil telefonla birinə hirsləndiyini eşidəsi oldu. Kamal telefondakına:
-Nə işə yaramaz adamsan sən! Mən səni buna görəmi işə aldım, hə?? Bax... Əgər , bu işi bu gecə həll eləməsən sonun çox pis olacaq. İşə yaramaz avaraları sevmirəm! 
 
Bu sözləri söyləyib , telefonu kiminsə üzünə bağladı. Arxaya baxdığında, Aminətlə qızını süfrədə gördü. Aminət ona şüphəli yanaşmasını qətiyyən hiss elətdirmədi. Dərya:
-Mənim gül kimi atamı yenə kim əsəbləşdirib?
 
Saniyələr əvvəl hiddətlə danışan Kamal , 360 dərəcədə dəyişilərək simasına təbəssüm qondurdu:
-Bir işçimdir.. Çox məsuliyyətsiz birinə bənzəyir.. Yeni işə almışam, mal demişəm gətirsin.. Səhv mal gətirib.. Nə qədər boşuna məsrəf oldu.. 
 
Dərya:
-Anladım.. Yenə də sən belə şeylərə görə əsəblərini korlama.. 
-Haqlısan, qızım..
 
Sonra Kamal, Aminətə müraciət elədi:
-Sən necəsən , qızım? 
-Bu aralar bu suala necə cavab verəcəyimi heç bilmirəm..
 
Dərya:
-Aminət, artıq bizim evdə qalacaq, ata.. Onun ailəsi bundan sonra bizik, eləmi ata?
 
Kamal:
-Əlbəttə ki.. Aminət qızımız, qətiyyən ürəyini sıxmasın.. Biz heç birimiz ailəsinin yerini verə bilmərik, bu mümkün deyil. Lakin, yenədə ailəsi qədər əziz, yaxın bilsin. Nə korluğu olacaqsa, biz yanında olacağıq. 
 
Aminət Kamala təşəkkürünü bildirdi. Ürəyində düşündü ki, « bu insanın qatil olması heç inandırıcı gəlmir.. Heç istəməzdim ailəmin qatili Kamal bəy ya da bu ailənin başqa üzvü olsun.. » 
 
Yeməkdən sonra, Aminət otağına çəkildi. Əşyalarını yerləşdirdikdən sonra, özü ilə gətirdiyi məxfilik cihazlarını şalvarının cibinə yerləşdirib otağından çıxdı. Dərya, salonda əyləşib moda jurnallarına baxırdı.. Aminət, yanına gəlib əyləşdi:
-Moda jurnalları ilə maraqlanırsan? 
Dərya:
-Hər gənc qız kimi.. 
Aminət bir qədər kövrək notlara toxundu:
-Mənim bacım da modelyer olacaqdı.. Çox gözəl eskizlər çəkərdi, cürbəcür paltarlar tikərdi.. Çox böyük arzuları, xəyalları vardı.. 
Dəryanın Aminətə yenə ürəyi yandı:
-Ah, Aminətcim.. Nələr çəkdin bu yaşında.. Hadisə necə oldu? Əgər yaranı qanadacaqsa danışmaya bilərsən.. 
Aminət başına gələnləri bir-bir danışdı.. Dəryanın göz yaşları dayanmırdı, özünü Aminətin yerinə qoyurdu və izah edə bilməyəcəyi duyğular yaşayırdı. Dərya:
-Bəs qatil ya da qatillər niyə hələ tapılmayıb? Polislər heç bir iz tapa bilməyiblər?
Aminət:
-Xeyr.. Görünür qatil işində hədsiz peşəkardır.
 
Roman işə , anası isə salona yollandıqdan sonra, son olaraq Kamal Dəryayla Aminətə gülümsəyərək:
-Dəryacım, mən də işimin başına dönürəm. Sən Aminəti darıxmağa qoyma.. Hələlik, axşama görüşərik. 
Dərya:
-Narahat olma, atacan. Hələlik.
 
Aminət də başı ilə “  hələlik “ işarəsi verdi. Dərya Aminətə evi gəzdirmək istədiyini bildirdi:
-Gəl, səni evimizlə tanış eləyim.. Bir az fikirlərdən uzaqlaşmağın üçün..
 
Bu da əlbəttə ki, Aminətin planlarına yararlı bir metod olduğu üçün, razılaşdı:
-Əla olar..
 
Dərya yuxarı mərtəbəyə qalxaraq, əvvəlcə özünün otağını göstərdi, ardınca isə valideynlərinin otağını göstərdi. Son göstərdiyi otaq isə Romanın otağı idi:
-Hərçənd qardaşım otağına kiminsə girməsini sevməz və yaxud da kiməsə göstərməyi də sevməz.. Amma yoxdur deyə fürsətdən istifadə eləyib sənə göstərirəm.. Bu aramızda sirr olaraq qalsın.. 
 
Dedi və gülümsədi. Aminət:
-Mən sirr saxlamağı əla bacarıram, narahat olma.. 
 
Bu zaman evin telefonu çağırdı. Dərya, telefona cavab vermək üçün  cəld aşağı endi. Bununla da , Aminətin əməliyyatlarını həyata keçirməyi üçün əla fürsət əlinə düşdü.. O, özü ilə cibində gəzdirdiyi həm səs yazma cihazlarını , həm də kameraları cəld hər üç otaqda tamamilə görünməyən yerlərdə gizlətdi.. Romanın otağı onun daha çox marağına səbəb olmuşdu.. Üstəlik, otağına kiminsə daxil olmağını sevmirdi. Hər zaman sirli işlər insana daha cazibəli gələr. Dərya qayıdana qədər , Aminət Romanın otağında gəzirdi, ətrafı çox diqqətlə gözdən keçirirdi.. Note-book’nun olduğu masanın çəkməcələrindən birini açdı, qarışıq kitabçalar, yazılı dəftərlər gözünə dəyirdi. Növbəti çəkməcəni açanda , bir kağızda bir qadının şəklini sadə qələmlə çəkdiyini və altında da Aminət adını görəndə, təəccübləndi.. Hətta rəsmin tarixini də özü yazmışdı: 03.08.2019 . Bu tarixdə Aminətin ailəsi hələ sağ idi.. Hadisə isə, bu tarixin səhərisi baş vermişdi..  Aminətin tükü ürpərdi, qanı dondu... Yoxsa, qatil Romandır?? Ya da ata-bala birgə bu cinayəti planlaşdırıblar??
- Mənim şəklimi bu hadisədən qabaq çəkibsə, ya əsas dərdləri mənəm, ya da növbəti qurbanlarıyam... 
 
2-ci hissənin sonu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Tam Məxfi
(çirkli pullar)
 
Yazar: Lalə Hüseynova
 
3-cü hissə (final)
 
 
Aminət, Romanın çəkdiyi şəkilləri görəndə heyrətə gəlmişdi. Onlardan birini dəlil üçün özünə götürüb otaqdan sıçrayıb , öz otağına gəldi. Şəkili əşyalarının arasında gizlətdi.. Axşama doğru, hər kəs evdə süfrə başında naharda idi.. Aminət qəflətən dilləndi:
-Mənim bir az başım sıxılır, özümü yaxşı hiss eləmirəm. Otağıma çəkilsəm, sizə hörmətsizlik olmaz? 
 
Masadakılar etiraz eləmədilər. Aminət otağına çəkilib, notebook’unu açıb evin bütün otaqlarına yerləşdirdiyi kameranı açıb nə danışdıqlarına qulaq asmaq istədi. Aminət getdikdən bir qədər sonra, Roman ayağa qalxdı:
-Mən də yorğunam.. İşlərim var, gedim həll eləyim. 
Roman getdikdən sonra , anası Zərifə dilləndi:
-Bu qızdan heç gözüm su içmir. Elə də ərklə deyir, otağıma çəkilim.. Sanki , bu evdə göbəyini kəsiblər.. Bu nə özgüvənlikdir belə? Oğlumuzun ürəyi yumşaq olduğu üçün, bunun halına ürəyi yandı deyə bura gətirdi.. Bu da arsızca , bizim evə yerləşdi.. Üz gördü, indi də astar istəyir.. 
 
Kamal , bokaldakı şərabdan bir qurtum alıb masaya qoydu və sözə başladı:
-Zərifə, sən nə vaxtsa kimisə bəyənəcəksən? İnsanları əlimin içi kimi tanıyanam, o qızdan da heç bir mənfi elektrik almadım.. Ecəşmə o zavallı qızla.. Gənc yaşda ağır faciə yaşayıb. Bunu anlamağın üçün ya onun yaşadıqlarını yaşamalısan ya da özünü bir dəfə olsun onun yerinə qoymağın lazımdır.  
 
 
Aminət onların bu söhbətini dinləyərkən, Romanın otağına daxil olduğunu digər kamerada gördü və əsas diqqətini ora verdi. Roman, otağının işıqlarını yandırmadı və iş masasının önünə əyləşdi. Ağ kağız çıxardıb , sadə qələmlə nəsə çəkməyə başladı.. Bəlli idi ki, yenə Aminətin rəsmini çəkir. Aminətin rəsmini yarım qoydu. Bir qədər fikrə daldı. Ardından , telefonun kamerasını açıq qoyub özünü videoya çəkməyə başladı:
 
-Əziz Aminət. Mən... Mən özümdən xəcalət çəkirəm... Çünki, çox tükürpədici bir cinayət işləməli olmuşam.. Qəribəsi odur ki, cinayəti törədəndə pis olmamışdım. Yalnız səni tanıdıqdan sonra , daha doğrusu sən xəstəxanada yanımda olarkən başına gələn faciələri danışandan bəri özümdə deyiləm.. Kənardan elə görünmədiyimin də fərqindəyəm.. Bacardığım qədər əsl Romanı gizlətməyə çalışdım.. Amma təkcə otağımda əsl özümlə oluram.. Mən...Mən bir qatiləm.. Sənin ailənin qatiliyəm... Həyatını məhv eləyən insan - mənəm! Bunun üçün səndən nə qədər əfv diləməyim , heç bir şeyi dəyişməyəcək. Mən həm psixoloqam, həm də sənin ailənin qatiliyəm. Mən təkcə sənin ailəni öldürməmişəm, çox insanların gizli qatili olmuşam. Mən inanmazdım nə vaxtsa belə bir etiraf eləyəcəm. Özümə etiraf eləməkdən həmişə qaçmışam.. Sadəcə, səni sevdiyim üçün mən başqa cür insan oldum. Deyəsən, mən sevgiyə ac insanmışam. 
 
 
 
Aminət, Romanın çəkdiyi video qarşısında belə dəhşətli etirafı otağındakı kameradan dinləyərkən dəliyə dönmüşdü.. Yaşadığı o dəhşətli anları yenidən yaşamağa başladı. Ürəyi şiddətlə döyündü.. Bu zaman Aminətin telefonuna kimdənsə bir mesaj gəldi. Əlləri əsə-əsə telefonu əlinə alıb mesajı oxudu. Mesaj xalasından gəlmişdi: 
-Aminətcim, o evdə çox ehtiyatlı ol. Sən orada kameralar yerləşdirərkən özün tələyə düşə bilərsən. Bu ehtimal dəqiqdir. Mən araşdırdım , bacımgilin qatili psixoloq Romandır və bu cinayətdən o ailənin xəbəri olmamı olmaz. Roman, tək sənin ailənin deyil, bir çoxunun gizli qatilidir. 
 
Nə təsadüf ki, Romanın qatil olmasının etirafı ilə yanaşı xalasından da onun qatil olmasının təsdiqli xəbəri eyni anda gəldi. Aminət nə qədər daxilində fəryadlar qoparsa da, duyğularının əsarətinə çevrilmədi. Romanın etirafı əlinə sübut olaraq keçdi və bu fürsətdən istidafə eləməyin tam zamanıdır. Bunun üçün əvvəlcə , polis əməkdaşları əlaqə saxladı. Onlar gələnə qədər , Aminət çantasındakı silahı şalvarının cibinə qoyub , kamerasına qeyd olunan Romanın etirafını əlinin ovucunda sıxıb otağından çıxdı. Salonda heç kəs yox idi. Salonun ortasında dayanıb , var gücü ilə qışqıraraq Romanı səslədi:
-ROMAAAAAANNNNN!!!! Roman, bura gəəəəəl!!! Bütün evin sakinləri dərhal bura toplaşsın!!!!
 
 
Səsə əvvəl Romanın anası Zərifə , sonra atası Kamal , ardınca bacısı Dərya gəldi. Zərifə Aminətə tərs baxış atıb acıladı:
-Sən kim olursan , bizim evdə səsini salırsan başına??? Üzünə xoş baxan kimi nə tez .....
Aminət Zərifənin sözünü kəsdi:
-Mənim hər cəhətdən buna haqqım var!!! Əsaslı səbəblərim var!!! Bunun izahını isə sizin psixoloq oğlunuz verəcək!!! O, buna borcludur !!! Romaaaaan, dərhal bura gəlllll!!!!
 
Kamal , Aminətin cibindəki silahı gördü:
-Sən kimsən, Aminət?
Bu zaman Roman nəhayət ki, salona gəldi. Aminət qəzəbli baxışlarla dilləndi:
-Nəhayət gəlib çıxdın! Sən !!! Sən mənim ailəmin qatilisən , eləmi???
 
Hər kəs diqqətini Romana verdi. Roman:
-Nə danışırsan, Aminət? Ağlını qaçırmısan?
Aminət istehza ilə :
-Qeyrətin də yoxdur ki, törətdiyin cinayəti hətta cinayətləri hamının içində dilə gətirəsən..
 
Aminət əlindəki səs yazısını açıb evdəkilərə dinlətdi. Buna dayana bilməyən atası Kamil , qızın əlindəki səs yazısını hikkə ilə itələyib yerə düşürdü. Zərifə və Dərya nə baş verdiyini anlaya bilmirdilər. Dərya:
-Biri burada nə baş verdiyini izah edə bilər? Roman, sən qatilsən?
Zərifə qısıq dolu səslə:
-Və mənə belə gəlir ki, bu cinayətdən Kamilin də xəbəri varmış. 
 
Aminət:
-Bu gün ailəmin qisasını almalıyam! Sizin psixoloq oğlunuz mənim ailəmi əlimdən alaraq , həyatımı darmadağın eləyib. 
 
Aminət üzünü Romana tutdu:
-Söylə görüm, xəstəxanada sənin yanında olub başıma gələnləri danışanda vicdanın sızlamadı? 
 
Kamil:
-Ona bu qədər yüklənmə, Aminət! Onu mən bu işlərə vadar elədim. Mən qaranlıq dolu işlərlə məşğulam, oğlum da məni bu yolda tək buraxmadı. Sənin atan da bu işə qoşulmuşdu. Ona pul əmanət eləmişdim. Lakin, atan o pulun başına daş saldı və sizin üçün hazırda yaşadığınız evi aldı. Mən onun bu hərəkətini doğru bilmədim və o cinayəti törətmək istəyəndə, oğlum da mənə şərik çıxdı...
 
 
Dərya və anası eşitdiklərindən dolayı heyrətə gəlmişdilər. Bəlli idi ki, onların bu cinayətlə heç bir əlaqəsi yox idi. Hətta məlumatsız idilər. 
 
Kamal qəzəb dolu baxışlarla simasını Aminətə tutdu: 
-Ümumiyyətlə, sən kimsən? Evimizə gizli kameralar yerləşdirirsən, səssiz-səssiz bizi izləyirsən. Sən kim olursan???
 
Aminət cibindən polis pasportunu çıxardıb göstərdi:
-Gizli polis imişsən eləmi??? Bizim də sənə ürəyimiz ağrıdı , evimizə aldıq. Sən isə...
 
Aminət:
-Susun ! Sizin əlavə bir söz söyləməyə heç bir haqqınız yoxdur ! Demişdim ailəmin qatilini tapanda ona misli görülməyən işgəncələr yaşadacam!!! Həyatımı məhv edənə qəti şəkildə rəhm eləməyəcəm!!!
 
Qəzəbindən nəfəsini sürətlə alıb-verdikdən sonra , əlavə elədi:
-Roman və Kamal müəllim , önümə düşün dərhal ! 
 
Aminət onları məcburən evin zirzəmisinə apardı. Dərya ilə Zərifənin haraylarını duymazdan gəldi. Dərya ilə anası bir-birinə möhkəm sarılaraq baş verəcəklərə dayanıqlı halda gözləyirdilər. 
 
Aminət , ata ilə oğulu zirzəmiyə gətirib qapısını kilidlədi. Onları bir stula əyləşdirib, əl-qollarını qalın iplə bağladı. Əlindəki silahı ilə onların önünə əlavə bir stul qoyub əyləşdi:
-Həəə.. İndi mənə hər şeyi bir-bir danışın!! Hər şey necə başladı?! Mənim atam sizin çirkli pullarınıza necə qarışdı??? 
 
Kamal:
-Sənin atanla əsgər yoldaşı olmuşuq. Zamanla , mən mafiya işinə qarışdım. Bu işdən külli miqdarda pul qazanmağa başladım və atana da təklif elədim. O da təklifimi qəbul elədi. Lakin, bu işin gizli qalmasını tələb elədim. Siz o zaman kiçik bir daxmada yaşayırdınız.. Bilirəm , atanız  sizə bir şirkətdə işlədiyini söyləmişdi. Onun sizə bu yalanı söyləməsini də mən məsləhət gördüm. Bu işimiz aşkar olunsaydı , hər şey məhv olacaqdı. Atan bu işə çox başı soyuq yanaşdı və 250.000.000 məbləğini məndən oğurlayaraq həm hazırkı evinizi , həm də özünə maşın aldı. Xeyləm , zəngin oldu. Mən əvvəl buna göz yumdum, dedim eybi yox həvəsini öldürsün, sonra geri qalanı qaytarar. Əvvəl altdan alaraq geri qaytarmağını eşitdirirdim , ciddiyə almadan məni başından eləyirdi. Sonra təhtitlərə başladım. Ondan sonra mənim heç bir zəngimə cavab vermədi. Anladım ki, pulumu geri qaytarmaq fikrində deyil. Vəə...
 
Aminət sözünü kəsdi:
-Və tək çarə olaraq bütün ailəmi məhv eləməyi tərcih elədin , eləmi??? Hansısa çirkli pullarla dolu işə atamı cəlb elədin, sonra da əvvəl onun həyatını , ardından mənim həyatımı məhv elədin!!! 
 
Aminət əsəbindən əsirdi. Əlavə elədi:
-Hadisə baş verən gecə evimizə daxil olan siz ikiniz idiniz???
 
Kamal:
-Xeyr, həmin gecə Roman və mənə xidmət eləyən biri sizin evə təşrif buyurdu. 
 
 
Atasından fərqli olaraq Romanın simasından böyük bir məyusluq, xəcalət təri tökmək vardı.. Aminət üzünü Romana tutdu:
-İnsan başqasının həyatını məhv eləyəndə , heç bir zaman cavabsız qalmır. Elə deyilmi Roman?
Roman:
-Bilirəm.. Mənnn.. Mən çox üzgünəm.. Belə olmasını istəməzdim.
-Üzgün olmağın , peşman olmağın heç bir şeyi dəyişmir!!! Ailəmi geri qaytarmayacaq!! Sən tək mənim yox, bir çox insanların həyatını məhv eləmisən!!! Hamısı atanın murdar işinə görə baş verib??? Bu cinayətləri törətdikdən sonra , ağ xalatından heç utanmadın?? Minlərlə insanlar sənin yanına müalicə almağa gələrkən, sən də onlardan neçəsinin həyatlarını məhv eləmisən, neçə canlar almısan! Səhərlər psixoloq , gecələr qatil olursan! Nə qədər bərbad bir haldır! Sən canlar alarkən , əslində öz canını , həyatını məhv elədiyinin fərqində olmamısan? 
 
Roman:
-Nə söyləsən haqlısan.. Cəzam nədirsə onu da çəkməyə razıyam.. Ən böyük cəzam sənə aşiq olmağım oldu.. Bu eşq məni özümə gətirdi.. İtmiş insanlığımı geri qaytardı... Bunu söyləmək bilirəm mənə yaraşmaz. ALLAH mənim bəlamı versin.
 
Aminət:
-Sən mənim ömürlük düşmənim oldun!! Sənə olan nifrətim heç vaxt keçməyəcək. Sənin kimi şərəfsizlərin sevgidən , eşqdən dəm vurmağa zərrə qədər haqqı yoxdur! 
 
Bu zaman Zərifə və Dərya zirzəminin önünə yaxınlaşıb Aminətə səsləndilər:
-Aminət, qızım? Polis yoldaşların gəlib. Xahiş eləyirəm onlara heç nə eləmə. Mən  oğlumun da , atasının da törətdiyi hadisədən dolayı çox-çox pis oldum, utanıb yerin dibinə girdim. Burax, cəzalarını polis əməkdaşların versin. Bilirəm , onların yaşatdıqlarının heç bir əhvi yoxdur. Lakin , sən də onlar kimi olma. Yuxarıda ALLAH , yerdə də polislər layiqli cəzalarını verəcəklər. 
-Aminət, anam haqlıdır. Burax onları, çıxın zirzəmidən. 
 
15 dəqiqədən sonra , Aminət Romanla Kamalın əl-qolunu açıb zirzəmidən çıxdılar. Zərifə ilə Dərya onları sağ-salamat görsələr də, nifrətlə baxırdılar. Aminət onları polislərə təslim elədi. Polis maşınına əyləşib getdikdən sonra. Zərifə bu dəfə Aminətə qayğı ilə yanaşaraq bağrına basdı:
-İnan kı, mən ərimlə oğlumun bu işlərindən xəbərsiz idim. Hələdə inana bilmirəm. Sözlər acizdir.. Səndən sadəcə üzr istəyə bilərəm. Sənə qarşı ilk gündən soyuq yanaşdığım üçün. Artıq bu gündən sən də Dərya kimi mənim balamsan. Ərimlə oğlumu həyatımdan rədd eləyəcəm. 
 
Dərya da Aminətə təskinlik verməklə məşğul idi. 
 
 
 
5 il sonra
 
 
Aminət , ailəsinin qatillərini həbs elədikdən sonra Romangilin evindən ayrıldı. Çirkli pullar üzərində atası tərəfindən alınan evi və maşını satıb, o pulların hamısını həbsdə olan Kamala göndərdi. Pullarını geri alan Kamalı həbsxanada çox sevinməyə imkan vermədilər. O çirkli pullara görə həbsxanadakılar öldürüb, pullarını mənimsədilər. Gözləri önündə atasının ölümünü görən Roman hələ o zaman Aminətin nələr yaşadığını anladı. Yaşadığı sarsıntıya dözməyən Roman da həbsxananın hamam otağına daxil olub , özünü bıçaqlayaraq intihar elədi. Alma məzlumun ahını , çıxar ahəstə-ahəstə. 
 
 
Aminət , xalası ilə birlikdə Avropa ölkələrindən birinə köçdü. Uzun müddətdir Aminətlə qovuşmağının həsrətini çəkən Ömər nəhayət ki, arzusuna nail oldu. Aminət , ailəsinin ili çıxdıqdan sonra Ömərlə ailə həyatı qurub xoşbəxt oldu. Ara-sıra , Zərifə və Dərya ilə əlaqə saxlayıb onları yalnız qoymurdu. Romanla Kamalın faciəli ölüm xəbərinə isə qətiyyən üzülmədi. Haqq-ədalət yerini gec-tez tapanda , insan özünü dünyaya yenidən gəlmiş kimi hiss eləyir. 
 

 
SoN
 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)