Edebiyyat.az » Poeziya » İMARƏT CƏLİLQIZI - İMTAHAN

İMARƏT CƏLİLQIZI - İMTAHAN

İMARƏT CƏLİLQIZI - İMTAHAN
Poeziya
admin
Müəllif:
17:17, 09 iyul 2025
49
0
İMARƏT CƏLİLQIZI - İMTAHAN



(Aytənə)

Qayğılı bir gecədir,

hamı yatıb, mən oyaq.

Səni bağrıma basıb

xeyir dilədim bayaq.


Sən çətin günlərimin

körpəlikdən həmdəmi,

Səninlə bölüşmüşəm

çox sevinci, çox qəmi.


Bir azdan həyatında

başlanacaq yeni gün.

Qoy bu səhər ürəyin

aram-aram döyünsün.


İlk sınaqdan çıxmağa 

cəsarətlə giriş sən,

Özùnü heç itirmə

suallarda ilişsən.



Bil ki, səninləyəm mən

hər dəqiqə, hər saat.

Çalış, toxtaq olasan,

olma bir an narahat.


...Ürəyim kövrəlibdir,

gözlərim yaşla dolu,

Tanrı Özü göstərsin 

sənə ən doğru yolu!..


28 iyul 2000-ci il.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)