Edebiyyat.az » Poeziya » Aidə Adıgözəlin şeirləri

Aidə Adıgözəlin şeirləri

Aidə Adıgözəlin şeirləri
Poeziya
nemət
Müəllif:
09:39, 22 avqust 2019
1 598
0
Aidə Adıgözəlin şeirləri




Dərd eləmə, dərd eləmə...
unudarsan öpüşünə öldüyün o qadını. 
Bağlı pəncərələr ardından 
təzə bişmiş çörək kimi, 
buxarı çıxan yemək kimi ətrini çəkərsən burnuna...
Bircə anlıq, bircə anlıq əlin havadan asılıb qalar ...
peşman peşman salarsan əllərini yanına.
Anlarsan... o saçlar səninki deyil daha,
o ciyərinə yovşan kimi, 
kəklikotu kimi çəkib bənövşə kimi qoxladığın ətir daha burnunu oxşamayacaq.
Dərd eləmə, dərd eləmə . ..unudarsan o baxışına yay günəşi kimi
istiləndiyin, həsrətınə diş göynədən bulaq kimi donub kəsildiyin qadını.
Az bir zaman...hər şey adiləşəcək əvvəlki kimi.
Bir tək sən eşidəcəksən içində sınıb tökülən şüşələrin səsini , birdə o
şüşələrin kəsdiyi yerlərin ağrısını hiss edib qanını yığacaqsan ovcuna,
uzaqlara tikilib yol çəkən gözlərinə səpmək üçün.
Dərd eləmə, dərd eləmə...
unudarsan öpüşünə öldüyün o qadını !

20.08.2019

Məni belə xatırla :
son ada xatirəsi, 
bir naşı qayıqcının
yarım qalan həvəsi.

Məni belə xatırla : 
qara, dəli qız kimi
yavanlıq çörəyinə
son səpilən duz kimi.

Məni belə xatırla :
ruhunun son günahı,
qoca, kor balıqcının
dənizlə vida ahı ...

Məni belə xatırla : 
tez tez küsən, inciyən ,
hər baxışa qısqanıb
kimsəylə bölüşməyən.

Məni belə xatırla :
gözünə çək şəklimi ,
elə o cür də saxla
...bu qədər bəsindimi?



Ağzı günə qalan köhnə yurd yeri ,
mənəm qıçı sınmış, qapını döyən ...
Gəlmişəm baş çəkəm ocaq yerinə,
ruhu səfil qalmış, yiyəsi ölən ...

Gəl bir az dərdləşək, biraz gap edək,
keçmişdən danışaq, xəyal ,gop edək,
götürək şor fətir tez əl qap edək , 
naxır dönən vaxtdır, sürüsü gələn ...

Əldə kağız yuxa, qaya qaşında,
çığrtma qoxusu damı daşında, anamdı hərlənir ocaq başında , 
qazanı dağılıb, çömçəsi düşən...

...Razıyam, qoy dönüm bir boz bayquşa,
qonum, keşik çəkim qayaya daşa,
çevrilim atılmış sınıq baş daşa, 
əsir Qarabağda ...mirasa dönən !!!

14.08.2019


Durna qanadında köç edən ömür
Getdiyi yerlərdən geri dönərmi ?
Durna qanadına sığışan ömür 
Durna cırağınça yanıb sönərmi?

Bir səfər quşuyam yuvaya həsrət
Qürbətə ucmağım yadlara minnət
Ay ellər, vurmayın başıma töhmət 
Vətən həsrətlinin üzü gülərmi ?

Uçuram, qəlbimdə bir ürək ağlar
Ürəyim arxada, gözüm tor bağlar
Səfər sevdalısı qərib durnalar
"Geri" deyə-deyə həsrət ölərmi?

Durna qanadına sığışan ömür 
Getdiyi yerlərdən geri dönərmi ?

19.06.2019

Bir gün son döyüşdə
bir əsgərin son gülləsinin boş gilizi,
səngərdə yazda acan çöl cicəklərinə güldan olar...
Müharibəmi?! Müharibə! Bitməyən...
Bir gecə bir evdə bir uzunsac haray salar...
Bir şairin son şeiri miz üstündə yarım qalar...
Ölmüşmü?! Ölmüş! Qoruya bilmədik...
Bəzən vitirnlərdə baxmadığımız
boz kəndirlər ağaclara aşiq olar...
bir gənci sevmək üçün boğazından asılar !
Nakammı?! Nakam! Çarəsizliyin qurbanı...
Bəzən analar qatil olar
Doğulmayan körpəsinə hökm kəsər 
adı eldə zalım olar...
Ççarəsizmi?! Çarəsiz! Vicdansızlıq...



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)