Edebiyyat.az » Poeziya » Hacıəliyev Rüfət - iki şeir

Hacıəliyev Rüfət - iki şeir

Hacıəliyev Rüfət - iki şeir
Poeziya
Necef Esgerzade
Müəllif:
13:19, 14 yanvar 2020
2 106
0

***

Gözəlim, sevgili yarım,
mənim istəkli nigarım,
sənə qurbandı bu
canım.
Nə qədər yansa da,
eşqindən alovlansa da,
Atəşsə də əsla külə dönməz,
demə qəlbim
həm odundan gülə bilməz?
Gül əzizim,
güləcəksən,
məni xoşhal edəcəksən,
sevəcəksən,
gələcəksən,
Deyəcəksən: "ürəyim sənlə döyünsün",
Qalacaqsan ki sevinsin?
Eşidib incə səsin, həm
alaraq yaz nəfəsin,
Qönçə dodaqdan
süzülən sözləri ahəstə
məhəbbətlə toxu
ruhuma ey nazlı,
Pərimsən, günəşimsən
saçılan nur
səhərimsən,
şəhərimsən,
Ləpələr qoynuna almış
Xəzərimsən, ki sənin
sahilin əsla məni tək
qoymayacaq,
qaçmayacaqsan.
Qayalar xatirədir, sənli
olan günlərimi həkk
eləyib sinəsinə, çün
küləyin sənəti izlər,
Dənizin dalğaları
rəsmini hər incə
məqamlarla əzizlər.
Yenə röya, yenə xülya,
yeni dünya Rüfətinsən.
Sözüsən, söhbətisən,
arzususan, niyyətisən.
                                             
***
 Həyat çəkir bizi artıq
sınağa,
 Zaman gəlib qalx
deyirəm ayağa,
 Əlinə silah al gedirik
qabağa,
 Allah bizimlədir qorxma
qardaşım!
 Hayif sənlə dar günündə
qalmadım,
 Hərbi nədir indi səni
anladım,
 Bundan ötrü öz özümü
danladım,
 Mən ağlaram sən
ağlama qardaşım!
 Hərbi həyatı qocaldır
insanı,
 Əzab əziyyətli olur hər
anı,
 Gözümü yumub fikrə
dalan zamanı,
 Şükur edirəm
Allahıma qardaşım!
 Görən gözlərim, yeriyən
ayağım,
 Var olsun
dostlarım, arxa
dayağım,
 Vətən səsləyəndə gəlsə
sorağım,
 Sən ol həyan
dostlarıma qardaşım,
 Bu bir sınağdır keçir
hər bir oğlan,
 Yayda isti qışda şaxta
borannan,
 Bil ki, əsgər həyatı
görən andan,
 Güc gəlibdir qollarıma
qardaşım!
 Xidmət bitib oturmuşam
evimdə,
 Qəlyan damağımda, qələm
əlimdə,
 Bircə sənə sözüm var
ürəyimdə,
 Hacı qocaldı, sən
qocalma qardaşım!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)