Edebiyyat.az » Proza » Tural İlyas - Toxunuş

Tural İlyas - Toxunuş

Tural İlyas - Toxunuş
Proza
nemət
Müəllif:
23:03, 25 mart 2020
1 768
0
Tural İlyas - Toxunuş






 Ola bilməz! Yox, ola bilməz, bura haradır axı? Nə üçün qaranlıqdır, yoxsa  gözlərim görmür? Məni eşidən var, yoxsa danışa bilmirəm?

   Sanki uçurumdan aşağı yuvarlanacağam... Aman tanrım, nə baş verir?

    Qoluma nəsə yumşaq bir əl toxundu və deyəsən, o, idi məni uçurumdan qurtaran.. 2-ci toxunuş.. daha sonra isə qulaqcığımı çıxarıb, bəy, üzr istəyirəm, mən düşməliyəm olarmı pəncərəyə söykənəsiz?- dedi.

   Aman tanrım, bu nə gözəllik idi, gözlərində sanki bir dərya gizlənirdi… Mənsə bu dəryada batıb qalmışdım cavab verə bilmirdim.

- Üzrlü sayın sizi oyatdım, deyəsən, amma mən düşməliyəm, deyib qalxdı..

 Ətrafda güzgü olmasa da, sübh günəşi rəngdə qızardığımı hiss edirdim bədənimdəki temperaturdan.

-Çox üzr istəyirəm, bilməmişəm sizə söykəndiyimi.. Olan işdir, deyib gülümsündü və getdi.. O düşdüyündə isə hər şey gec idi, yox, gec deyildi, nəsə qalmışdı, deyəsən - bu onun şalı idi, mən söykəndiyim üçün götürməmişdir. Şansım var idi, gələn dəfə onu tapıb həm şalını geri verəcəkdim, həm də üzrxahlıq edib adını öyrənə bilərdim. 

  "Bəy,çox təəssüf edirik...

-Niyə həkim? Nə olub?

-Biz nə qədər etsək də...

Ata.. ata.. bu o, idi. Səsi yaxından gəlirdi. Çağırmaq istəsəm də, səsim çıxmırdı sanki..

"-Həkim, açıq danış, oğluma nə olub?

-Əməliyyatın riskli ola biləcəyini sizə demişdik və ayıldıqdan sonra oğlunuzda nəsə bir iz qalacağından qorxurduq.

-Nə riski,tam olaraq?”

 Niyə baş verdi bu vəziyyət?"

Ata, ata… Burdayam. Ey, mənə qulaq asan var?

-Bəy, əməliyyat zamanı bir toxunuş ilə beyindəki sinirlərə zərər dəyib, ola bilər ki.. O, heç nə görməsin və danışa bilməsin artıq,  amma ümidinizi üzməyin. Hər şey əksinə də ola bilər..

   Venema daxil olan iynənin ağrısından gözlərimi açdım. Yox, bu ola bilməz. Bu o, idi. Avtobusdakı qız, gözlərinə baxdığımda eşq yansıdı sanki. Ey, gözəl xanım, səninləyəm ee… Xatırlayırsan məni? Avtobusdakı oğlanam, şalın çantamdadır. Götür deyə sağ tərəfə boylandıqda əlimi tutan anam və yanında isə atamı gördüm, üzlərində qəm izləri var idi.. Ey, eşitmirsiniz məni? 

Hər yer get-gedə qaranlığa qərq olurdu.

 

Ola bilməz! Yox, ola bilməz, bura haradır axı? Nə üçün qaranlıqdır, yoxsa  gözlərim görmür? Məni eşidən var, yoxsa danışa bilmirəm?

 

Gözümü açdığımda şok olmuşdum, o yanımda idi, şal başımın altında, başım isə çiyninə söykəli idi. Bir azdan gözümü təkrar açacağam, o, qulaqcığımı çıxarıb ayağa qalxacaq,şalı yaddan çıxarıb burda qoyacaq.. A, deməli, müdaxilə edə bilərəm   olanlara?

  Hər şey düşündüyüm kimi oldu, elə o düşəcəkdi ki, şalı uzadıb unutdunuz deyirdim ki, avtobusda məndən başqa heç kim qalmadığını əlimin sadəcə havada oynadığını gördüm..

  Zəhmət olmasa binanın axırındaki dayanacaqda saxlayarsınız deyib, pleylistdə  Mattia Cupelli - Touch ifasının üzərinə toxundum və gözlərimi qapadım... Beynimdə qarışıqlıq var idi, sanki, heç nəyi xatırlamıram.. Gecə olduğu üçün hər yer qaranlıq idi, heç nə görmürdüm və qulaqcığın səsinə görə heç nə eşitmirdim. Telefonda 1% enerji qaldığı üçün mətnə tez nəsə ad verməli və yaddaşa yazmalı idim. Küləyin sığalı, qulaqcıqdaki ifa və qolumda hiss etdiyim əl fikrimi yayındırırdı... Və nəhayət tapdım bu sadəcə TOXUNUŞ idi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)