Edebiyyat.az » Proza » Tural İlyas - Seçim(cəsarət)

Tural İlyas - Seçim(cəsarət)

Tural İlyas - Seçim(cəsarət)
Proza
admin
Müəllif:
11:18, 12 iyul 2021
2 610
3
Tural İlyas - Seçim(cəsarət).




 Yayın istisi meşədə də özünü biruzə verirdi. İnsanlar kimi heyvanlar təbiətə nə kondisioner qoya, nə də başqa müdaxilə edə bilmirdilər. Quşlar göydə sözür, göyərçinlər uçuşu ilə sülhü gətirir, bir-birinə düşmən olan heyvanlar insanların dili ilə desək ov-ovlayır, quş quşlayırdalar. Amma əsas olan heç kim qeyri səmimi deyildi, heç kim yalan danışmırdı..Kimin ürəyində nə var idisə əməlində də o idi...

Meşənin şahı - aslan yeni qərar qoymuşdu, onun ovlayacağı heyvanlardan tutmuş, onunla eyni şeyləri ovlayan heyvanlara qədərhətta meşəyə çox da dəxlisi olmayan həşəratlar belə hər səhər onun hüzurunda baş əyməli idilər. Genindən gələn gücünü diktaturaya çevrirən aslan günü-gündən daha da əzazilləşirdi. Hüzuruna gələnlərdən bəyənmədiklərini ovlayar, bəzən yuvasını tərk etməmək qadağası qoyar, bəzən ovu bölüşmək şərti kimi çox sərt şərtlər qoyardı. Hətta özünə lazım olmadığı təqdirdə göyərçinlərin yumurtalarını belə müsadirə edərdi.. Tülkülər, çaqqallar belə şərtlərə razılaşırdı yalnız Prometey ləqəbli canavardan başqa.. Təbiətən canavarlar çox sərt heyvanlardı göründüyü kimi insanlar aslanları belə əhlilləşdirir amma canavarlar əsla əhlilləşməyib sirkdə əl oyuncağı olmurlar. Özünü dünyanın ağası sayan insanlara belə baş əyməyən Prometey onunla eyni cinsdən olan digər yırtıcı heyvana niyə baş əysin axı?

Prometeyin etirazı təkcə aslana yox ailəsinə də, təbiətə də, insanların yaratdığı tanrıya da hətta sevdiyi dişi canavara da idi.. Buna görə də Prometey gələcəyini ya ədalətli meşənin rəhbəri ya da yalquzaq kimi görürdü. Ailəsi və digər canavarlar isə daim ona deyərdi:Ey Prometey, 1000 illərdi biz heyvan olaraq dünyaya gəlmişik, ov ovlayıb təbiət ananın bizə verdiyi ömrü sürürük, nəyə lazımdı axı sənin etdiyin indi sən inqilabçısan da guya? Axırın ovlanmaq - ölüm olacaq da, ya aslan, ya insanlar,  ya da yalquzaqlıqdan,ona görə də fərqli nə etsən də sonumuz eynidir əziz Prometey, dedi 20 yaşı olub hələ də atasından asılı olan sürünün canavarı.
Artıq 3 gün idi ki, bütün heyvanlar yığışır məruzə edir amma Prometey gəlmirdi. İlk iki gün bu aslanın vecinə də olmamışdı amma 3-cü gün sual və şübhə dolu bir cümlə işlətmişdi: Bütün meşə əhli burdadır?!Heç kim qorxusundan bunu sual ya ifadə olduğunu soruşmamış və hamı susmuşdu. Aslan özü də bilirdi ki, Prometey yoxdu, amma öz əmrinin sayılmamasını belə asan həzm edə bilmirdi.
Hava qaralmışdı, tülkülər hiyləgərliklə hansısa quşu ovlayır, çaqqallar adları kimi çaqqallıq edir, ilanlar sürünərək şikarını həşəratları axtarır bir sözlə hər kəs başını aşağı salıb öz işiylə məşğul idi. Prometey isə meşənin ən hündür yerində bir qayanın üstünə çıxaraq auuuu deyə ulayırdı, bu həm güc, həm təklik, həm də etiraz ulantısı idi... Hər kəsi olmasa da, düşünən meşə əhli və onun cinsindən olan canavarları narahat edirdi, hamı bilirdi ki, aslanın hüzuruna getməmək və ürəyi istəyəndə yüksək səslə ulamaq meşənin şahını narahat edirdi.
4-cü gün hər kəs yenə meşədə aslanın hüzurunda idi, təbiətin yox aslanın qoyduğu qanuna baş əyən heyvanlar indiyə qədər olmayan bu qaydaları artqı 4-cü gün etdikdən sonra rituala çevirmişidlər. Prometeyin sürüsü - atası, anası, sevdiyi canavar , dəstə başçısı bir sözlə ondan başqa bütün canavarlar da istəmədən olsa da aslanın hüzuruna gəlib baş əyirdilər, bir qismi təcavüzə qarşı gələ bilmirsənsə həzz almağa cəhd et, bir qismi dar günün ömrü az olar, bir qismi isə olacağa nə müdaxilə deyərək bunu edirdilər. Amma Prometey belə deyildi,o öz bildiyi düzgün yol ilə gedirdi.
Nəysə, bütün heyvanlar yığışdıqdan sonra sıra canavarlara da gəldi hər biri baş əyib keçirdi, sıra Prometeyin sevdiyi Heraya gəldikdə heç bir səbəb olmadan aslan ona sən burda dayan - deyə səsləndi. Uzaqda hər günki qayanın üstündə olan Prometey yenə özü üçün ulayırdı.

Aslan ayağa qalxıb Prometey, insanların dili ilə desək iki qoçun başı bir qazanda qaynamaz! Burda bir şah, bir ağa varsa o da mənəm! Əgər cəsarətin çatırsa gəl bura və sözünü üzümə de! Əslində aslan bununla sadəcə qorxutmaq istəyirdi.
Heranı gətirin bura, - deyə əmr etdi aslan. İki aslan və 2 çaqqal Heranı tutaraq düz aslanın qarşısına gətirdi, canavar sürüsü etiraz etmək istəsə də bir fayda verməzdi...
Prometey əgər gəlib hüzurumda baş əyməsən Heranı ancaq parçalar şəklində görə biləcəksən.

3-ə qədər sayıram əgər gəlməsən dediyim baş tutacaq dedi aslan. Prometey təşviş içində idi, sonunu düşünən qəhrəman olmaz prinsipi ilə qayadan tullanaraq aslanın olduğu yerə çatdı amma 3 saniyə tamam olmasa da aslan artıq əmr vermişdi. Heranın boynundakı şah damar artıq kəsilmişdi, sürünün canavarları - ilk Prometey olmaq şərtilə Heranın cəsədini paramparça etdilər, cəsəddən qalıq qalmadığı anda Prometey güc toplayıb özündən qüvvətli aslana doğru atıldı, o, aslanın 3/1-i boyda olsa da aslan artıq yox idi meşədə çaxnaşma baş vermişdi, bir anlıq zərbənin təsirindən Prometey özünü itirdi, heç kim nə baş verdiyini bilmirdi.

Zoopark işçisinin növbəti yeməyi gətirməsi ilə Prometeyin yan qəfəsdəki balaca canavar ilə söhbəti kəsildi. Hər ikisi yemək yeyirdilər. Zoopark nəzarətçisi Abel gələn qonaqlara  Prometeyin yalquzaq olduğunu deyirdi, yalquzaq canavarlar öz cütlərini itirəndən sonra təkliyə çəkilirlər, onu biz meşədən ölmüş öz canavar partnyorunu parçalayıb  daha sonra aslanı öldürərkən tutub gətirmişik,Prometey bura gələn gündən bəri onunla cüt olmaq üçün gətirilən 6 dişi canavarı paramparça edib və canavar qaydalarına xas olaraq ölmüş ya ölən canavardan qalıq da qalmamışdı. Nəzarətçi bunları danışdıqca Prometey və yan qəfəsdəki bala canavar söhbətə davam edirdi, bəs o gündən sonra meşədə nə oldu? Övladım 20 ildi burdayam digər heyvanların sözlərinə görə mənim müdafiə üçün etdiyim etiraz və məcbur qalıb etdiyim qətldən sonra bir də meşənin təbiət qaydaları pozulmamış heç kim digər heyvana baş əyməmişdir.
Bəs sizin etdiyinizin adı nə idi SEÇİM yoxsa Cəsarət?

Bu suala cavab verməyəcəm mənim balam, indi sənə son bir cəsarət tələb edən seçim təklif edəcəm

Qəfəslərin qapısı eyni anda açılır çubuqla su qabları götürülənə qədər 3 dəqiqə boş vaxt qalır, ya sənin qapın açılanda qaçıb çölə çıxır və bura gəlirsən ya da mənim qapım açılanda mən gəlirəm.

-Aa, niyə?

Artıq son nəfəsimdəyəm, öləcəyimi hiss edirəm. Meşədə aslana əyilməmişəm, ideyalarımdan dönməmişəm, yalquzaqlığı tərk etməmişəm indi də icazə verə bilmərəm ki, bir canavarın cəsədi insan əlinə keçə və dərimdən insanoğlu gödəkçə düzəldə. Mən və sən canavar olaraq borcumuzu yerinə yetirməliyik, sən məni öldürürsən və cəsədimi də paramparça edib dişləyib yeyirsən.
İndi bildin etdiklərim seçim idi ya cəsarət? Prometey astaca qapıya doğru yaxınlaşdı, qoca olduğu üçün nəzarətçi elə də əhəmiyyət vermirdi ona, elə bu anda gənc canavar öz qəfəsindən Prometeyin qəfəsinə doğru şığıdı və onu paramparça etməyə cəhd etdi, Prometeyin ona son sözü belə oldu ideyalar və ideallar ölmür, əlvida...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (3)