Edebiyyat.az » Proza » Ovadya - Tanrı və Vicdan

Ovadya - Tanrı və Vicdan

Ovadya - Tanrı və Vicdan
Proza
admin
Müəllif:
17:22, 17 yanvar 2022
1 338
0
Ovadya- Tanrı və Vicdan





!

(1)

   -Artıq bu olanlara dözmək olmur.

   -Nə etmək istəyirsiniz Stiv? Hər kəsi öldürək?

   -Məsələ öldürmək deyil, Elizabet!

   -Bəs nədir onda? 

   -Olanların birbaşa cavabdehliyini öz üzərinə götürən o varlığı tapmaq lazımdır.

   -Sən kimdən bəhs edirsən?

   -Tanrıdan.

   -Nə? Tanrıdan?

   -Hə, məhz ondan.

   -Stiv, siz, siiiz, siz dəli olmusunuz..

   -Dəli olmaq bu olanlara qoşulmamaqdan yaxşıdır.

   -Bir ətrafınıza baxın! Bizdən başqa sağ qalan yoxdur. Hər kəsi öldürüblər. Biz güc-bəla ilə canımızı qurtara bilmişik. Burda olmağımızdan heç kimin xəbəri yoxdur. Yoxsa biz də indi o biri dünyaya köçmüşdük. 

   -Elizabet... Elizabeet! Dinləyin məni! İndi bizim üçün bu dünya ilə dediyiniz o biri dünyanın fərqi yoxdur. Ya mənimlə gəlirsiniz və biz olanların  səbəbini tapırıq, ya da siçovul kimi burda gizlənib öz ölümünüzü gözləyirsiniz...

(Susqunluq. Məyus sima ilə ciddiyətli baxışların yer aldığı bir sifətin göz-gözə olan baxışı..İncə səsli qadının ağzından çıxan qorxunc bir kəlimə...)

   -Gəlirəm...

2.

(2666-cı il. İnsanlar arasında başlayan bir qırğın. Hər yerdə cəsədlər.Yaşı otuzu keçmiş insanların kütləvi surətdə qətli. Hər yer çalxalanıb.......)

 Səhər oyandığımda qulaqlarım küçədəki qışqırtılarla doldu. Anidən özümü itirdim. Tez ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Gördüklərim sadəcə dəhşət idi. Tarixə aid kitablarda əsrlər öncə buna bənzər bir qırğın törədən Hitler haqqında oxumuşdum. Görəsən yeni Hitlermi doğulmuşdu? Anidən qarşısında durduğum pəncərəyə tərəf baxan iki yeniyetmə qızı gördüm. Onlar mənə diqqət yetirirdilər. Mən onlara baxanda əllərindəki cihazın işığını üzümə tutdular. Sonra bir neçə saniyə gözləyib cihaza baxdılar.Susqunluq və təəccüb içərisində idim. Nə olduğunu ayırd edə bilmirdim. Qəfildən onların içərisində olduğum evin qapısına tərəf qaçdıqlarını gördüm. Nə baş verdiyini bilmədən yatağımın altına tərəf əyilib ekranı işə salan “secret tunnel’ (gizli tunel) düyməsini basdım. Taxtın qarşısındakı lift işə düşdü və mən onun içərisinə oturaraq aşağı enməyə başladım. Lifti özəl durumlar olduğunda istifadə etmək üçün bura yerləşdirmişdim. Lift aşağı enməyə başlayan kimi üzəri yenidən döşəmə ilə örtülürdü. Hələ də olanlardan xəbərsiz idim. Nə baş verirdi? 

   -Professor siz nə ilə məşğulsunuz?

   -Olanları gündəliyə yazırdım.

   -Niyə? Dünyadakı son “qocaman" insanları öldürməyə çalışanlara xatirə qalsın deyə?

   -Biz olanlara müdaxilə edə bilərik?

   -Ağlınızda nələr var?

   -Bir dəqiqə... Gözləyin. Ahaaa... Tapdım.

   -Nəyi

   -Onların mənim üzərimə tutduğu cihaz professor Mark Coysun hazırladığı cihaz idi.

   -Bu zəhrimara qalmış cihaz nələr edə bilir?

   -Doktor Markın cihazı hazırlamasında mən də köməklik etmişdim. O deyirdi ki,bu cihazdan gələn qırmızı işıq üzərimizə düşdüyü  an qolumuzda yerləşdirilən çip birbaşa bizim vikipediyamızı cihaza ötürür. 

   -Bizim qolumuzda Covid pasportunu göstərən çipdən başqa da bir çip də yerləşir?

   -Yox,yalnız odur.Vikipediya da məhz o çipdə yerləşdirilib.

   -Deməli bu cihazdan bizim üzərimizə işıq düşən kimi onlara bizim vikipediyamız məlum olur və yaşımız avtomatik olaraq görünür. 

   -Çipləri deaktiv etməliyik.

   -Bu necə baş verəcək?

   -Mən doktor Markın köməkçisi Edisondan bunu bir dəfə soruşmuşdum. Sistemdən bu çipi çıxarmaq üçün altı rəqəmli bir şıfrə yığılır və çip qolumuzda qalsa belə deaktiv olur.

   -Burda sistemə necə daxil olacıyıq?

   -Harda olduğunuzu unutmayın,Elizabet.

(Stiv labaratoriyanın  girişinə doğru getməyə başladı. Boyu onun boyundan uzun olan Elizabet də başını əyərək eyni istiqamətdə getdi.Liftin qapısının yanında dayandıqdan sonra Stiv “open"(açmaq) düyməsini sıxdı. Kiçik monitora gələn boşluğa 3 rəqəmli kodu daxil etdikdən sonra qapı açıldı. Addımını içəri atırdı ki,Elizabet olanlara sakit qala bilməyərək soruşdu) 

   -Yuxarı qalxmaq niyyətindəsiniz?

   -Çətin situasiyadayıq deyə ağlımdan imtina edib axmaq olmağa niyyətim yoxdu. Liftin içərisindəki sistem ümmdünya sisteminə bağlı deyil. Buna görə buradan çipin işləmə mexanizmini dayandırmaq olur. Çip ümumi sistemə bağlantılı olduğu müddətdə yerimizi asanlıqla tapıb bizim həyatımızı da sıradan çıxara bilərlər.

(Stiv liftin ekranındakı kiçik monitoru işə salıb işini həll etdikdən sonras Elizabetə tərəf baxaraq dərindən nəfəs aldı)

   -Qaldı əsas işimiz.

   -Nə?

   -Tanrının olduğu yeri tapmaq.

   -Məgər, o hansısa məkandadır?

(Elizabet harada və necə bir vəziyyətdə olduğunu unudaraq güldü)

   -Siz keçmişdə yaşamış insanlar kimi danışırsınız.(Stiv istehza ilə soruşdu)

   -Onun bir evi olduğunu bilmirdim.

   -Hər bir yaradıcının bir labaratoriyası var. Yazıçının labaratoriyası kitabları,fotoqrafın labaratoriyası çəkdiyi şəkilləri,alimin labaratoriyası ixtira etdikləridir. Amma Tanrının labaratoriyasının varlığından əsrlərdir insanların xəbəri yoxdur. Bunu bilən biriləri,əminəm ki,həyatda yaşayıb. Amma iş burasındadır ki,bunu aşkar etməyə,onu ziyarətə getməyə bir lüzum olmayıb. İndi isə vəiyyət tamamilə fərqlidir. Çünki,bu ümumbəşəri bir qırğındır.Unutmayın, Elizabet,dünya bəzən xilas üçün yalnız sizi gözləyir.

   -Onda çox gözlətməyək o dünyanı, -deyə Elizabet fərəh hissi ilə cavab verdi.

   -Gedək.

3.

- Bura gəlib çıxa bildiyimizə hələ də  inana bilmirəm. Biz onu tapdıq. İnsanların axtardıqları varlığı. Bu onun məkanıdır.Yəqin ki,o çox gizli yerdə olduğu üçün “gözəgörünməz" adlandırılıb. Onu tapa bilməyən başqa qrup isə “o hər insanın içindədir", -deyə başqa bir yalan uydurub. Bura onun məkanıdır. Bura “Allahın Şəhəri"dir. Bura Bakıdır. Burda idi o. Burdan hər şeyi idarə edirdi. Burdan bütün kainat imperatorluğuna  hökumranlıq edirdi. Burdan. Məhz burdan!

 

-Yenə gündəliyə qeyd edirsiniz olanları?

(yorulmuş qadın yazılanları oxuyub professordan soruşdu)

-Bir zamanlar bunu da kimsə oxuyacaq.Bunu oxuyanda insanlar axmaqlıq zənn edəcəklər,amma onlar bunu diqqətlə oxumalıdırlar. Çünki olmayan şey olmur. Olan şey isə mütləq var.

   -Bəlkə gedək?

   -Gedək...

(İçəri girdikdə hər yer qaranlıq idi. Bura işıq bayırdan da düşmürdü. Bura yalnız sensor işıqlanma ilə işıqlandırılırdı.Amma Svit bunu bildiyindən onu söndürmüşdü. Çünki onların axtarışları gecəyə qədər uzana bilərdi. Bu zaman isə diqqət çəkə bilərdilər )

   -Əlinizdəki elektron işığı üfürün (Stiv sakit səslə Elizabetə səsləndi.Professorun dediyini edən Elizabet indi onun beynini zorlayan sualı səsləndirdi)

   -Deməli, siz öz elmi tədqiqatlarınızla Bakıda məşğul olmağı boşuna seçməmisiniz. 

   -Nəyisə boşuna etməkdənsə, elə etməmək yaxşıdır.

   -Altı ildir sizin yanınızda işləyirəm, amma bu şəhəri niyə seçdiyinizi indi anlayıram. 

   -Qədim zamanlarda burdakı insanların elmi nailiyyətləri olmadığından  bu şəhəri dərk edə bilməyiblər. Yaxın on il ərzində şəhərlər, rayonlar, tamamilə, ləğv olacaq. Yalnız ölkə qalacaq. Səbəbi isə bütün dünyada sivlizasiyanın eyni səviyyədə getməsidir.Amma mən bu şəhərin adını eşitdiyim zaman bir maraq duydum və məhz bu ləğv olunma planı başlamamış buraya gəlib araşdırmalar etməyə başladım. İndi sola dön.

   -Nəyə görə məhz bu abidə.

   -Onu məndə bilmirəm. Amma Tanrının labaratoriyasının burada olduğunu anlamam mənim iki ilimi aldı.

   -Baxın bu işinizə yarayıb(Elizabet professorla fəxr edirmiş kimi cavab verdi)

   -Dayanın! (Əli ilə arxasınca gələn qadına işarə edib dayandı. Sonra isə bu divarda olmalıdır deyib sağa çevrildi.Aşağıya doğru əyilən professor əli ilə divarın tozunu sildi və dəstəyə bənzəyən nəsə gözünə sataşdı)

   -Necə açmaq lazım olduğunu bilirsiniz? (Elizabet əlindəki işığı qapıya tərəf uzadaraq soruşdu)

   -İşığı buraya doğru verin. Hə,bax bura. Ahaa. Deməli bu cür. 

(Professor sol əlini kilidin içərisinə qoydu və onu sola doğru sürüşdürdü. Bir adamın keçə biləcəyi qapı onların üzünə açıldı. İçəridən gələn ağ işıq hər ikisinin,xüsusilə də professorun gözünü dəhşətli şəkildə qamaşdırdı.)

4.

   -Bilirdim ki,yalnız sən bunu edə bilərsən.

   -Bu. Buuna necə əmin oola bildiniz?(Dili topuq vuran professor ondan soruşdu)

   -Səni yaradanı nə tez unutdun, cənab professor Svit?

   -Mən. Mən unutmadım. Mən bilirdim. Ancaq orda, yəni dünyada olanlar. Siz buna necə şərait yarada bildiniz?

   -İnsanlar daha çox ağıllanıblar. Onların ağlı olduqca yüksəkdir. Min illər boyu bu cür insan yer üzündə olmayıb. Ancaq indi hər şey o qədər dəyişib ki,idarəetmə üsulu dəyişilməlidir. İnsanları vicdanı idarə etmir. Buna görə də insanlar yer üzünü yaşlılardan təmizləyirlər. Onlar elə düşünür ki, 30 yaşı keçənlərin hamısı ölsə, dünya gəncləşəcək. Amma bütün dünyaya nəzər salanda görə bilərlər ki,ən qocaman adam belə hazırkı sivlizasiyaya  adaptasiya ola bilir. Onlar nə qədər önə getsələr də, unutmamalıdırlar ki,həyata gələn hər kəsin yaşamağa haqqı var. Son olanların kökündə dayanan səbəb bax budur, professor.

   -Bəs mənim bu işlə əlaqəm nədir? (Professor daha nitqini pozmadan soruşdu.

   -İnsanların vicdansızlığını aradan qaldırmaq üçün onlara vicdanı bundan sonra orqan halında yerləşdirəcəm. Bədənlərində necə ki, ürək var vicdan da bir orqan olacaq. İndi bu qırğınları törədənləri isə ruhsuz qoyacam və onlar bütün azadlıqlarından məhrum ediləcək. 

   -Yəni onlar həbsxanalarda saxlanılacaq?(Bayaqdan susan Elizabet Tanrıya baxaraq soruşdu)

   -Onlar ruhsuz qaldıqda heçnə edə bilməyəcəklər. Mən onların ruhunu məhv edəcəm və onlar yalnız çoxalmaq üçün yaşayacaqlar. 

   -Dünyamız boş qalacaq?

   -Elə məqam yetişir ki, yaradan yaratdıqlarını yox edərək yaradıcı olur. İndi isə, professor, gedə bilərsiniz. Hər ikiniz ölümsüzlüklə mükafatlandırıldınız. 

5.

Və biz dünyaya qayıtdıq. Heç kəsin,heç kimin olmayacağı dünyaya. Yalnız qida tapıb yeyən və çoxalmaq üçün qalan məxluqların içərisinə. Bəzən vicdansızlıq bizim hər şeyimizi əlimizdən alır. Bu zaman geri dönüş olmur. Və biz insanlar bu zaman Tanrıya qarşı nankor olduğumuzu dərk edib peşmanlıq belə çəkə bilmirik.Tanrı artıq öz islahatını bizə söyləmişdi. Mən Svit Deyşer və köməkçim  Elizabet Rouz yeni dünyanı gözləyəcəkdik. Biz bilmirdik bu dünya neçə ildən sonra mövcud olacaq,amma bilirdik ki,olacaq.Bildiyimiz isə bir şey idi,bəzən insan insansızlıqda da yaşama gücünə sahib olur. 

     Yeni dünyada görüşmək ümidi ilə...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)