Edebiyyat.az » Proza » Xalid Xancanlı - Qurban bayramına hazırlıq

Xalid Xancanlı - Qurban bayramına hazırlıq

Xalid Xancanlı - Qurban bayramına hazırlıq
Proza
admin
Müəllif:
20:39, 07 fevral 2022
1 427
0
Xalid Xancanlı - Qurban bayramına hazırlıq



 

I

 

 Yaz fəsli idi. Quşlar cəh-cəh vurur, ağaclar, otlar canlanır, hər yan sanki xonçanın bir yumurtasıymış kimi rəngbərəng olmuşdu. Lakin sakinlər narahat idi. Yaşınıçoxluğüzünə sirayət etmiş qoca dilinin ucunda -heç yaxşı şeylər olmayacaq, heyif bu havadan -dedi. Və sanki qətl törədibmiş kimi onu eşidən olubmu deyə qəfil ətrafa baxdı. Hərə öz kefində idi- olsun- dedi, bu dəfə əvvəlkindən daha ehtiyatlı idi, söz ağzından çıxarkən eyni zamanda ətrafa da nəzarət edirdi-bugün hər hansısa birinizin son günü ola bilər. Vaxt var ikəəylənin.

-Əylənin?-qocanı arxa tərəfdən eşidən olmuşdu. 

-Hə, hə... əylənin. Gör necə gözəl havadır. Gərək belə havanın ləzzətini alasan. Hərçənd belə hava həmişə ələ düşmür-təbiətə ard-arda təriflər yağdıran qocanı belə ehtiyatsızlıq etməyi təəccübləndirmişdi, səndələməkdənsə özünə gəldi- sən gizlincə mənə qulaq asırdın?

-Mən, mən sizə qulaq asmırdım. Arıqlamaqçün gəzintiyə çıxmışam və sizin yanınızdan keçirdim. Yaman kökəlmişəm, qarnım az qalır ki, torpağa dəysin.

-Deyəsən, aramızdan kimin gedəcəyi artıq bəllidir- qoca gözlərinin içinə baxaraq gülərək dedi. 

Eşitdiyi sözlər yarım yamalaq olduğüçün qocanın sirli cümləsini anlamamışdıİndi gərək nəsə olaydı ki, qoca ona diqqətlə baxmaqdan əçəkə və mövzu dəyişəydi. Bu vaxt Sava Çapar qaçaraq gəlirdi, hamı bir yerə yığışdıÖzünü raqatkadan çıxan daş kimi qəfil sürünün içinə soxdu. Tənginəfəs olmuşdu. 

- Heç bilirsiniz nə olub?- dərhal başına yığışdılar- Buynuzsuz İsmayıözünü öldürmək istəyib - hamı dəhşətə gəldi. Axır vaxtlar ölüm hadisəsi çoxalmışdıİçlərindən biri qorxaraq soruşdu:

-Bəs indi vəziyyəti necədir?

-Bilmirəm. Bir onu bilirəm ki, biz də zibildəyik. 

Hər kəsi vahimə basmışdı. Bir nəfər qorxa-qorxa irəli çıxıb dedi:     Bəlkə Tanrı İnəklə  aramızı düzəldək? Köməyini istəsək, dəyməz xətrimizə.

-Onun heç özünə xeyri yoxdu- arxadan biri çığıraraq səsləndi. İnəklərə hələ də nifrət edənlər vardı.

-Bəs kimə dua edək? Kimdən kömək istəyək?- Elə ümidsizcə baxdı ki, sanki baxışlardan ibarəşahmat oynanılırdı və o son gedişini getmişdi. Cavab gecikmədi.

-Ondan.

-Kimdən?

-Ondan da, ondan- başını qaldıraraq səmanı işarə etdi.

-Məzələnirsən? Elə odu da başımıza oyun açan...Nə isəÇalışaq həmrəy olaq. Bəlkə bir çıxış yolu tapdıq- qapı açıldı, 2 nəfəəlində iplə gəlirdi.

-Gəlirlər. Qaçın... qaçın.

Hərə ələkdən un səpələnirmiş kimi bir yerə dağıldı. Kimisi ağacın budaqları altına, kimisi daş yığınının arxasına səpələndi. Balasını qorumağçalışanlarsa ələyin xırda həlqəsindən keçə bilmədi. Hər kəgörəsən kim ələ keçəcək? deyə qaçıb ağlındakı sualla futbol oynayarkən qapı bağlandı, tutulan tutuldu. Yerdə qalanlar utancaq bir sevinc içində rahat nəfəs aldılar.

 

II

 

Məni zorla evə saldılar. Burda kimsə yoxdur. Yəni var, amma lazımlı deyillər. Addım ata bilmirəm, ayaqlarım getmir. Qabağımda yeməyim var, su da ki boldur. Yəqin küsməyim deyə könlümü almağçalışırlar. İndi bunların hamısı mənimdir? Bu ev ancaq mənə aiddir? Bilməzdim ki, haçansa bu cür sərvəəhvalımı təlx edər. Hər tərəf qapalı, qapı bağlıdır. Preslənmiş ot kimi məni də bu xarabaya sıxıblar. Dilimi bilsələr, cəhənnəm. Deyərdim ki, ay insan, bax indiyə kimi göy-göyərtidən başqa nəsə yeməmişəm. Hansısa birinizi yeməkdə könüllü deyiləm. Nə məsələdir?

 

Evi əvvəlcə 4 nəfər bölüşürdük. Xatırladıqca qəhər samanında boğuluram. Buna görə harada və necə tanış olduğumuzu söyləməyəcəm. İçimizdən birini keçən səfər harasa apardılar. Yazıq bir bağırışla, bir fəryadla getdi ki, içimdə ona olan nifrət bağırtıdan qorxub qaçdı sanki. Aramız yaxşı olmasa da nə yalan deyim, belə yoxluqda yeri görünər dəƏslində şübhəm var idi ki, onu guya şikayətimiz əsasında aparıblar. Çünki, mən yaxın və artıölən dostuma ondan gileylənəndə əsəbiləşdi. Adamlardan biri bizə su verərkən can yoldaşım yaxınlaşıb narazıçılığını bildirdi. Sonra isə iki insan aralarında danışarkən anladıq ki, sən demə dilləri tamam başqadır. Bizi çətin anlasınlar. Həm də bugün dostlarıöləndə əmin oldum. Məsələ aydındır. Demək o biri də o məsələ...

 

III

 

Gözümüönünə yamyaşıl otlarıüzərində özümü günə verdiyim vaxtlar gəlir. Çox vaxt keçməyib. Kəpənəklər budaqdan budağa qonurdu. Gözəl idilər. Cüt gəzənləri də vardı. Bəlkə də sevgiliydilər. Məndən azad olmaqlarını görəndə gözəllikləri belə üzümdə təbəssüm yarada bilmir,  içimdə daşıdığım həsəddəötrü əzab çəkirdim. Bu yaranın nə vaxtsa sağalmayacağını, təkcə ölümlə bitəcəyini bilirdim. Kaş ki, öldükdən sonra bizi düşünən biri qabağımıza çıxaydı. Qurddan, quşdan uzaq bir yerdə, bir çəmən sahilində bizə ev bağışlayaydı. Lakin başımıza bu işləri gətirən o tərəfdə bizə nələr etməz ki. Həm də ölüm onu bir də görməmək deməkdi. Guya görəndə nəsə olur ki... Yanımdan hər keçəndə qəfil diksinir, ayağa qalxır, özümü ələ ala bilmirdim. İndiyə kimi bir kəlmə belə kəsməmişik. Onsuzda vəziyyət gərgindir, bir də məni sevib əzab çəkməyini istəmirəm. Yəni az da olsa ehtimal var axı. Yaxşı, səmimi deyirəm. Çalışırdım ki, uzaq gəzim. Çünki onu hər görəndə daha da bağlanır və qəlbimə kilid vuracağını hiss edirdim. Əslinə qalsa bu heç də pis deyil. Amma biləndə ki, mən və yoldaşlarım, həm də onunçüəvvəlcədən biçilmiş son var, özümü boş arzulara düçar etmək istəmirdim. Düzü, bu çətin günlərdə xəyallara qapılıözümü aldatmaq heç də pis fikir deyil. Bir-iki dəfə sınamışam da. Lakin nəticədə yarı sevinc, yarı kədərdən doğan qəribə bir hüzün boğazımda ilişib qalır, udqunmağıma mane olur, yaşadığım həyatı həzm edə bilməməyimə gətirib çıxarırdı

Halbuki həşey başqa cür ola bilərdi deyə düşünməkdən təngə gəlmişəm. Düşünmək böyük lənətdir. Ömrümə belə acı tale yazılmışkən bir də ağıllı olub bu acılığı anlamaq dəhşətdir. Belə anlarda axmaqlıq nemət kimi görünür. Bəzi yoldaşlarıma həsəd aparıram. Təhlükə baş verməmiş qorxub qaçan deyillər. Bir yığıncaqda demişdim: Zincirlərimizdən başqa qurtulacaq nəyimiz var ki?- Əslində bu giriş cümləsi idi və kiməsə sual ünvanlamamışdım. Sadəcə bir üsyana başlamazdan əvvəl bir qığılcım yaratmaq istəmişdim. Mənə gülüb -Ayağımızda zincir var bizim? Deyəsəçox gün altında yatırsan ha-deyərəələ salmışdılar. Bəxtimi yenə sınayıb: Gəlin yaşaya bilmədiyimiz həyatıəlimizdən alınan azadlığı bizə qaytaraq. Balaca kəpənəklər belə bizdən daha azaddır- dedim. Qəfil biri məni təpiklə yıxdı: Gic-gic danışma. Bizi kəpənəklə bir tutursan? Sən bizim nəyə qadir olduğumu yaxşı bilmirsən. İstəsəm onların birini də sağ qoymaram. Elə sənin kimilərdi də irqimizi alçaldan.- Güc-bəlayla məndən uzaqlaşdıra bildilər- Nə işin var? Qoy danışsın da. Başı xarab olub yazığın. Özü də yetim uşaqdı. Gəl bu tərəfə

Əçəkmək bilməyən qəfəs döyüşçüsü susmurdu -Özü cəhənnəm, uşaqların da başını xarab edib. Keçən dəfə oğlum Buynuzsuz İsmayıl mənə sual verdi ki, Ata zincir bizim haramızdadır ki? mat qaldım. Sən balaca uşağın danışdığı şeylərə bax bir. Nə deyəcəyimi bilmədim. Bununla oturub-durduqdan sonra oğlum əvvəlki kimi deyil. Hələ bu səhəOnsuzda öləcəyik, heç olmasa bunun bir səbəbi olsun dedi. Yazıq uşağın başını necə yuyub.

-Bəs səbəbi nə idi, demədi?

-Heç nə deyə bilmədi. Döydüm.

 

IV

 

Bizim üçümüzü də evdəçıxardılar. Adətən, gedəcəyimiz yerdə yem olardı. Ogünkü hadisədən sonra şübhələnmirəm desəm yalan olar. Olmadı da. Bir insan o başda, biri də bu başda dayanıb onlara sarı gəlməyimizi gözləyir. Tərpənmirik. Sonra yavaş-yavaş üstümüzə gəlirlər. Qaçırıq qapıya tərəf ki, qayıdaq. Bir insan da ordan çıxır, dönürük arxaya. Hərə bir tərəfə qaçır. Məndəəçəkib onlara tərəf gedirlər. Bir anlıq nəsə düşünürəm. Başım aşağı, buynuz qabağa gedirəm kiminsə üstünə. Bizi güclə aralayırlar. Başqa cür kömək edə bilmirəm. Kimə ağız açım ki, kömək etsin? KiməÜçümüz də belə anda bir-birimizi səsləyib dəstək oluruq. Düzdür, mənlik işləri yoxdu. Elə hey iki dostumu tutmaq istəyirlər. Vaxtında demişdim ki, yeməyi az yesinlər, ac-göz olmasınlar. Camaatın yeməyini çox yesəəcəlin gələr. Elə özüölən dostum payımı yediyi üçüşikayətlənirdim. Birdəölərəm deyə indi etiraf etmək istəyirəm. Günahkaram. Əslində hadisəni bilərək qızışdırmışam.

Qayıdaq üçümüzə. Mən etiraf ritualını yerinə yetirərkən dostlarımı çoxdan aparmışdılar. Hirsimdən hasarı dağıtmaq istəyirdim. Üstündən o yana keçməkçün dəfələrlə cəhd etdim. Alınmırdı. Dayanmırdım. Dostlarımın bağırtısını eşitməyim deyə var gücümlə qışqırırdım. Qapıdan keçmək mümkün deyildi. Balaca ara var idi. Sadəcə ordan həşeyi görmək olardı. Bu hasar, qapı, xırda ara... nəsə etmək olar. O tərəfə keçmək olar. Onlar aça bilmişdi axı qapını.

Qapı açıldı. Qorxumdan geriyə getdim. Daha buynuzumu harasa soxacaq əsəb qalmamışdıİçəri kimsə girmədi, yəqin gərək deyiləm. Çıxdım. Və qaçdım. İkinci dəfə görmək istəmədim.

 

Epiloq

 

Əvvəllər yaşadığım evdə bir qoyun tanışımız yemin ardınca su içmişdi. Tənbeh etdik, biraz gözlə, içərsən, dedik, qulaq vermədi. O ki var suya girişmişdi, yanığ oğlu. Köpüöldü

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)