Edebiyyat.az » Proza » ŞvartsMan - Liza (hekayə)

ŞvartsMan - Liza (hekayə)

ŞvartsMan - Liza (hekayə)
Proza
admin
Müəllif:
22:04, 02 iyul 2024
454
0
ŞvartsMan - Liza (hekayə)




 Bakıda  isti  günlərdən  biri  idi. Əsl  pivə  içmək  havasıydı. Uşaqlarla  yığışdıq, “Deja Vu”ya  getdik. Dörd pivə  sifariş  verdik. Bokalı  dodaqlarıma  toxunduranda  gözlərim  birini  gördü. Mavi  gözlü, balaca, sarışın  qısa  saçlı  şirin  bir  qız  idi. Mənə  nəyisə  xatırladırdı. Bir  qədər  fikirləşdim, elə  bil  uzaq  yerlərə  getmişdim. Birdən  ayıldım. Bu  gözəlliyə  tamaşa  etmək  çox  gözəl  idi. Amma  onu  yaxından  tanımaq  daha  gözəl  olardı. Tanış olmağa  utanırdım. Belə  bir  gözəllik  aramızdakı  məsafəni  uzaqlaşdırırdı. Söz  deməyə  belə  çəkinirdim. Heç  nə  demədim. Pub  bağlanana  kimi   uşaqlarla  oturduq. Qızın  işdən  çıxmağını  gözlədim. Uşaqlar  dağılışdı, hərə  bir  tərəfə  getdi. Mən  onu  uzaqdan  izləyirdim. Evlərinə  qədər  izlədim. Bu  izləmə  bir  neçə  gün davam  elədi. Sanki  yaxınlaşmağa  qorxurdum.


Bazar  günü  idi. Yenə  işdən  çıxanda  onun  arxasıyca  getdim. Onu  izlədiyimi  artıq  bilirdi. “28 May”  metrosuna  çatdıq. Qulağından  qulaqcığı  çıxarıb  mənə  tərəf  dönüb dedi:


-Fikir  verirəm  neçə  gündür  məni  izləyirsən. Niyyətinin nə  olub-olmadığını  bilmirəm. Amma  onu  bilirəm  ki, bizdə  heç  nə  alınmaz, -təəccübləndim. Niyəsini  soruşdum. Gülümsəyərək “lezbiyan”  olduğunu  dedi. Həqiqətən  təəccüblənmişdim. Bu  cür  gözəl  qız  nə bilim ee... Bir  az  pis  olmuşdum. Bilmədim  nə edim. Qatar  gəldi  və  o  getdi..


Bir  müddət “Deja  Vu” ya  getmədim. Hardasa  bu  hadisədən  1 ay keçmişdi. Kefim  yaxşı  idi. Bir az  da  pulum  var  idi. Fikirləşdim, gedim “Deja Vu”da  oturub içim. Evdən  çıxıb ora  getdim. Onunla  üz-üzə  gəlmək  istəmirdim. Eyni  zamanda  da  onu görmək   istəyirdim. “Deja  Vu”ya  çatıb  barni  stoykaya  yaxınlaşdım. O,  mətbəxdəydi. Turaldan  pivə  istədim. Tural  Pub-ın sahibi  idi. Tural  onu  çağırıb  ondan  pivə  verməyi  xahiş  etdi. O,  mətbəxdən  çıxdı, məni  gördü  və  gülümsədi. Əlini uzadıb  görüşdü:


-Neçə  vaxtı  hardaydın, məni  evə  ötürən yox  idi? –zarafatla  söz  atdı. Bununla  mənim  onu  izlədiyimə  narahat  olmadığını  bildirdi.


Gülümsədim. İşlərimin  çox  olduğunu, vaxt  tapa  bilmirdim  kimi  şablon  bəhanələr  gətirdim.


-Düzdü, həmişə  sənin  arxanca  düşürdüm, -dedim, - amma  bu  dəfə  səni  özüm ötürmək  istəyirəm.


-Problem  yoxdur. İşdən  çıxanda  ötürərsən.


Pivə  içə-içə qızın işini  bitirməyini  gözlədim. Amma  hələ  də  qızın  adını  bilmirdim. Gülümsəyərək  soruşdum :


-Xanım, adınızı  bilmək  olar?


-Bəli, cənab. Adım  Lizadı –qucaqlayıb  güldü.


Qızın işi qurtardı. Pub-dan  çıxdıq. Motosikleti  işə  saldım. O da  arxada  əyləşdi. Asta  sürətlə  söhbət  edərək  gedirdik. Elə  belə  söhbətlər. Yazmağa  dəyməz. Evə  ötürdüm. O  gündən  onu  görmək  ya  görüşmək  üçün  “Deja  Vu”  ya  gedirdim. Gəzirdik, söhbət  edirdik, vaxtımızı  şən  keçirirdik. Yalnız  dost  kimi. Bu da  mənə  bəs edirdi. Əsas  odur  o,  mənim  yanımdadır.


Hər  gün  Whatssap-da danışırdıq. Bir  müddət  yenə  “Deja  Vu” ya  getmədim. Sonra  dostlarından  eşitdim  ki, Lizanın  sevgilisi  var. Həqiqətən  inanmaq  istəmirdim. Ya  oğlan  çox  yaraşıqlı  idi, ya  mən  çox  çirkin  idim. Sonradan  oğlanı  görəndə  Lizanın  seçimini  alqışladım. Bu  yeni  partnyor   Lizanı  məndən  soyutmuşdu. Anladım  ki, artıq  o  mənim  deyil. Amma  yenə  də  əlaqə  saxlayırdım.


Sonra  ikinci  bəd  xəbəri  aldım: Liza  həmin  dağıstanlı  oğlanla  evlənib, artıq  hamilədir. Bu  xəbərə  heç  bir  reaksiya  vermədim. Onların  sevgili  olmalarından  anlamışdım  ki, belə  olacaq.


Qəribəsi  budur ki, biz  görüşdük. O, əri  və  mən. Və  birdə  Lizanın  bətnindəki  körpə. Xoş  gün  keçirdik  dostyanə.


Sabahsı  gün  Face-də  Liza  Axmedovanın  ölüm  xəbərini  eşitdim. İnanmadım. Dağıstanlıya  zəng  etdim. Dedi  ki, elədir, Liza  ölüb. Doğuş  zamanı qan  itkisindən  uşaq  da, özü  də  öldü. Bəlkə  də  Liza  bilə-bilə  bu  nəticəni  seçdi. Axı  o, lezbiyan  idi. Onu  lezbiyan  edən  bədənindəki  xəstəliklər  idi. Bilmirəm  nə  xəstəliklər  idi, amma  bilirəm ki, ona  oğlanla  seks  ya da  uşaq  dünyaya  gətirmək  olmazdı. O  da  bunu  bilirdi.


13  iyun  2016 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)