Yazıçı Rövşən Yerfinin " Müqəssir " əsərinin müzakirəsi
Proza
16 aprel 2019-cu il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsində (H.Cavid prospekti 115, 4-cü mərtəbə otaq 465 ) Rövşən Yerfinin “Müqəssir” adlı kitabı müzakirə olundu. Kitabın müzakirəsində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, böyük elmi işçi Mənzər Hüseynova, elmi işçi Hənifə Səlifova, şöbənin lobarantı Turan Qasımova iştirak etmişlər.
Povestin ideyası, əsas məziyyətləri geniş təhlil edilmişdir. Vurğulanmışdır ki, əsər günümüzün həqiqətlərini əks etdirir və hər bir yeniyetmənin, gəncin bu kitabı oxuması məqsədəuyğundur.
Sonda kitabın müəllifi Rövşən Yerfi çıxış edərək müzakirə zamanı deyilən iradları gələcək əsərlərində nəzərə alacağını qeyd edərək, səmimi fikirlərinə görə müzakirə iştirakçilarına minnətdarlığını ifadə etmişdir .
Mövzuya uyğun linklər: