Edebiyyat.az » Proza » Nazilə Hejari "Ovod" əsəri haqqında

Nazilə Hejari "Ovod" əsəri haqqında

Nazilə Hejari "Ovod" əsəri haqqında
Proza
nemət
Müəllif:
15:31, 25 aprel 2019
2 346
0
Nazilə Hejari "Ovod" əsəri haqqında



Artur - Rivares Feliçe, yoxsa Ovod?


Artur, Rivares Feliçe, yoxsa Ovod?

Hansı daha çox ağrıdar qarşısındakini?

Arturmu? -mülayim, gözləri dəniz mavisi, saf təbiətli uşaq.

Rivares Feliçemi? -dağları özünə məskən salan inqilabçı? Yoxsa haqsız olanı sancan,qanını əmən Ovodmu?

Ovod mozalan deməkdir. Mozalan bizim gözümüzə iyrənc görünən bir milçək,yararsız bir həşəratdır. Ürək bulandırır elə deyilmi?

Artur təmiz və inamlı birindən düşmənlərinin ürəklərini bulandırmağı haq saymış ateist bir Ovoda çevrilir.

Görəsən, belə inamlı bir gənc niyə birdən-birə Allahla özünü bir tərəziyə qoyur?

Birdən –birə yazdım. Həqiqətən, bu birdən-birə olur?

Əslində həyat deyilmi bizi olduğumuzdan fərqli birinə çevirən?

Kimdir müqəssir? -bir üzünü çevirib,digərini göstərən. Ovod, yoxsa bizi bəzən insanlıqdan çıxaran həyat şərtləri?

Artur atasının həsrətiylə anasının ölümündən sonra Montanellinin müqəddəsliyinə sığınmış bi gəncdir. O, ruhani atası - əslində, öz atası olan Montanellini ilahlaşdırır. Artur damarındaki ingilis qanıyla vətəni İtaliyanın rifahı üçün əlindən gələni əsirgəməyən inqilabçı ruhlu bir yeniyetmədir. Onun kövrək ürəyi avstriyalıların pəncələrindən azad olmuş, İtaliya Respublikası üçün çırpınır. O, öz vətən davasına Cemmaya olan sevgisini də qatır. Artur və Cemma uşaqlıqdan gələn bir dostluqla gələcəyin iki möhkəm vətənpərvərinə çevrilirlər. O, Cemmanı uzaqdan, ona toxunmadan,əlinin istisini əlində hiss etmədən sevir. Necə məsum, necə pak...

Artur çox sevdiyi iki insandan həyatında almış ola biləcəyi ən böyük zərbəni alır. Sevdiyi qız onu partiyaya olan xəyanətdə günahlandırır. Cemmanın Artura vurduğu tək şillə onun üzündəki yara izindən daha dərin iz qoyur. O, bu şillənin mənəvi acısını 13 il boyunca hiss edir. Montanelli isə ona tək,yeganə balasına yalan demiş və ondan keşiş olduğu üçün imtina etmişdir. Bunu öyrəndikdən sonra o həyatın ikinci ağır zərbəsini alır.

 Burda dayanaq və özümüzə bir sual verəkBəs sonra nə etməlidir Artur? O öz həyat filmini yalançı ölümlə sonlandırıb, qaça bildiyi qədər hər kəsdən və hər şeydən uzağa qaçır. Bəs özündən qaçmaq olarmı? Nə bir qarış qabağa, nə də bir qarış arxaya olmaz. Əsər o qədər insanın damarına işləyir ki, onu oxuduqdan sonra insan bir müddət özündə olmur. Qəhrəmanın hisslərini yaşayırsan,onun düşüncələrini beyninə həkk edirsən. Onun ürəyini ürəyinə,beynini isə beyninə taxırlar sanki. Və sən çevrilib Ovod olursan.

 Ovod o qədər çox sevir ki atasını, hətta onu Allaha, onun oğlu İsaya belə qısqanır. Amma o,öz sevgisini yox, atasına olan təməl tutmamış dayaz nifrətini göstərir. Çunki, o bağışlaya bilmir. Yox, o eqoist deyil. O hələ də ata həsrətini çəkən, gözlərinin rəngini anasından almış balaca bir oğlan uşağıdır. Hansı uşaq ürəyi tab gətirə bilər ki ata həsrətinə? Hansımıza asan olar ilahiləşdirdiyi atasının onu yox, Allahı seçməsi?

Montanelli sevmirmi sanki balasını? O sevir. Oğlunun  gözlərinə baxanda sevdiyi, amma itirdiyi qadını görür. Amma o Allahını, sanki, daha çox sevir. Gəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?

Hər sevgi alidir, həm Allah sevgisi, həm Vətən sevgisi, həm yar sevgisi. Sevgini sevgidən ayırmayaq. Gəlin sadəcə sevək...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)