Nihat Piriyev - Ölümdən gələn səs
Proza
Nihat Piriyev - Ölümdən gələn səs.
Anamın naləsi qulaq batırır. Dizini döyməkdən, dizləri qapqaradı. Lap mənim bu qara bəxtim kimi. Ağlayıb, üz-gözunü didişdirməkdən sifəti də tanınmaz hala düşüb. O qədər insafsızcasına daddırdım ki ona bu ölümümü çətin məni bağışlaya.
Elə hey özünü günahlandırır, özünü danlayır. Ölümüm üçün əsla səbəb olmayan çox şeyi özü üçün səbəb seçib. Həm təsəlli tapır, həm də danlaq. Onun yanında bu qədər utanacağımı bilsəydim, bəlkə də ölməzdim. Çox insafsızdır bu ölüm, çox. Elə mən də.
Atam sakitcə divanın bir küncünə qısılıb oturub. Heç vaxt dikəlməyəcək dərəcədə çöküb çiyinləri. Gah əllərini qoynunda birləşdirir, gah yanına salır, gah da dizinə döyəcləyir. İçini soyutmağa bir duruş tapa bilmir sanki. Arabir dərindən çəkdiyi ah isə ölü cismimi belə az qalır ki, oyatsın, ayaqlarına düşüb, üzr istətsin.
Yazıq heç anamı sakitləşdirməyə cəhd də eləmir. Bəlkə də mümkünsüz olduğunu bilir.
Arabir əlini alnında gəzişdirə-gəzişdirə başını yelləməsi yəqin onun da ölümümə özündən uydurduğu hansısa səbəblərdən doğan reaksiyadır.
Bacımın ağlamaqdan yorulub, tükənən bir halı var. Başını qara bir şalla sıxıb, divarın küncündə çənəsini dizinə dayamış şəkildə oturub. Bircə dizlərini əsdirir. Qalan bütün vücudu boyunca "səssiz"dir.
Qardaşım hələ gəlib çıxmayıb. Yəqin ona xəbər eləməyə cürətləri çatmır hələ.
Sevdiyim. Bu dəqiqə ən çox ona yazığım gəlir. Anasından, atasından gizlin kiməsə görə ağlamaq. İçində səsini boğa-boğa ağlatdığım üçün ondan da Tanrı qarşısında üzr istəyəcəm. Əgər ona kimi məni unutmasa.
Dostlarım. Mənim dostum yoxdur. Yaxınlarım var biraz. Onlardan da hələ ki, ölümümdən xəbər tutanı yoxdur.
***
Torpağın qoxusunu hiss edirəm. Bu qaranlıq, dar, soyuq yer isə, deyəsən, "son mənzil" olmalıdır. Yəni, ölümün dəhşəti elə bura qədərmiş, hə?
Kimsə torpağımı didişdirir, toxunuşunu hiss edirəm. İçin-için ağlamasını, torpağımı qoxumasını, öpməsini. Çox doğmadır bu barmaqların istisi, nəfəsi. Bu odur. Sevdiyim. Görəsən, evdən necə çıxıb gəlib bu saatda? Bəs qəbirsanlığın vahiməli havasından qorxmur? Yox, niyə qorxsun ki? Hələ də mənə
güvənir, hələ də yanında olduğuma inanır axı... Ax, sevdiyim, ax... Sənin məni bu qədər sevdiyini heç bilmirdim, açığı. Torpağımı qoxuyacaq qədər böyük sevgi varmış sənin o balaca ürəyində. Bu qədər ölüm vahiməsi içində hələ də səninlə olduğumu düşünəcək qədər böyük sevgi... Bağışla məni, sevdiyim, bağışla məni...bağışla...
Anam bu gün də gəlmişdi. Hələ də qurumayıb göz yaşları, hələ də özünü danlamaqdan yorulmayıb, hələ də bezməyib ölmüş oğlunu əzizləməkdən. Üzündə qalmış dırnaq izlərinin hər bir millimetri məni özlüyümdən iyrəndirir. Onun günəş qədər işıqlı siması bircə telefon zəngi ilə sönüb, qaraldı. Heç vaxt işıqlanmayacaq kimi. Mən qaraltdım onu, mən...mən...mən...! Boy-buxununa qurban olduğu mən!
Uuzaqdan yorğun, sönük addımlar eşidirəm. Atdığı hər bir addım, addımlarının xışıltısı bir az doğmalıq sezdirir mənə. Atamdır. Tək-tənha gəlib yanıma. Darıxıb oğlu üçün. Darıxıb bütün mübahisələrimiz üçün. Darıxıb məni danlamaq üçün.
Mən elə bilirdim ki, öləndən sonra hər şey bitir, ata!
Mən elə bilirdim ki, ölüm qurtuluş deməkdir!
Mən elə bilirdim ki, mən elə bilirdim ki, heç vaxt sənin göz yaşlarını görməyəcəm. Gördüm, ata, gördüm. O gün gördüm, cansız bədənimə toxunanda, köynəyimin yaxasını ən vəhşi ehtirasla parça - parça edib, üzünə sıxanda. Mən, əslində, bax elə onda öldüm, onda öldüm, ata, onda öldüm! Sən axı "kişilər ağlamaz" deyirdin. Nə oldu, kişi kimi böyütdüyün oğlun ağlatdı səni, hə?
***
Bu gün onun nişanıdır. Yenə tək, yenə qorxusuz, yenə əvvəlki kimi sevgili addımlarıyla gəlmişdi. Elə gözəl, elə həsrətlə baxırdı ki. O baxışlardan oxudum ki, nə bu 40 gün, nə gələcək 40 ay, nə də olası 40 il məni ona unutdurmayacaq. Daha arxayınam, olduğumdan daha arxayın! Buna görə sənə minnətdaram, sevgilim, minnətdaram!
Bu səhər yenə Tanrı torpağa toxundu. Bəyazlara bürünmüşəm. Amma bu qar dənəcikləri əvvəlki qədər sevindirmir məni. Uşaqlıqda qış olan kimi hər gecə yatmazdan əvvəl dua edirdim ki, səhəri qar yağsın. Yağmayanda ona qarşı içimdə uşaq kini yaranırdı, yağanda isə təşəkkür etməyi həmişə unudurdum. İndi ediləsi bir duam yoxdur, amma Tanrı qarını əskik etmir məndən. Soyuğunu da.
...qardaşımın hıçqırtılarını eşidirəm. Əli ilə üstümdəki qar örtüyünü təmizləyir. O da daha qara sevinmir. Onun da qar sevinci mənimlə torpağa basdırıldı.
Hər kəsin sevincindən nəyisə qoparmış kimi hiss edirəm özümü. Anamın gülüşünü almışam, atamın dik qamətini, bacımın fəxrini, qardaşımın isə... Yox, onun itkisini, deyəsən, mən belə hələ də dərk edə bilmirəm. Qardaşını itirib o, qardaşını...
İlahi, axı sən necə bağışladın məni!? Necə?
***
Düz deyirlərmiş, torpaq insanı udur. Və unutdurur. Daha eşitdiyim səslərdən başqa heç nə ilə özümü hiss edə bilmirəm. Anam gəlib-getməkdən sanki qəbirsanlıqdan qəlbinə kimi bir cığır çəkib. O cığır hər dəqiqə, hər saniyə onu yanımda hiss elətdirir. Qoymur tək qalım, qoymur ölüm qorxusu məni bürüsün, qorxutsun.
Yavaş-yavaş dünya ilə əlaqəm kəsilir. Səsləri aydın eşidə bilmirəm, hər yer dumana bürünmüş kimidir. Amma az da olsa baharın qoxusunu hiss edirəm. Donmaqda olan məzarıma yenə Tanrı yetirdi özünü. Sanki yaz vaxtından daha əvvəl gəlib. Torpağımın üzərini də yavaş - yavaş ot cücərtiləri örtür. Torpağa qarışmış kimi hiss edirəm özümü. Gəlib-gedən də yoxdur, unuduluram, deyəsən, unuduluram.
Hamı kimi! Ölüb gedən hamı kimi!

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Kamran Səməd - Azaliya