Edebiyyat.az » Proza » Volter - Xeyirxah bramin haqqında.

Volter - Xeyirxah bramin haqqında.

Volter - Xeyirxah bramin haqqında.
Proza
Necef Esgerzade
Müəllif:
12:45, 08 iyun 2019
1 438
0
Mənə  dünyanı  səyahətlərim zamanı  bir yaşlı braminlə  görüşmək  müyəssər olub.   Bu bramin müstəsna müdrik ,    çox hazırcavab və dedikcə elmli və həm də  varlı  adam idi.  Varlılığı da ona xüsusi  olaraq müdrik olmağa imkan verirdi , çünki heç nəyə ehtiyacı yox idi və  heç kimi də aldatmağa ehtiyacı yox idi.  Təsərrüfatında üç gözəl qadın komıkçisi var idi .  Bu gadınlar braminin hər  işinə  yaramağa çalışırdılar.  Bramin onlarla əylənmədiyi vaxtlarında  dərin düşüncələrə qərq olurdu .
 
Füsunkar bağları ilə əhatə olunmuş  evinin yaxınlığında  yaşlı , mömin və  səfeh bir hindu qadın yaşayırdı.
 
Bir dəfə  bramin mənə dedi :  “ Mən dünyaya heç gəlməməyə üstünlük verərdim”.  
Mən ondan  niyəsini soruşanda  , o  belə cavab verdi  :” Mən elmlə artıq 40 ildir ki, məşğulam. Bütün bu illər hədər yerə  sərf olunub. Mən başqalarını öyrədirəm , amma özüm tam xəbərsizəm. Bu hal mənim üçün  elə  alçaldıcı və ürəkbulandırıcıdır ki, yaşamağa daha tabım yoxdur. Mən zaman daxilində anadan olmuşam və yaşayıram , amma zamanın nə olduğunu bilmirəm. Müdriklər demiş , mən iki əbədiyyətin arasındakı  nöqtədə yerləşirəm , amma   əbədiyyətin nə olduğu  haqqında heç təsəvvürüm yoxdur.  Mən  hansısa bir  maddədən  ibarətəm.  Mən düşünürəm , amma fikirlərrim harada doğulur , onu bilmirəm.  Mənə məlum deyil ki,   anlamaq ,  mənə xas olan -  yerimək və qidanı həzm etmək kimi sadə  xüsusiyyətdir  ?  Mənə məlum deyil ki,   əllərimlə nə isə götürdüyüm kimi ,  başımla da bu tərzdə  fikirləşirəm  ya yox . Mənə məlum olmayan  təkcə  fikirlərimin mexanizmi deyil , hərəkətlərimin  mexanizmi  də  mənə gizlidir.  Mənə mövcudluğumun səbəbi bəlli deyil .  Bununla yanaşı  hər gün mənə bu barədə  suallar verirlər. Sualları  cavablandırmağa məcbur olub ,  çox danışıram.  Amma ağıllı – başlı  heç bir izah verə bilmirəm.  Təşvişə düşürəm , öz  - özümdən utanıram. 
Məndən Vişnu`nun Brahma`dan yarandığının həqiqət  olduğunu yaxud onların hər iksinin  əzəli olduğunu soruşanda , halım daha da pisləşir. Tanrı  şahiddir ki,  bu barədə heç nə bilmirəm və  cavablarımdan da bu  hiss olunur.   “Ah, möhtərəm ata , - deyə  mənə müraciət edirlər – niyə  şər yer üzünü bürüyüb ? ” Mən özüm də bu sualın qarşısında  , sualı verənlər kimi  çıətinlikdə qalıram. Hərdən  mən onlara deyirəm ki, dünya gözəldir , lakin müflisləşmiş və  müharibə dövründə  şikəst olmuşalar mənə  inanmırlar.  Elə  özüm də özümə inanmıram.  Buna görə də bilik  yanğısı  və  özümün məlumatsızlığımdan  məyusluq duyub ,  evdə qapanıram.  Qədim müqəddəs yazıları oxuyuram.  Onlar isə  zülməti daha da tündləşdirir.  Dostlarıma müraciət edirəm.  Onlar isə  deyir ki,  gərək  dünyadan həzz alasan , insanlara məhəl qoyma.  Bəzilərinə  isə elə gəlir gəlir ki,  guya nə isə bilirlər ,  əslində isə  sərsəmləməklə cəfəng nəticələrə gəlirlər.  Bütün bunlar mənə hakim kəsilmiş hissləri daha da şiddətləndirir.  Bəzən ,  illərlə etdiyim axtarışlardan sonra haradan gəlib hara getdiyimi , nə olduğumu və nə olacağımı bilməməyim  məni  ümidsizliyə  sürükləyir. “
 
Bu insanın halı məni əsl hüznə qərq etdi. Başqa belə zəkalı və ləyaqətli insan tapmaq olmazdı.  Mən anladım ki, onun zəkası  nurlandıqca və ürəyi daha çox həssas olduqca , o özünü  daha çox bədbəxt  hiss edir.
 
Həmin gün mən qonşuluqda yaşayan qadınla da danışdım.   Mən ondan soruşdum ki,   ruhunun necə təşkil olunduğunu  bilməməsi heç onu  məyus edibmi?   Qadın hətta sualın özünü  başa düşmədi.  Qadın ömrü boyu bir dəfə də olsa , Braminə  rahatlıq verməyən  müəmmalı  sualları özünə verməmişdi .  Qadın sidq ürəklə Vişnu`nun fərqli təzahürlərinə inanırdı və Qanq çayından “dəstımaz” üçün   su tapanda , özünü dünyanın ən xoşbnəxt qadını sayırdı.  Mən bu miskin varlığın özünü xoşbəxt  hesab etməsinə   heyrət etdim və  filosofun yanına qayıdıb ,  ona dedim : “Sizin qonşuluğunuzda yaşayan, heç nə haqqında düşünməyən  və hər şeydən razı  olan mexaniki  məxluq varkən ,   özünüzü  bədbəxt hesab etməyə vicdanınız  necə  yol verir ? ”
 
-Siz haqlısınız , - deyə  cavab verdi, - yüz dəfələrlə öz - özümə demişəm ki, qonşu qadın kimi  səfeh olsaydım , xoşbəxt olardım.  Amma hər halda mənə belə xoşbəxtlik lazım deyil.  
 
Braminin bu sözləri  məndə daha dərin təəssürat  oyatdı.  Özüm haqqında düşündüm və  anladım ki,  əgər xoşbəxt olmaq üçün ağılsız olacağamsa, heç mən də belə  xoşbəxtliyi  arzulamazdım.
 
Öz fikirlərimi filosoflara  izah etdim və onlar mənimlə razılaşdılar. “Lakin bu düşüncə tərzində  müdhiş bir  ziddiyət var, -  mən dedim , - axı  söhbətin mahiyyəti nədir ?  Mahiyyət  xoşbəxt olmaqdır.  Axmaq və ya ağıllı  olmağın nə fərqi var ?  Bundan əlavə , taleyindən razı olanlar hamısı əmindilər ki, məhz razıdırlar.  Bu barədə  düşünənlər isə , mühakimələrinin sağlam düşüncəyə əsaslandığına əmin deyillər. Beləliklə ,  aydın olur ki , sağlam düşüncəyə  malik olmamağa üstünlük verməliyik, çünki sağlam düşüncə  bizim bədbəxtliyimizə yol verir.”
 
Hamı mənimlə razılaşdı  , amma , buna baxmayaraq heç kim xoşbəxt olmaq üçün axmaq olmaq istəmirdi.  Buradan da belə nəticyə gəldim  ki, əgər xoşbəxtliyimizi dəyərləndirirksə,  ağlımızı dah çox dəyərləndiririk.  Lakin diqqətlə düşündükdə  görürük ki,  ağılı  xoşbəxtlikdən üstün tutmağın özü də  ağılsızlıqdır.  Bəs bu ziddiyyəti necə izah edək ? Bütün digər ziddiyyətlər kimi . Bu barədə  danışmağa dəyər. 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)