Edebiyyat.az » Proza » Vaslav Havel - "Gücsüzlərin gücü" əsərindən bir hissə

Vaslav Havel - "Gücsüzlərin gücü" əsərindən bir hissə

Vaslav Havel - "Gücsüzlərin gücü" əsərindən bir hissə
Proza
nemət
Müəllif:
20:34, 08 fevral 2019
1 541
0
Vaslav Havel - "Gücsüzlərin gücü" əsərindən bir hissə
İdeologiya dünyayla ünsiyyətin qəlp üsuludur. O, in‐
sana şəxsiyyət, ləyaqət və mənəviyyat illüziyası yaradır,
eyni zamanda şəxsiyyətdən, ləyaqətdən, mənəviyyatdan
üzülüşməyi insanlar üçün asanlaşdırır. Fövqəlşəxsi və
obyektiv bir şey kimi, ideologiya insanlara öz vicdan‐
larını aldatmağa, əsl vəziyyətlərini, şərəfsiz həyat tərz‐
lərini özlərindən və dünyadan gizlətməyə imkan verir.
O, çox praqmatik, eyni zamanda yuxarıda, aşağıda
və hər hansı tərəfdə olanların legitimləşdirilməsinin
məlum ağırbatman üsuludur. O, insanlara və Tanrıya
yönəldilir. O elə bir örtükdür ki, insanlar öz düşkün‐
ləşən varlıqlarını, bayağılaşmalarını, status‐kvoya
uyğunlaşmalarını onun arxasında gizlədə bilirlər. O elə
bir bəhanədir ki, ondan dünyanın bütün zəhmətkeşlə‐
rinin birləşməsi marağı arxasında öz işini itirmək qor‐
xusunu gizlədən dükançıdan tutmuş fəhlə sinfinə
xidmət ifadələri arxasında gizlənən, əslində isə ha‐
kimiyyətdə qalmaq istəyən ən yüksək vəzifəli şəxsə qə‐
dər, ‐ hər kəs istifadə edə bilər.
Buna görə də ideologiyanın əsas bəhanə funksiyası
post‐totalitar sistemin qurbanı və dayağı olan insanlar
üçün elə bir illuziya yaratmaqdır ki, guya ideologiya
insanın və kainatın istəklərilə, qaydalarıyla harmoni‐
yadadır.
   Diktatura nə qədər balacadırsa və cəmiyyətin müa‐
sirliyi baxımından az təbəqələşibsə, diktatorun iradəsi
o qədər birbaşa həyata keçirilə bilər, başqa sözlə desək,
diktator dünyayla bağlı mürəkkəb proseslərdən və ide‐
ologiyanın ehtiva etdiyi özünü‐bəraətdən yayınaraq,
çılpaq dissiplindən istifadə edə bilər. Ancaq hakimiyyət
mexanizmləri mürəkkəbləşdikcə, diktaturaların əhatə
etdiyi cəmiyyət böyüdükcə və təbəqələşdikcə, diktator‐
lar daha uzun müddət hakim olduqca, kənardan daha
çox adam onlarla əlbir olmalı və ideologiyaya, ideoloji
bəraətə daha böyük əhəmiyyət yüklənməlidir.
İdeologiya rejim və insanlar arasında körpü rolunu
oynayır, onun vasitəsilə rejim insanlara, insanlar rejimə
yaxınlaşır. Bu, ideologiyanın post‐totalitar sistemdə
niyə belə mühüm rol oynadığını göstərir: fərdlərin, ier‐
arxiyaların, ötürücü vasitələrin, rejimin bütövlüyünü
heç nəyi şansa buraxmayaraq, çoxsaylı üsullarla təmin
edən dolayı manipulyasiya vasitələrinin mürəkkəb
maşını, ‐ bəraətsiz və maşının hər bir hissəsi üçün
bəhanə kimi fəaliyyət göstərən ideologiyasız, sadəcə
olaraq, ağlasığmaz olardı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)