Edebiyyat.az » Proza » F. Nitsşenin "Zərdüşt belə deyirdi" əsərindən

F. Nitsşenin "Zərdüşt belə deyirdi" əsərindən

F. Nitsşenin "Zərdüşt belə deyirdi" əsərindən
Proza
nemət
Müəllif:
22:40, 09 fevral 2019
1 649
0
F. Nitsşenin "Zərdüşt belə deyirdi" əsərindən

MİN BİR MƏQSƏD HAQQINDA

Zərdüşt çox ölkələr gəzdi, çox xalqlar gördü: hər dürlü xalqın xeyrinə də bələd oldu, şərinə də. Cümlə cahanda xeyirdən və şərdən ulu qüvvət tapmadı.

Heç bir xalq özünə qiymət qoymadan yaşaya bilməz. Əgər o, özünü qoruyub saxlamaq istəyirsə, verdiyi qiymət qonşununkunun eyni olmalıdır.
Bir xalqın yaxşı dediyi şey başqasında eyib və rüsvayçılıq sayılır: belə gördüm. Burada lənətlənən çox şeylər orada dəfnə çələngi ilə bəzədilir.
Qonşu qonşunu heç vaxt anlamayıb: onun qəlbi müdam qonşunun axmaqlıq və qəddarlığından qana dönüb.
Hər xalqın başı üstündə xeyirxahlıq lövhəsi asılıb. Yaxşı bax, bu, onun özünü yenmə lövhəsidir, bax, bu, onun hakimiyyət istəyinin səsidir.
Ona çətin görünən hər şeyi tərifləyir: labüd və çətin şeyləri yaxşı, onu ən
böyük ehtiyacdan qurtaran nadir və müşkül şeyləri isə müqəddəs adlandırır. Bu, ona hökm etməyə, zəfər çalmağa, qonşularını qorxu və həsəddən çatlatmağa, onların gözünü qamaşdırmağa imkan verir:
Özü bunu zirvə, labüd başlanğıc, meyar və hər şeyin mənası sanır. Doğrudan da, qardaşım, bir xalqın ehtiyacını, torpağını, səmasını, qonşusunu tanısan, onun qələbələrinin sirri də, nəyin naminə əydəmli, pillələrlə gücə – sitəm ümidlərinə sarı dırmandığı da sənə əyan olar.
«Daim birinci olmalı, hamının önündə dayanmalısan: sənin qısqanc qəlbin
dostundan savayı heç kimi sevməməlidir» – bu sözlər yunanın qəlbini sarsıtdı və o, öz möhtəşəm yolunu getdi. «Həqiqəti söylə, ox-yayla usta davran» – bu, mənim adımın da mənsub olduğu xalqa – adı mənim üçün eyni dərəcədə əziz və ağır olan bir xalqa həm əziz, həm də ağır gəldi.
«Ata-anaya ehtiram göstər, ruhunun dərin qatlarında da onların xidmətində dayan» – bu vəsiyyəti isə özgə bir xalq başı üstündən asdı, bununla özünü qüdrətə və əbədiyyətə qovuşdurdu. «Sadiq ol, sədaqət naminə lap şər və xatalı işlərdə də qanını axıtmaqdan çəkinmə» – başqa bir xalq bunu öyrənərək özünü zorladı və həmən zorlamadan böyük ümidlərə hamilə qaldı. Düzdür, insanlar bütün xeyir və şəri özləri yaradıblar.
Düzdür, onlar onu qarət etməyiblər, tapmayıblar, bu, onlara ilahi vəhy kimi nazil olmayıb.
İnsan özünü saxlamaq üçün əvvəl-əvvəl şeylərə dəyər verdi – əvvəlcə o şeylərin mənasını yaratdı, insani mənasını! Ona görə o, özünə insan deyir, yəni sər- raf! Qiymət vermək yaratmaqdır: eşidin, ey yaradanlar! Qiymət vermək özü bütün qiymətli şeylərin ən qiymətlisi, ən dəyərlisidir.
Dəyər qiymətdən törəyir: qiymət olmasa, həyat bir çürük qoza dəyməzdi. Dinləyin, ey yaradanlar! Dəyərlərin dəyişməsi – yaradanların dəyişməsidir. Yaradan daim məhv edir. Yaradanlar əvvəl xalqlar, çox sonralar ayrı-ayrı fərdlər olub: əslində, ayrıca fərd özü yaranışın ən yeni təzahürlərindəndir.

Bir vaxt xalqlar başları üstündən xeyir lövhəsi asmışdı. Hökm və itaət istəyinin qovuşmasından yaranmışdı bu lövhə. Sürü hissi «Mən» hissindən daha qədimdir: və nə qədər ki təmiz vicdan sürü adlanır, – «Mən» deyəndə yalnız pis vicdanlar ola bilər. Doğrudan da, hiyləgər, sevgidən məhrum, hər addımda öz xeyrini güdən «Mən» sürü mənşəli deyil, əksinə, onun süqutudur. Xeyir və şəri yaradanlar həmişə sevənlər və yaradanlar olub. Bütün fəzilətlərin adlarında sevgi və qəzəb odu közərir. Zərdüşt çox ölkələr gəzdi, çox xalqlar gördü: cümlə cahanda sevənlərin
işlərindən ulu qüvvət tapmadı: onların adı xeyir və şərdir. Düzü, bu tərif və danlaq hakimiyyəti bir zırpı əjdahadır. Deyin, qardaşlar, kim
onun öhdəsindən gəlir? Deyin, kim bu heyvana min peysərlik buxov ata bilər? İndiyəcən min məqsəd vardı, çünki xalqların sayı min idi. İndi yalnız tək bir məqsəd çatışmır. Hələ bəşəriyyətin məqsədi yoxdur. Amma deyin görək, qardaşlar, əgər bəşəriyyətin məqsədi yoxdursa, onun özü
də yox sayılmırmı?

Zərdüşt belə deyirdi.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)