Elvin Rizvangil - Gecəyarısı zəng
Proza
Gecə saat 3-də telefonun zənginə oyandım. Bu vaxt adama zəng edərlər?Deyinə-deyinə zəngi imtina etmək üçün telefonu götürdüm. Ekranda qardaşımın adını görüb cavab verməli oldum.
-Bəli.
-Atamız öldü...Tez gəl!
-Yaxşı, gəlirəm.
Eyvana çıxıb bir siqaret yandırdım.Çəkib qurtarandan sonra yataq otağına qayıtdım. Uzanıb yenidən yuxuladım.Telefon yenidən zəng çaldı.
-Hə...
-Hardasan, gəlirsən?
-Hə, gəlirəm.
-Qurban olum, tez gəl...Təkəm, başımı itirmişəm.
-Gəlirəm... gəlirəm.
Yoldaşım yuxulu-yuxulu gözlərini açıb:
-Kim idi zəng edən?...Nə olub? -soruşdu.
-Turaldı... Atam ölüb.
-Nə?.. Nə vaxt?..
-Birinci dəfə zəng edəndə dedi, indi keçinib.
-Nə oturmusan? Məni niyə oyatmırsan? Hələ də oturub e... Sənnənəm, dur da... dur, gedək!
-Mənim atam çoxdan ölüb, - etinasızcasına dedim,- 92 də qapı döyüləndə... qaçıb şifonerdə gizlənəndə...
Mövzuya uyğun linklər:
Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub
AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Nəzrin Əkbərova — Səssiz epidemiya: Tənha insanlar çoxalan dünyada
Həmçinin oxuyun:
Kamran Səməd - Azaliya
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Şəfaqət Cavanşirzadə - "Təmiz qadın"
