Edebiyyat.az » Proza » Vallah, mən dəli deyiləm - NİCAT HƏŞİMZADƏ

Vallah, mən dəli deyiləm - NİCAT HƏŞİMZADƏ

Vallah, mən dəli deyiləm - NİCAT HƏŞİMZADƏ
Proza
Nicat Heşimzade
Müəllif:
00:37, 13 sentyabr 2019
1 763
0
İnsanı 14 saat işlətmək təhqirdir. Avropa ölkələrində heyvanların istirahət saatı və hətta məzuniyyət ayı var. Amma Azərbaycanda insana heyvandan daha betər münasibət göstərirlər. 14 saat işləyən insan övladına necə vaxt ayırsın? Onun təhsili ilə necə maraqlandın? Onu muzeyə, teatra necə aparsın? Bu sahibkarlar puldan başqa heç nə haqqında düşünmürlər. İnsanları heyvan kimi işlətməkdən, onları alçaltmaqdan zövq alırlar. Çünki mənəvi dünyaları boşdur


İnanın mənə, həqiqətən də mən dəli deyiləm. Mövcud şərait, ağır iqtisadi şərtlər məni dəli edir. İnsanların aclığından, maddi ehtiyacından istifadə edib onları qul əvəzinə işlədən insana bənzər məxluqları görəndə dəli olmamaq mümkünmü? Bir iş yerinə ən yaxşı halda 100 adam müraciət edir. Bu yaxınlarda Biləcəridə olan bir hadisə məni lap dəli elədi. Biləcəridə Araz marketə part time işləyən kassir tələb olunurmuş. Bir vakant yerə 2 saat ərzində 100-dən çox adam gəlmişdi müraciət üçün. Belə faciəvi bir mühitdə necə yaşamaq olar? Ürək ağrısı məni tamam əldən salıb. Cəmi 27 yaşım var. Ancaq əsəblərim bərbad haldadır. İnsanların acizliyindən necə də qəddarcasına istifadə edirlər. Bir işçini 5 adamın əvəzinə işlədib ona sadəcə bir adamın maaşını verirlər. Özü də 12-14 saat işlədirlər. Xəstə halda da məcburən işə çağırırlar. Belə həqarətli münasibətə necə dözmək olar axı? Övladın, ailən ac qalmasın deyə hansısa səviyyəsiz, tərbiyə görməyən harınlamış bir müdirin təhqirinə, aşağılayıcı münasibətinə ən çox neçə ay dözmək olar? 

            İnsanı 14 saat işlətmək təhqirdir. Avropa ölkələrində heyvanların istirahət saatı və hətta məzuniyyət ayı var. Amma Azərbaycanda insana heyvandan daha betər münasibət göstərirlər. 14 saat işləyən insan övladına necə vaxt ayırsın? Onun təhsili ilə necə maraqlansın? Onu muzeyə, teatra necə aparsın? Bu sahibkarlar puldan başqa heç nə haqqında düşünmürlər. İnsanları heyvan kimi işlətməkdən, onları alçaltmaqdan zövq alırlar. Çünki mənəvi dünyaları boşdur. Əgər insan kitab oxusa, film izləsə, sənətlə, mədəniyyətlə maraqlansa başa düşər ki, insan nədir, əmək nədir, əməyə münasibət nədir. Bu adamların beyni ancaq pul qazanmağa fokuslanıb. Onlar öz övladlarına da bunu öyrədirlər. Mənəvi dünyası boş adamlar həmişə işçilərini aşağılamaqdan həzz alırlar. Onlar işçini alçaltmaqla öz harınlamış eqolarını doyururlar. Super Marketlərdə insanları 14-15 saat işlədirlər. 15 saat işləyən insanda nə həyat eşqi olacaq? Bu səbəbə görə də insanların üzündə hədsiz iztirablar  var. İnsanlar ürəkdən gülə bilmirlər. Qonşumuz böyük bir marketdə 15 saat çalışır. Sonuncu dəfə onun haçan güldüyünü unutmuşam. Onun üçün gülmək cinayət etməyə çevrilib sanki. 14-15, lap elə 12 saat işləyən adamda film, kitab həvəsi qalarmı? Sanki sistem insanları kütləşdirməyə fokuslanıb. Corc Oruellin “1984-cü il” romanındakı kimi: Düşünmək cinayətdir. 

Təsəvvür edin, ortada çox dəhşətli bir həqiqət var. Ölkəmizdə işləyən adamlar işsizlərə, işləməyən adamlar da işləyənlərə çox aqressiv münasibət göstərirlər. Məsələn, ağır rejimdə çalışan, azadlığı məhdudlaşdırılan adamlar hər görəndə məndən soruşurlar: Niyə işləmirskən?

Mən təbii ki, işləmək istəyirəm. Ancaq bu şərtlər altında necə işləmək olar. İşsiz adamlar da işləyənlərə qarşı aqressiv olurlar: Sualsa budur: Niyə sən iş tapırsan, sənə iş verirlər, mənəsə yox?

İşsizlik təkcə aclıq, pulsuzluq deyil. İşsizlik həm də insan iradəsinin və bacarığının  təhqir olunmasıdır. Düşünürsən ki, mən heç kimə lazım deyiləm, heç kəsin mənə ehtiyacı yoxdur. İnsanların işlə təmin olunması qaydaları  da çox dəhşətlidir. Bəlkə də məni dəhşət sözünü çox istifadə etdiyim üçün qınayacaqsınız, Amma, neynim, vallah düz deyirəm, həqiqətən də dəhşət içində yaşayırıq biz. Əgər buna yaşamaq demək olarsa. 

İlahi, 300-400 manat maaşdan ötrü insanlara necə əzab verirlər, insanların çarəsizliyindən necə istifadə edirlər, insanları necə alçaldırlar? Axı, bütün bunların baş verdiyi şəraitdə necə yaşayasan? İnsana özünü öldürməkdən başqa çarə qoymurlar. Heç olmasa əvvəl Avropaya gedib işləyə bilirdi vətəndaşlarımız, indi Avropa da öz “humanizm” qapılarını üzümüzə bağlayır. 

Çətindir, vallah, çətindir. Hərdən insan özünə sual verir: Görəsən, bu yaşa necə çatmışam? Necə olub ki, ölməmişəm. 

Vallah, mən dəli deyiləm, inanın mənə, xahiş edirəm. Nə yaxşı ki, bu yazını yazdım. Ürəyimi az da olsa boşalda bildim. Yoxsa, həqiqətən də dəli olardım. Dəli deyiləm mən, zəhmət haqqı. 



                                                                                                                        Nicat Həşimzadə

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)