Edebiyyat.az » Proza » Vaqif Osmanov - ELVİN RİZVANGİLİN ƏDƏBİ KİMLİYİ "SONUNCU ZƏNG"

Vaqif Osmanov - ELVİN RİZVANGİLİN ƏDƏBİ KİMLİYİ "SONUNCU ZƏNG"

Vaqif Osmanov - ELVİN RİZVANGİLİN ƏDƏBİ KİMLİYİ "SONUNCU ZƏNG"
Proza
Necef Esgerzade
Müəllif:
11:34, 11 dekabr 2019
1 275
0
 Bu hekayə bir göz qırpımı, bir nəfəs alma, bir udum su, ürəyin bir ritmi böyüklükdədir. Gözünü yazıya zilləməyinlə qurtarır. Bəlkə ovsunlanmış oxucuya belə gəlir? Sözün ovsunu nə qəribəymiş... Doymursan, bir də oxuyursan, birdə... Bir də...
 
Bir karvandan ayrı düşüb səhranın ortasında susuz və tənha qalan yolçu  acgözlüklə, cadar - cadar olmuş dodaqlarını islatmağa macal tapmamış su qurtarırsa hekayə də elə tez qurtarır. Bu hekayəni mən də "içdim", amma doymadım. Ay insafsız Elvin, məni suya, sözə tamarzı, təşnə qoydun. İrili - xırdalı, hətta bir sözdən ibarət cümlələri saysam da hekayənin həcmi heç 30 cümləyə çatmadı. Amma bu "balaca"nın "can"ında nələr varmış, aman Tanrım?! Az qaldı heyrətlənmiş gözlərim başım böyüklükdə olsun...
 
Gecə saat 3 - də qəfil zəngdən diksinib şirin yuxudan qalxan lirik qəhrəman qardaşının "Atamız öldü...Tez gəl" çağırışını heç vecinə də almır. Eyvana çıxıb bir siqaret "öldürüb" təzədən yatağa girir. Qardaşının yenidən "həyəcan təbili"nə oxşayan zəngi şirin yuxusuna haram qatsa da, onu hərəkətə gətirmir. Hətta həyat yoldaşının "yuxulu - yuxulu gözlərini açıb" heyrətlənməsi qəhrəmanı tərpədə bilmir. Həyat yoldaşının "hələ də oturub e.." iradına cavabında da tələskənlik hiss olunmur:
 
- Mənim atam çoxdan ölüb... 92 - də qapı döyüləndə... qaçıb şifonerdə gizlənəndə...
 
Düzünü deyim, çoxillik oxucu təcrübəmdə, ünlü qazi şair Süleyman Abdulla demişkən, "roman qədər əhatəli hekayədən  qat qat kiçik hekayə" oxumamışdım.Bu gənc yazarın uğurunun başlanğıcı - ədəbi kimliyidir.Görün, hələ Elvin tezliklə bizlərə daha nələri oxumağa "məcbur" edəcək.

Gözlərimizi tez - tez hədəqəsindən çıxaracaq....
 
Elvinə "ay insafsız" deməyə də dilim dönmür....
 
Üzr istəyirəm, yazım hekayədən uzun oldu...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)