Edebiyyat.az » Proza » Ənvər Paşanın son məktubu

Ənvər Paşanın son məktubu

Ənvər Paşanın son məktubu
Proza
Necef Esgerzade
Müəllif:
18:43, 24 dekabr 2019
1 354
0

Sevgili  Naciyə!
   
  Sənin yazdığın o son məktubu aldım. Onu daima  qəlbimin  üstündə daşıyacağam.Sənin o tatlı üzünü hər nə qədər indi görmək mümkün deyilsə də, nazik barmaqlarının bu məktubun kəlmə və sətirlərini necə düzdüyünü xəyal edirəm. Bunlar bir zaman mənim saçlarımı darayan, yenə o nazik  barmaqlar deyildimi?! Elə isə mən indi səndən çox uzaqlarda bir qan və atəş dəryasında qəhramanca çarpışmaqdayam. Bu isə sənin incə qəlbini üzməkdədir. 
     
    Sən  məktubunda məndən şikayətlənərək qılınc və hərbi sevdiyim qədər  heç bir şeyi sevmədiyimi yazırsan. Söylədiyin yalan deyil. Mən heç bir şeyi deyil, sadəcə səni sevirəm, deyə bilmərəm. Desəm də yalan olar. Fəqət  sən bilirsən ki, mənim haqqımda yanlış propaqandalar edən bir qisim  bədbəxtlərin iddia etdikləri kimi, mən də bu uzaq diyarlara sərvət axtarmaq, zəngin olmaq və ya hakimiyətimi qurmaq üçün gəlmədim. Gerçəkdə məni səndən qoparıb buralara qədər sürükləyən Cənabi Haqqın çiyinlərimə yüklədiyi müqəddəs bir vəzifədir.
     
    Bu, cihad vəzifəsidir. Bu elə ulu vəzifədir ki, ona niyyət edənlərə belə ilahi, Cənnətə girməyə haqq qazandırır. Allaha and  olsun ki, sadəcə cihada niyyətlə yetinmirəm, gerçək mənada cihad edirəm. Hər nə qədər səndən ayrı qalsam da, sənin sevginlə çarpan qəlbini param-parça etsəm də, böylə böyük bir imtahan verdiyimə görə xoşbəxtəm. 
     
    Bu fani, dünyəvi şeylər içində, sənin sevgindən başqa mənim iradəmi sarsan heç bir şey yoxdur. Fəqət  Allaha şükürlər olsun ki, Allah əmrini yerinə yetirməkdə sənə olan sevgimə daha boyun əymədim. Bundan sənin də ayrı bir xoşbəxtlik duymağın gərəkdir. Sənin elə bir həyat yoldaşın var ki, sənə olan eşqini Allaha olan eşqinə fəda edəcək qədər qüvvətli bir imanı vardır.
     
    Hələ nə qədər qadınlar üzərində qılıncla cihad etmək borc olunmursa da, onlar özlərini bu ilahi borcdan qurtarmazlar. Sənin cihad etməyin isə bütün dünyəvi şeylərdən üz çevirib Allaha yönəlməyin, onu sevməyindir. Bir də mənim cihad əzmimin daha da qüvvətlənməsinə yardımçı olmağındır.
        Və bir kərə daha söyləyirəm! Sakin, sən  ərinə bu hərb meydanlarında sağ-  salamat  qurtulub gəlməsi üçün dua etməyəsən. Bu bir növ özünü düşünmək olur ki, Allah da bundan razı olmaz. Sən Allaha öncə ərinin etdiyi hizmətləri qəbul buyurması üçün dua et ki, müzəffər bir komandir olaraq dönsün və ya şəhidlik mərtəbəsinə layiq olsun. 
        Sevgili Naciyə!  Bir qədər düşün, bu baş öylə ki, sənin hər zaman çox yaraşıqlı dediyin bu baş, bu vücud öylə ki, göz önündə mələklər qədər məsum  və bütün əsgərlərdən daha heybətli bir vücud qoparmış, qanlar içərisində şəhid olmuş... bundan daha böyük nailiyyət varmı? 
        Həyat qısa, ölüm isə taleyimiz. Elə isə ölümdən qorxmaq niyə, bir kimsə yatağında ölməkdənsə şəhid olaraq ölməyə niyə qeyrət etməsin? Halbu ki şəhidlik mütləq ölüm deyildir. O, yeni bir həyata, həm də əbədi bir həyata qovuşmaqdır. 
        Bu arada mənim səndən ilk istəyim, çocuqlarımın da mənim əsgərlik məsləkimdə yetişdirilməsi və onların da vaxtı, zamanı gəlincə İslama xidmət üçün hərb meydanlarına göndərilməsidir. 
        İkinci bir arzum da vardır. O da Mustafa Paşa ilə əlaqədardır. Onun uğura çatması üçün mümkün olan heç bir yardımı əsirgəmə. Böyük Allaha onu bu məmləkəti düşmənlərdən qurtarmaq və qorumaq üçün seçib göndərmişdir. 
        Yaxşı, sevgilim, artıq Sizi Allaha əmanət deyirəm. Allah bilir, qəlbimin içindən qaynayıb gələn bir səs, sənə bir kərə daha böylə bir məktub yazmayacağımı söyləməkdədir. Kim bilir, bəlkə mən həmin səhər, şəhidlər zümrəsinə qatılacağam. Bax! Mənim ölümümə sakın üzülməyəsin, səbirli ol! Hələ bir düşün, mənim şəhid olmağım sənin üçün bir iftixar qaynağı olacaqdır.
        Naciyə! Indi səndən ayrılmaq zamanı gəldi, bu anda sanki səni qucaqlayıram. Allah nəsib edərsə, səninlə bir daha heç ayrılmamaq üzrə Cənnəti əlada görüşəcəyik, haydı Allah əmanətində.  
     
    Səni sevən
    Ənvər Paşa
     
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)