Maksim Qorkinin fikirləri.
Təqdimat
Maksim Qorkinin fikirləri.
Bütün kilsələrin əsas işi budur: bədbəxt kəndliyə təlqin etsin ki, onlar üçün yerdə xoşbəxtlik yoxdur, səadət onları göylərdə gözləyir. Və özgəsinə katoqra zülmüylə işləmək Allaha xoş gedir.
Əgər birinə tez-tez “sən donuzsan” desən, o, əvvəl-axır xortuldamağa başlayacaq.

Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini...
Həyat bizi kart kimi paylayır. Yalnız təsadüfən və bir anlığa biz öz yerimizə düşürük.
Yalan qulların və ağaların dini, həqiqət isə azad insanın Allahıdır.
Bilikdən böyük qüvvə yoxdur, biliklə silahlanmış şəxs məğlubedilməzdir.
Bədbəxtlərin bəlası olan yaddaş keçmişin daşını da canlandıra bilər, zəhəri belə bala çevirə bilər…
Əsgərin tüfəngi olan kimi ədəbiyyatçının da silahı dilidir. Silah nə qədər yaxşı olarsa döyüşçü o qədər güclüdür.
Vicdanlı müəllim həmişə diqqətli şagird olmalıdır.
Həqiqət budur — İnsan! Hər şey İnsanda, hər şey İnsan üçündür! Mövcud olan yalnız insandır, qalanları onun əllərinin və beyninin məhsuludur. İn-san! Çox möhtəşəmdir. İnsan — çox qürurvericidir!
Mövzuya uyğun linklər:
Naxçıvan teatrının təcrübəsi İzmirdə təbliğ olunub
AZAD QARADƏRƏLİ - YETMİŞƏ ÇATMAĞIN CƏFASI VƏ SƏFASI
Fərid Muradzadə — Gülər Natiq İsaqın "Sərçə ilə söhbət" şeiri haqqında düşüncələr
Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Nəzrin Əkbərova — Səssiz epidemiya: Tənha insanlar çoxalan dünyada
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Kamran Səməd - Müşğül
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
B.Rassel. İnsanların çoxu özlərini bədbəxt saymaqda yanılırlar
Rövşən Yerfi - Ziyarət
