Edebiyyat.az » Təqdimat » LitRes Azərbaycanda ölkədəki ən böyük elektron və audio kitab kataloqu ilə təqdim olunub

LitRes Azərbaycanda ölkədəki ən böyük elektron və audio kitab kataloqu ilə təqdim olunub

LitRes Azərbaycanda ölkədəki ən böyük elektron və audio kitab kataloqu ilə təqdim olunub
Təqdimat
admin
Müəllif:
20:11, 19 dekabr 2022
1 638
0
LitRes Azərbaycanda ölkədəki ən böyük elektron və audio kitab kataloqu ilə təqdim olunub





Rusiya və MDB ölkələrində ən böyük kitab servisi olan LitRes Azərbaycan auditoriyası üçün Litres.az saytını, həmçinin Android və iOS platformaları üçün mobil tətbiqini istifadəyə verib. İstifadəçilər Azərbaycan dilində 4000 elektron və 1000 audio kitabdan istifadə etməklə yanaşı, rusdilli kataloqdan əsərləri oxumaq və dinləmək imkanı əldə edəcəklər.


LitRes Azərbaycanda noyabrın 28-də istifadəyə təqdim olunub və ölkədə Azərbaycan dilində ən böyük elektron kitab kataloqu olan servisə çevrilib. 2022-ci ilin sonunadək Azərbaycan dilində nəşr olunan bütün bədii ədəbiyyat məzmunun 90%-i orada təqdim olunacaq ki, bu da 4000-dən çox elektron və 1000-dən çox audio kitab təşkil edəcək. Onların arasında “Qanun Nəşriyyat evi”, “Teas Press”, “Köhlən Nəşriyyatı”, “Altun Kitab”, “Alatoran yayınları”, “XAN” və “Qədim qala” kimi iri yerli nəşriyyatların əsərləri var. Həmçinin, rusdilli əsərlər LitRes istifadəçilərinin ixtiyarına verilir. Hazırda kitabları Litres.az saytında, iOS və Android sistemlərindəki mobil tətbiqdə əldə etmək (ppd) mümkündür.


“Biz LitRes-in Azərbaycanda elektron və audio kitablar bazarında ən böyük oyunçu olacağını planlaşdırırıq, həmçinin biz çox böyük artım potensialını görürük: ölkədə rəqəmsal kitab bazarının potensial imkanları ildə 2-3 milyon dollara çata bilər. Buna ilk növbədə Azərbaycan auditoriyası arasında LitRes-in paylaşılması, eləcə də nəşriyyatların məzmunun bu formasına olan marağı və istifadəçilər arasında elektron və audio kitablara olan tələbatı kömək edəcək. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitab bazarını inkişaf etdirmək, yerli müəllifləri, naşirləri və oxucuları dəstəkləməkdir”, — “LitRes” ŞQ baş direktoru Sergey Anuryev bu barədə şərhini bildirir.


“Statista” şirkətinin məlumatına görə 2022-ci ildə Azərbaycanda kitab, film, musiqi və kompüter oyunlarının ümumi bazar tutumu 26,6 milyon dollar dəyərində qiymətləndirilir. Ölkədə genişzolaqlı internetin nüfuzetmə səviyyəsi kifayət qədər yüksəkdir (76%) və GSMA-nın məlumatına görə 7 milyondan çox insan (əhalinin 66%-i) mobil rabitədən istifadə edir.


“Bütün dünyada elektron və audio kitablar bazarı durmadan böyüyür. Bu təəccüblü deyil: biz həyat keyfiyyətimizi yaxşılaşdıran rəqəmsal texnologiyalar dövründə yaşayırıq. Biz də Azərbaycanın ən böyük və ən qocaman nəşriyyatı olaraq daima zamanla ayaqlaşmağa çalışırıq. LitRes-də biz 1500-dən çox kitabı təqdim edəcəyik: bestsellerlər, bədii və qeyri-bədii ədəbiyyatın yenilikləri. Biz əminik ki, oxucularımız servisin rahatlığını və geniş çeşiddə kitabları mütləq qiymətləndirəcəklər”, - deyə “Qanun Nəşriyyat evi”nin baş direktoru Şahbaz Xuduoğlu bildirib.


Servisin Azərbaycan versiyası rus dilində mövcud olan bir çox funksiyaları təqdim edəcək. Xüsusilə, əlfəcin istifadəsi, sevimli sitatların şəxsi kolleksiyada saxlamaq imkanı. Bundan əlavə, LitRes yerli auditoriya üçün xüsusi məzmun yaratmağı planlaşdırır. Oxşar layihələr artıq Rusiya bazarında uğurla həyata keçirilir.


Azərbaycanlı oxucularımız üçün “LitresAZN” Promokodu təqdim edilmişdir. Promokod bütün kitablar üçün 20% endirim təqdim edir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)